APA-nın məlumatına görə, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.
Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.
Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?