Hörmətli oxucular! Təqribən ayyarım bundan öncə redaksiyamıza Cəlilabad rayonu, Qarağac kənd sakinlərindən bir neçə nəfərinin şikayət ərizəsi daxil olmuşdu. Daxil olan şikayət ərizəsində sakinlər Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlini qeyri-qanuni əməllərə qol qoymaqda ittiham edirdilər. Yəni, onlar iddia edirdilər ki, Mədət Nəzərli Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini və sakinlərin istifadəsində olan örüş sahəsini kənar şəxslərə satıb. Örüş sahələrinin müəyyən hissəsi Mədət Nəzərlinin “xeyr-duası” əsasında Qarağac kənd sakini Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən zəbt olunub. Hətta, Pərviz Ağacanov Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsini metal torla da çəpərləyib. Şikayətçi şəxslərin daha bir iddiası ondan ibarət idi ki, Mədət Nəzərli Qarağac kəndi ərazisində təqribən 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və o, həmin ərazidə özü üçün üzüm bağları və taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Düzdür, sakinlərin ünvanladıqları şikayət ərizəsinin varlığını əsas tutaraq 05 may 2023-cü ildə gundemxeber.az saytında “Cəlilabadda icra nümayəndəsinin hökmü qanundan keçərlidir- NARAZILIQ” başlıqlı məqalə yayımladıq. Məqalə yayımlandıqdan bir neçə gün sonra isə, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi redaksiyamızla əlaqə saxladı və o, iddia olunan problemlərlə bağlı yerində jurnalist araşdırmaları aparmağımızı məsləhət bildi. Bəli, əslində bu belə də oldu. Yəni, redaksiyamızın iki nəfər əməkdaşı Cəlilabad rayonuna ezam olundular və onlar iddia olunan problemlərlə bağlı yerində jurnalist araşdırmaları apararkən bəlli oldu ki, qeyd olunan faktların heç biri həqiqəti ifadə etmir. Yəni, aparılan araşdırmalar zamanı bəlli oldu ki, Pərviz Ağacanov Birinci Qarabağ müharibəsinin iştirakçısıdır və ona 1997-ci ildə həyata keçirilən torpaq islahatı zamanı komissiyanın qərarı ilə 0,36 ha həyətyanı torpaq sahəsi verilib və hazırda həmin sahə bu şəxsin şəxsi istifadəsindədir. Sadəcə olaraq kadast idarəsinin əməkdaşları 0,36 ha həyətyanı torpaq sahəsini qərbdən vurduqları üçün, həmin sahə rəsmi sənəddə örüş sahəsi olaraq qeyd olunub. Yəni, kadast idarəsi əməkdaşlarının günahı ucbatından həmin sahə bu gün xəritədə örüş sahəsi kimi göstərilir. Sual oluna bilər ki, bu məsələdə Pərviz Ağacanov hansı günahın sahibidir? Əslində, kadastr idarəsi əməkdaşları etdikləri səhvi qaydaya salmalı və həmin sahə xəritədə həyətyanı torpaq sahəsi kimi göstərilməlidir.
Şikayətçilərin digər iddialarında qeyd olunurdu ki, Pərviz Ağacanov sakinlərə məxsus örüş sahəsində tövlə inşa etdirmiş və orada özləri üçün mal-qara təsərrüfatı da yaratmışlar. Aparılan araşdırmalar zamanı isə bəlli oldu ki, şikayətçi şəxslərin iddia etdikləri mübahisəli torpaq sahəsində bu şəxsin ailə üzvlərinə məxsus fərdi yaşayış evi var və evin həyətində mal tövləsi yerləşir. Onu da bildirək ki, Pərviz Ağacanovun oğlu Elnur Ağacanov Vətən müharibəsi başlayarkən o, RF-dan ölkəmizə qayıdır və könüllü olaraq hərbi xidmətə yola düşür. Bu şəxs müharibə dövründə həyata keçirilən döyüş əməliyyatlarında yaxından iştirak edir və 2021-ci ilin yanvar ayında ordu sıralardında təxris olunur. Az sonra o, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Kəlbəcərin azad olunmasına görə” və “Vətən Müharibəsi” medalı ilə təltif olunur. Şikayətçi şəxslər daha bir iddialarında bildirirdilər ki, Mədət Nəzərli kənd ərazisində təqribən 10-15 ha torpaq sahəsini zəbt etmiş və o, orada özü üçün üzüm bağları, taxıl sahəsi yaratmışdır. Qeyd olunan əraziyə baxış keçirilən zaman isə bəlli oldu ki, həmin sahədə Mədət Nəzərlinin ailə üzvlərinə məxsus fərdi yaşayış evi yerləşir və evin yerləşdiyi sahənin ətrafında isə, cəmi 1,50 ha sahəni əhatə edən üzüm bağı var. Bütün bunlara baxmayaraq, son günlər bəzi media qurumları iddia olunanlarla bağlı lazımi araşdırmalar aparmadan məsələni bir daha gündəmə gətirir və yayımladıqları paylaşımlarında RİH başçısı cənab Rafiq Cəlilovun şəkilini yerləşdirməklə hansısa məqsədlərinə nail olmaq istəyirlər. O halda sual oluna bilər ki, kadast idarəsi əməkdaşlarının etdikləri səhvin rayon rəhbərliyinə nə aidiyyatı var? Axı, həmin qurumun əməkdaşları etdikləri səhvin yaxın vaxtlarda qaydaya salacaqlarını bildiriblər. Belə olan halda RİH başçısının adını hallandırmağın, yaxud da yayımlanan mövzuya rayon rəhbərliyinin şəklini yerləşdirməyin nə mənası var?
Bütün bunlardan əlavə, onu da dərk etmək lazımdır ki, qanunvericiliyin tələbinə görə örüş-otlaq sahələri bələdiyyələrin mülkiyyəti hesab olunur və ərazi nümayəndəliklərinin həmin torpaq sahələrini satmağa, yaxud da icarəyə verməyə ixtiyarları yoxdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad ərazi idarəsindən əldə olunan məlumata əsasən, yaxın vaxtlarda Qarağac kəndində elektron uçot işləri həyata keçiriləcək. Yəqin ki, həmin işlər yekunlaşdıqdan sonra mövcud torpaq mübahisəsi öz həllini tapacaq. Bu gün də bəzi saytlar tərəfindən ortaya əsassız iddialar irəli sürülür və adicə yayımladığı paylaşımın başlıq hissəsini düzgün yazmağı bacarmayan və digər media qurumları isə, bu yöndə əsası olmayan yazıları yaymaqla məşğul olurlar.
Əslində bu cür yanaşmalar qərəzçilikdən başqa bir şey deyil. Məsələn, təqribən beş-altı gün bundan öncə adının çəkilməsini istəmədiyimiz bir media qurumunun tiktok profilində “Celilabada kenderinde örüş sahəsi satılır talayib saxta senetne” başlıqlı paylaşım yayılıb və həmin paylaşımın başlıq hissəsinə diqqət yetirdikdə, məhz yazı qabiliyyəti olan hər kəsə hər şey güntəki aydın olur. Unutmaq olmaz ki, həmin media qurumu iddia olunanlarla bağlı mövzunu gündəmə çıxararkən, heç də hansısa fantaziyasını yaratmır. Yalnız yaratdığı “fantaziya” o olur ki, vaxtilə gündemxeber.az saytının ərsəyə gətirdiyi mövzunun müəyyən hissələrinə “əl gəzdirir” və bununla da hansısa niyyətini “çin etməyə” çalışır. Adının çəkilməsini istəmədiyimiz sayt tiktok proflindəki rəyində qeyd edib ki, “Bütün kenderdə bu baş verir tek bir iki deyir day sosial şebekelerde ancaq orş saheleri satılır gahda qazılır kərpic zavoda gedir”, “bel videoları paylaşmaq celilabada öz başinaliqdi baş alıb gedir örüş sahəsi satılır talayib belələri saxta sen hazrayir onların ucbatin kənd sakinləri”. Bəli, yayılan paylaşımın başlıq hissəsinin və yazılan rəylərin necə yazılması, bu gün istənilən oxucunu düşünməyə sövq edir. Çünki, əldə etdiyimiz məlumatlara görə həmin media qurumu da Əhməd İsmayılovun rəhbərlik etdiyi Medianın İnkişafı Agentliyinin (MİA-nin) reyestrindən keçən və xalqımıza “sırınan” media qurumlarındandır. Diqqət yetirək ki, möhtərəm Prezidentimiz Azərbaycan mətbuatının problemlərinə daim diqqət yetirir və bu məqsədlə büdcədən hər il xeyli vəsait də ayrılır. Ölkə rəhbərinin belə bir yanaşmasına baxmayaraq, sonuncu təyinatına qədər Azərbaycan mətbuatı ilə heç bir bağlılığı olmayan Əhməd İsmayılov, bu gün belə bir göstəriciləri özündə cəmləşdirən neçə-neçə media qurumlarını reyestrdən qeydiyyatdan keçirməklə və büdcə vəsaitlərini həmin media qurumlarına “paypüş” etməklə məşğul olur. Diqqət yetirmək lazımdır ki, vaxtilə Əli Həsənov da, Vüqar Əliyev də oxşar addımlarını atırdılar. Amma, zaman gəldi ki, zamanında “burcutmalar”a qol qoyanlar zamanın hökmü ilə də cəzalandırıldılar. Yəqin ki, yeni bir zaman da gələcək ....!
Eheyyyy, Əhməd İsmayılov! İnan ki, yeni bir zaman da gələcək və Allah-Təala aylıq 50 min manat icarə haqqı verdiyin ofisini başına uçuracaq. Çünki sən büdcə pullarını, adicə paylaşım etdikləri mövzunun başlıq hissəsini, yaxud da yazdıqları rəyləri düzgün yazmağı bacarmayan saytlara “paypüş” edirsən. Bəli, bu da MİA-nın reyestrdən keçirdiyi, yaxud da maliyyə dəstəyi verdiyi saytların fəaliyyətlərini ortaya çıxarmağa imkan verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?