GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ

Cəlilabadda icra nümayəndəsi qeyri-adi hökm sahibidir- NARAZILIQ

Tarix: 5-05-2023, 17:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 853


“Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir”


 Məlumdur ki, bu gün dövlət-hakimiyyət orqanlarının əsas məqsədi şəhərlərdə, rayonlarda, qəsəbələrdə, iri yaşayış məntəqələrində, hətta ucqar dağ kəndlərində yaşayan sakinlərin üz-üzə qaldıqları problemləri qısa müddət ərzində aradan qaldırmaqdan ibarətdir. Belə bir səbəbdən də, indiyə kimi bu yöndə bir neçə dövlət layihə proqramları işlənib hazırlanmış və onların həlli mərhələli şəkildə həyata keçirilmişdir. Faktdır ki, həyata keçirilən layihə proqramlarının nəticəsi olaraq, artıq şəhərlə kənd arasında fərq kifayət qədər aradan qaldırılmış və yerlərdə sosial problemlərin çoxu həllini tapmışdır. 


Qeyd edək ki, istənilən sahədə əmələ gələn sosial problemlərin varlığı, ərazidə idarəetməni həyata keçirən şəxsin və ya şəxslərin xarakterik xüsusiyyətindən, idarəçilik qabiliyyətinin göstəricisindən, yerli sakinlərə bəslədiyi  münasibətin varlığından asılı olur və vəzifə sahiblərinin iş fəaliyyətinə, idarəçilik bacarığına ictimai münasibət də bəslənilir. Belə olan halda hərkəs məcbur olur ki, daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlsin və rəhbərliyin ona göstərdiyi etimadı doğrultmağa çalışsın. Bütün bunlara baxmayaraq, Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin üz-üzə qaldıqları problemlərin varlığı hər kəsi fərqli formada düşünməyə sövq edir.

  Qeyd edək ki, bu günlərdə gundemxeber.az saytının redaksiyasına Cəlilabad rayonu, Qarağac kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova və digər vəzifə sahiblərinə yazmış olduqları şikayət ərizəsinin bir surəti daxil olub. Şikayətçi sakinlər qeyd edirlər ki, “Bu gün bizim əsas narazılığımız, üz-üzə qaldığımız problemlərin varlığı Qarağac kəndinin də daxil olduğu Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin qeyri-qanuni əməlləri ilə bağlıdır və bu şəxs 30 ildən çoxdur ki, bugünkü vəzifəsini daşımaqdadır. Ötən illər ərzində Mədət Nəzərlini kənd sakinlərinin dolanışığı, üz-üzə qaldıqları problemlərin varlığı deyil, yalnız və yalnız şəxsi maraqlarının həlli düşündürüb. Belə ki, Mədət Nəzərli indiyə kimi ayrı-ayrı şəxslərlə “separat danışıq”lar aparıb və Qarağac kəndinin inkişaf fonduna aid olan torpaq sahələrini, kəndin örüş sahəsini kənar şəxslərə satıb. Bir sözlə, Qarağac kəndinin torpaq sahələri Mədət Nəzərli tərəfindən tamamilə “işğal olunub”. Kəndimizin ərazisinə aid olan kənd təsərrüfatı təyinatlı örüş sahəsi isə, Mədət Nəzərlinin “xeyr-duası” ilə Ağacanov Pərviz Adış oğlu adlı şəxs tərəfindən ələ keçirilib. Ona görə də bu məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyinə etdiyimiz müraciət Əmlak Məsələləri Dövlət Xidmətində araşdırılır. Az sonra bu Xidmətin Cəlilabad ərazi şöbəsinin əməkdaşları Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə yerində lazımi araşdırmalar aparırlar. Həmin vaxt bəlli olur ki, Pərviz Ağacanov tərəfindən qanunla müəyyən olunmuş qaydada mülkiyyət, istifadə və ya heç bir icarə hüququ olmadan, Haramqışlaq bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı 0,36 hektar örüş sahəsi metal torla çəpərlənib. Yəni, belə bir fakt aşkar olunur. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin əlamətlərinə uyğun gələn həmin halla bağlı zəruri tədbirlərin görülməsi üçün, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həm Daxili İşlər Nazirliyinə, həm də Cəlilabad Rayon İcra hakimiyyətinə məktub ünvanlanılır.

Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin əməlləri heç də bütün bunlarla yekunlaşmır. Yəni, Mədət Nəzərli elə bir xarakterik xüsusiyyətə, elə bir idarəçiliyə malik olan şəxsdir ki, o, hər zaman çalışır ki, rəhbərlik etdiyi ərazidə idarəçiliyi, atılan hər bir addımı şəxsi nəzarətində saxlasın. Məsələn, bu şəxs rəhbərlik etdiyi ərazi daxilində bələdiyyə seçkiləri keçirilərkən, kiminsə müstəqil şəkildə bələdiyyə şurasına üzv seçilməsinə heç cür imkan vermir. Belə bir səbəbdəndir ki, bugünkü bələdiyyə sədri də Mədət Nəzərlinin müavini vəzifəsini daşıyan Firudin müəllimin qızıdır. Bir sözlə, bu şəxs bələdiyyə seçkilərini şəxsi nəzarətdində saxladığından, hər zaman onun hökmü keçərli olur. Beş-altı il bundan öncə Xəlilabad kəndində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə yeni tam orta məktəb binası tikilir. Bir ildən sonra isə rayonun maliyyə şöbəsinin rəhbərliyi ilə Mədət Nəzərli müqavilə sənədi imzalayır ki, guya həmin məktəbin əsaslı təmirinə ehtiyac yaranıb. Çox keçmir ki, belə bir ad altında külli miqdarda vəsait ayrılır və mənimsənilir. Bundan əlavə, bir neçə il bundan əvvəl Mədət Nəzərli Rusiya Federasiyası ərazisində həbsdə olan Xəlilabad kənd sakini Nemət adlı şəxsin, guya ki, kənddə yaşaması haqda arayış yazıb verir. Çox keçmir ki, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin belə bir əməli ilə bağlı prokurorluq orqanlarında cinayət işi qaldırılır. Bu şəxs Qarağac kəndi ərazisində 15-20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edib və həmin ərazidə özü üçün üzüm bağları, taxıl sahəsi salıb, hətta maldarlıq ferması da tikdirib. Artıq Mədət Nəzərli elə bir formada dayağa, təsir imkanına malikdir ki, həm onun iki oğlu, həm də himayəsində olan iki bacısı oğlu hərbi xidmətə getmirlər.

Elə ki, bu kimi məsələlərlə bağlı Cəlilabad RİH-i başçısının 1-ci müavini Qalib Xudaverdiyevə müraciət edirik, o halda o, “Gedin, məhkəməyə müraciət edin” deyir və bununla da bir növ mətləbdən yayınmağa çalışırlar. Hansı ki, əslində RİH Aparatı öz səlahiyyəti daxilində müəyyən araşdırmalar aparıb, Haramqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mədət Nəzərlinin belə bir əməlləri ilə lazımi tədbirlərini görə bilərlər”.

   Baş verənləri təhlil edib belə qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində vəzifə sahibi olan şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarını qadağan edən normalar olsa da, deyəsən Mədət Nəzərli həmin qadağalara heç bir halda əhəmiyyət vermir və bu gün də o, şəxsi maraqlarının həlli yöndə addımlarını atmaqla məşğul olur. Amma, onu da düşünürük ki, bu şəxs qol qoyduğu bütün hüquqpozmalara görə, gec-tez hüquqi müstəvidə ünvanlanan suallara cavab verməli olacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda icra başçısı bələdiyyə sədrinə sakinlərin qarşısında uzunqulaq dedi - ŞOK VİDEO

    Azərbaycanda icra başçısı bələdiyyə sədrinə ...

    27-06-2013, 18:28

  • 
  • Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - VİDEOFAKT

    Gənc nazirimizin buralardan XƏBƏRİ VARMI? - ...

    21-06-2021, 12:55

  • 
  • Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

    Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd ...

    25-02-2019, 16:28

  • 
  • ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq  - ŞOK İTTİHAM

    ''Şamaxinka''dakı ''Bəyaz” kafesində biabırçılıq ...

    12-07-2019, 17:45

  • 
  • Tərtəri icra başçısı talan edir

    Tərtəri icra başçısı talan edir ...

    26-11-2016, 00:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu