GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəy RİH-nin başçısı həkim-ginekoloqdur?

Gədəbəy RİH-nin başçısı həkim-ginekoloqdur?

Tarix: 10-07-2023, 09:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 183


Orxan Mürsəlov: “Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”


   Məlumdur ki, 20 iyun 2023-cü il tarixdə Gədəbəy rayonunun Söyüdlü kənd sakinləri, bu kəndin yaxınlığında fəaliyyət göstərən qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına kəskin etiraz edərək aksiya keçirdilər. Sakinlərin etiraz etmələrinə əsas səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, eyni zamanda qızıl mədəni tullantılarının ləğvi və zavodun zəhərli tullantılarının ərazidən toplanılıb təmizləməsi tələbi idi. Qeyd edək ki, etirazın qarşısını almaq üçün polis qüvvələrindən əlavə, kənd sakinlərinin üzərinə daxili qoşun bölmələri də yeridildi. Diqqət yetirmək lazımdır ki, polis sakinlərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə etməklə etiraz aksiyasını yatırdırlar. Düzdür, Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirsələr də, əslində sakinlər süni gölün suyunun zəhərli olduğunu, kəndin içməli suyuna qarışdığını və bunun nəticəsində insanların sağlamlığına mənfi təsir göstərdiyini bildirirdilər. Eyni zamanda, aksiya iştirakçıları onu da qeyd edirdilər ki, yaradılan su hövzəsinə zəhərli maddələr toplanır, gölün kənd sakinlərinə məxsus örüş sahəsində salınması planlaşdırılır ki, bu da  ekoloji vəziyyəti daha da ağırlaşdıracaq. Odur ki, etiraza əsas səbəb, məhz kənddə ikinci gölün yaradılmasına hazırlıq işlərinin görülməsi idi. Baş veən etiraz aksiyalarından sonra Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun qərarı ilə, Söyüdlü kəndində vəziyyəti araşdırmaq üçün komissiya yaradıldı və komissiyaya tapşırıldı ki, kəndin tullantıxana sahəsində monitorinqlər aparılsın və mövcud vəziyyət qiymətləndirilsin, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətləri araşdırılsın, o cümlədən müvafiq təkliflər də hazırlansın. 

     Bütün bunlar qalsın bir yana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Orxan Mürsəlovun etiraz aksiyaları zamanı ortaya qoyduğu mövqe, müxtəlif telekanallara verdiyi açıqlamalar və s. bu gün də müəyyən çevrənin daha çox müzakirə etdiyi əsas mövzulardandır. Baxmayaraq ki, 26 iyul 1986-cı il tarixdə anadan olan və 2010–2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışan bu şəxs, məhz hadisələrin gedişi zamanı özünün olduqca bacarıqsız, hazırlıqsız kadr olduğunu, həmçinin yerli sakinlərin haqlı mövqeyini müdafiə etmək əzmində olmadığını ortaya qoydu. Bir anlığa diqqət yetirək ki, RİH-nin başçısı vəzifəsini daşıyan Orxan Mürsəlov baş verən olaylarla bağlı məsələlərə münasibət bildirərkən bunları qeyd edir: “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb. Bu gün isə sakinlər gölün fəaliyyəti ilə bağlı narazılıqlar səsləndirirlər. Səsləndirilən iddialar isə sadəcə dedi-qodu xarakteri daşıyır. Göl rəsmi olaraq fəaliyyət göstərir, heç bir qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz. Vaxtaşırı göl nəzarətdə saxlanılır, texnikalar vasitəsilə gölün yerləşdiyi torpaq təzələnir, lazımi işlər görülür. Biz lazım gələrsə sakinlərin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə narazılığa səbəb olan gölə baxış keçirə bilərik. Həmçinin gölün sakinlərin sağlamlığına vurduğu ziyanla bağlı səsləndirilən iddialar da əsassızdır. Bunu aidiyyəti qurumların rəsmi məlumatları da təsdiqləyə bilər. İddialara görə hamilə qadınlar gölün yaratdığı səbəblərdən doğuş problemləri yaşayırlar. Doğuş problemləri ilə bağlı problem yaşanmır. Hazırda kənddə 53 hamilə qadın var və onların bu məsələ ilə bağlı bizə heç bir müraciəti daxil olmayıb”. 

  Hörmətli oxucular! Hər kəs mövqeyini açıq şəkildə ifadə etsin ki, belə bir cavabların verilməsi RİH-nin başçısı vəzifəsini daşıyan şəxsə yaraşan cavablardırmı? Əsla yox! Orxan Mürsəlov rayon rəhbərliyinə təyin olunduğu gündən ötən 11 ay ərzində bircə dəfə Söyüdlü kəndində səyyar görüşünü keçirsəydi, yəqin ki, o halda sakinlər bu məsələ ilə bağlı ona çoxsaylı suallarını ünvanlayardılar. Deməli, rayonun rəhbəri olaraq bu şəxs ötən müddət ərzində Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmayıb, yaxud da maraqlanmaq istəməyib. RİH-nin başçısı verdiyi açıqlamasında onu da bildirir ki, “Söyüdlü kəndi ərazisində yaradılan süni göl 11 ildir ki, fəaliyyət göstərir. Bu günə qədər həmin göllə bağlı bizə heç bir şikayət daxil olmayıb”. Orxan Mürsəlov 12 il ərzində PA-da çalışıb və görəsən o,  əvvəlki vəzifələrini necə yerinə yetirib ki, ötən illər ərzində Söyüdlü kənd sakinlərinin qızıl emalı zavodunun yaratdığı fəsadlara qarşı təqribən 3-4 il bundan əvvəl etdikləri narazılıqlar haqda xəbəri olmayıb? Əgər bu şəxs PA-da işlədiyi müddət ərzində baş verənlərdən xəbəri olmayıbsa, o halda ortaya belə bir sual çıxır ki, bəs bu şəxs Söyüdlü kəndində 53 hamilə qadının olması haqda necə məlumatlı olur? 

    Diqqət yetirmək lazımdır ki, Orxan Mürsəlov hadisələr baş verdiyi anlarda rayonun rəhbər şəxsi olaraq Söyüdlü kənd sakinlərinin yanında olmalı olduğu halda o, bu kəndin sakinlərinə “qarşı tərəf” deyə yanaşmasını ortaya qoyur. Sual oluna bilər ki, bəs RİH hansı tərəfdir? Görəsən bu nə yanaşmadır, bu nə düşüncədir? Yəni icra başçısının düşüncəsinə əsaslansaq RİH bir tərəfdir, Söyüdlü sakinləri isə qarşı tərəfdir. O halda ortaya belə bir sual çıxır ki, ölkə rəhbəri İlham Əliyev cənabları Orxan Mürsəlovu icra başçısı vəzifəsinə təyin edərkən, bu şəxsə verdiyi tapşırıqları o, niyə teztələsik unudur? Bir xatırlamanı yada salaq ki, 24 avqust 2020-ci il tarixdə Prezident İlham Əliyev Biləsuvar və Saatlı rayon icra hakimiyyətlərinə yeni başçı təyin edərkən, ümumi şəkildə hər bir vəzifə sahibinə lazımi tapşırığını vermişdi ki, “İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik". Bəli, bu rəhbər vəzifə sahibi olan hər kəsə, o cümlədən  Orxan Mürsəlova da ölkə başçısı tərəfindən verilən tapşırıqlardır. Deməli, Gədəbəy RİH-nin başçısı Söyüdlü kənd sakinlərinin etiraz aksiyası zamanı özünəməxsus yanaşmasını ortaya qoymaqla bir daha onu göstərdi ki, o, sadə kənd sakinlərinin problemlərinə əhəmiyyət verməyən rəhbər şəxsdir. 

    Yerlərdə dolaşan söz-söhbətlərə görə Orxan Mürsəlov vəzifəsinin icraasına başladıqdan az sonra, o, rayonda vəzifə sahibi olan bəzi şəxsləri heç bir əsas olmadan daşıdıqları vəzifələrindən uzaqlaşdırır və onların yerinə özünə bu və ya digər yollarla bağlı olan şəxsləri təyin edir. Söylənilənlərə görə RİH-nin başçısı bu yöndə atdığı hər bir addımını şəxsi maraqları təmin olunduqdan sonra atır. Deməli, ölkə rəhbərinin Orxan Mürsəlova verdiyi tapşırıqlar teztələsik unudulur ki, o, hadisələr baş verənə qədər bir dəfə də olsun ki, Söyüdlü kənd sakinlərinin problemləri ilə maraqlanmır. Yəni, “KİŞİ”nin başı “bazarlıq işləri”nə qarışır. Hələ bunlar harasıdır? Gədəbəy RİH-nin başçısı ətraf mühitə və ekologiyaya heç bir ziyan vurmadan sakinlərin istirahət etmələrinə lazımi şərait yaradan, yeni iş yerləri açmağa çalışan, bir sözlə Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələr əsasında ölkəmizdə sahibkarlığın inkişaf etdirilməsinə dəstək vermək istəyən iş adamlarını da “gözümçıxdıya” salmaqla məşğul olur. Düşündürücü haldır ki, “məni bir az kənardan çəkin ki, heç olmasa yaxşı düşüm, eybəcər düşməyim” deyən icra başçısı, sakinlərin həyatını “söndürən” zəhərli göl yaradılarkən bir növ susqunluq edir, amma sakinlərə heç bir problem əmələ gətirməyən gölün yaradılmasında isə, sanki “əjdaha”ya dönür. Deməli, bu şəxsin başqa-başqa ambisiyaları var ki, o, bu kimi məsələlərdə belə bir yanaşmasını ortaya qoyur.

Bu haqda apardığımız araşdırmalar yekunlaşdıqdan sonra hər kəsə ətraflı məlumatlar verəcəyik. 

Odur ki, bizi izləməyi unutmayın. Səslənən iddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı yandırdı-Kənd sakinləri etiraz edəcək

    Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı ...

    5-08-2013, 14:52

  • 
  • Gədəbəyin "erməni işğalçılarına" üçüncü müqaviməti - VİDEO

    Gədəbəyin "erməni işğalçılarına" üçüncü ...

    21-06-2023, 13:12

  • 
  • Beyrutda təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

    Beyrutda təhlükəsizlik qüvvələri etirazçılara ...

    15-12-2019, 16:31

  • 
  • Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

    Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar ...

    22-06-2023, 11:08

  • 
  • Gədəbəy qızıl-filiz yatağında qızıl hasilatının həcmi açıqlandı

    Gədəbəy qızıl-filiz yatağında qızıl hasilatının ...

    12-03-2017, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu