“Mənim övladım ali təhsilli, idmançı cüsssəli və kifayyət qədər ağıllı övlad idi. O, özünü öldürəcək qədər zəif gənc deyildi. Biz onun özünü güllələməsi barədə rəsmi açıqlamaları ciddiyə almırıq və bu hadisənin hərtərəfli araşdırılmasını tələb edirik”.
Gundemxeber.az bildirir ki, bunu Gununsesi.info-ya Naxçıvanda intihar etdiyi deyilən hərbçi Kənan Bəkiyevin atası Seymur Bəkiyev deyib. Saytımız vasitəsilə, ölkənin hərbi prokuroru Xanlar Vəliyevə səslənən Seymur Bəkiyev olaydan bir gün əvvəl ailəsi və digər yaxınları ilə telefon danışdığını deyib: “Əhvalı da yüksək idi. Ortada nə varsa, açılmalıdır. Mən buradan hərbi prokuror Xanlar Vəliyevə səslənirəm. Bu iş ciddi araşdırılmalıdır. Oğlum öldürülübsə, onun qanının batırılmasına imkan verməyəcəm. Əgər özünü öldürübsə, demək ki, ortada çox ciddi səbəb olub. Heç kəs inana bilmir. O, özünü öldürəcək qədər aciz adam deyildi”. Seymur Bəkiyev onu da bildirib ki, oğlunun nəşini gətirmək üçün Naxçıvana gedən yaxınlarının tabutu açmasına icazə verilməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?