Suriyada həlak olan Rusiya Silahlı Qüvvələrinin müqavilə əsasında xidmət edən hərbi qulluqçusu Vadim Kostenkonun valideynləri oğullarının intihar etməsinə inanmadıqlarını bildiriblər.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, əsgərin anası Svetlana Kostenko intihar versiyasına heç vaxt inanmayacağını deyib. O qeyd edib ki, oğlunun öldüyü gün onunla danışıb: "Biz hər gün onunla danışırdıq. Vadim məmnun idi və gülürdü. Bizə deyildi ki, o, qıza görə özünü asıb. Vadim heç vaxt bunu etməzdi, oğlumu çox yaxşı tanıyıram".
Mərhumun bacısı və xalası da Svetlana Kostenkonun dediklərini təsdiqləyiblər.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də texniki mütəxəssis olaraq Suriyada qulluq edən Vadim Kostenkonun ölümünü təsdiqləyib. Nazirliyin məlumatına görə, o, Xmeymim aviabazasında intihar edib. "Əsgərin telefonundakı mesajların öyrənilməsi nəticəsində məlum olub ki, intihara səbəb şəxsi həyatında baş verən problemlər olub", - deyə nazirlikdən bildirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?