GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qoşqar Təhməzlinin qoçularına "DUR" deyən olacaqmı?! - AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisi torpil yaradır? -TƏFƏRRÜAT

Qoşqar Təhməzlinin qoçularına "DUR" deyən olacaqmı?! - AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisi torpil yaradır? -TƏFƏRRÜAT

Tarix: 14-07-2023, 19:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 431

Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızının redaksiyamıza növbəti müraciəti daxil olub. 


Əvvəlki iki müraciətində o Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edirdi. Biz bu müraciətlər əsasında "Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür" və "Qoşqar Təhməzli kadrlarına nəzarət edə bilmir - AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində Rəzalət -DE-FAKTO" sərlövhəli yazılar dərc etmişdik.

(Bu linklərdən oxuya bilərsiniz:  https://yenixeber.org/manset/152554-qo%C5%9Fqar-t%C9%99hm%C9%99zlinin-%C9%99rk%C3%B6y%C3%BCn-kadrlar%C4%B1.html) və (https://yenixeber.org/manset/152704-qo%C5%9Fqar-t%C9%99hm%C9%99zli-kadrlar%C4%B1na-n%C9%99zar%C9%99t-ed%C9%99-bilmir-aqta-n%C4%B1n-quba-xa%C3%A7maz-regional-b%C3%B6lm%C9%99sind%C9%99-r%C9%99zal%C9%99t.html)

Bu müraciətində də Validə xanım ona və oğluna qarşı AQTA səlahiyyətliləri tərəfindən haqsızlığın, qanunsuzluğun davam etdiyini yazır. "Yenixeber.org" olaraq bu dəfə də yazıda adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...

Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzlişlərlə dərc edirik: 

"Mən “Yenixebe.orgr” saytının redaktoru cənab İlqar Salmanova iki dəfə müraciət edərək AQTA-nın Quba – Xaçmaz Regional Bölməsində oğlumun iş otağında sektor müdiri tərəfindən döyülməsi hadisəsini açıqlamışdım. AQTA-nın rəhbərliyinə dəfələrlə etdiyim yazılı ərizələr nəticəsiz qaldığı üçün son ümid kimi dərdimi internet vasitəsi ilə bildirmək istəmişəm. Lakin mənim bu açıq müraciətimə də, AQTA-nın rəhbərliyi səssiz qalıb. İnternet saytlarında AQTA-nın rəhbərinin – Qoşqar Təhməzlinin insanın əl və ayaq barmaqlarının sayı çatmayacaq qədər çox olan şəxsi müəssisələrinin siyahısını gördüm. Bu zamana qədər AQTA-nın rəhbərinin oğlumun iş yerində döyülməsinə münasibət bildirməməsi, tədbir gösməməsi mənim ürəyimi ağrıdır və təəccübləndirirdi.

İndi təəccüb hissim yoxdur. O qədər şəxsi “obyektləri” olan AQTA-nın rəhbərinin mənim oğlumun döyülməsinə diqqət yetirməyə vaxtı ola bilərmi? Bu qədər çoxlu “obyektlərin” gəlir-çıxarına nəzarət etmək, onların problemlərini nizama salmaqdan AQTA-nın rəhbərinin vaxtı varmı ki, bir də oğlumun döyülməsi ilə məşğul olsun?!

Çox böyük işmiş! Hansısa kiçik bir işçini onun rəhbərlik etdiyi orqanın yerli şöbəsində sektor müdiri döyüb!!! Nə olacaq ki? Buna onun vaxtı varmı ki, diqqət yetirsin?! Heç bu da işdi? Hansısa kiçik işçini əvəzolunmaz hesab etdiyi sektor müdiri cavab qaytardığı üçün döyüb. Buna görə də həmin kiçik işçinin ahıl anası onu – AQTA-nın rəhbərini narahat edib, günahkarın – buna yol vermiş AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisinin və oğlumu döyən işçinin cəzalandırılmasını tələb edir!!! AQTA özününkü hesab etdiyi işçilərini o qədər əvəzolunmaz hesab edir ki, hətta Quba-Xaçmaz Regional Bölməsindəki bəzi işçilərə əlavə güzəştlər tətbir edir. Belə ki, oradakı bəzi işçilər – (Əgər AQTA-da bununla maraqlanmaq istəsələr adlarını verə bilərəm) AQTA-nın müxtəlif strukturlarında eyni vaxtda 2 ayrı vəzifə tutub, hər vəzifəyə görə də aylıq əmək haqqı alırlar. Maraqlıdır, işçi vəzifəsindən aslı olmayaraq təyin olunduğu vəzifədə 8 saatlıq iş günü normasında çalışdığına görə əmək haqqı alır. (Bu mövcud əmək qanunvericiliyinə əsaslanmış normadır) Lakin bu işçilər eyni vaxtda necə olur ki, ayrı-ayrı iş yerlərində çalışıb, əmək haqqı alırlar?! Bu necə sehirbazlıqdır belə? Bəlkə həmin işçilər özlərini klonlaşdırıblar, eyni vaxtda ayrı strukturlarda müxtəlif vəzifələrdə çalışa bilirlər? Nə qədər ixtisaslı kadrın iş ilə təmin olunmaq üçün müraciətləri illərlə məhz bu tərəf tutan rəhbərlər tərəfindən təmin olunmur. AQTA-da isə bəzi “imtiyazlı” işçilər 2 işlə təmin oluna bilirlər. AQTA-nın rəhbərliyinə bir sual vermək istərdim: Görəsən rəhbərlik yerlərdəki qurumlara rəhbərlik etmək üçün vəzifəli şəxsləri təyin edərkən onlardan hansı tapşırıq və öhdəlikləri tələb edir? Sözsüz ki, kollektivə vicdanla rəhbərlik etmələrini, işçilər arasında əmək nizam-intizamının olmasını, vəzifəcə aşağı işçilərin hüquqlarının müdafiəsini, müvafiq sahə üzrə dövlətimizin, hörmətli Prezidentimizin Qanun, Fərman və normativ aktlara riayət olunmasını təmin etmələrini tələb etməlidir.

Bəs Sizin – AQTA-nın rəhbərinin Quba – Xaçmaz Regional Bölməsinin rəisi nə edir? Bütün bunların tam əksinə - üstün işçiyə kiçik işçini döydürür. Oğlumu döyən sektor müdirini bütün bu işlə əlaqəli orqanlarda müdafiə edən sənədlər göndərir, həmin sektor müdirini müdafiə edir. Necə olur ki, Oğlumun 28.12.2022-ci il tarixdə AQTA-nın QUBA – Xaçmaz Regional Bölməsinin inzibati binasında, iş otğında döyüldüyü günə aid inzibati binanın daxilində və həyətində quraşdırılmış təhlükəsizlik kamerasının videogörüntüləri yoxa çıxır?
Həmin videogörüntülər olduğu halda niyə görə sektor müdirinin tabeliyində işləyən işçilərin ifadəsi əsas götürüldü?

Mənim sektor müdirini döydüyüm yalanını uyduran sektor müdirinin ifadələri niyə videokameralarla yoxlanılmadı? 62 yaşlı, II qrup əlil qadın cavan oğlanı döyə bilərmi? Məntiq haradadır?

Əgər mən və oğlum bölmənin iş otağında bu qədər ictimai qayda-qanunu pozmuşuqsa, niyə həmin gün, sonrakı günlərdə bölmənin rəisi Zaur Fərzəliyev hüquq-mühafizə orqanlarına xəbər vermədi?!
Niyə həmin gün bu hadisənin baş verməsi haqda akt və ya həmkarlar təşkilatının iclas protokolu tərtib olunub, məhz həmin gün AQTA-nın internet saytına göndərilmədi?!
Hər bir halda rəis Zaur Fəzrəliyev baş verən hadisədə məsuliyyət daşımırmı?

AQTA hətta mənim göndərdiyim ərizədən sonra belə bu şəxslərin – Zaur Fərzəliyevin və sektor müdirinin AQTA-nın strukturlarında hal-hazırda da işləməsinə şərait yaradır. Bildirirəm ki, bu şəxslər adi işçilər deyil, məsul vəzifəli şəxslərdir. Kollektivin nizam-intizamına birbaşa cavabdeh olan bu şəxslər haqqında heç bir cəza 
tədbiri görülmədi!!! Hətta hadisəni AQTA-ya xəbər verdikdə bizi – oğlumu və məni Agentliyə çağırıb bu hadisənin araşdırılmasına məsul olan Elgiz adlı işçi tərəfindən hədə-qorxuya məruz qaldıq. Həmin işçi bizi dövlət işçisinə böhtan atmaqla şantaj etdi. Dəflərlə sübut olaraq “Müşahidə kamerası görüntülərinə baxın” tələbimizə əhəmiyyət verilmədi. 
Bütün bu hadisələrdən sonra gəldiyim nəticə budur: 
- Oğlumun qəsdən, bilərəkdən sektor müdiri tərəfindən aylarla təhqir olunmasına göz yumulub. Kollektiv də bu sektor müdirindən nədənsə qorxub, çəkinirlər. Rəis Zaur Fərzəliyev həmişə bu şəxsə havadarlıq edib. Bunun sübutu da Z.Fərzəliyevin işçini döyən bu sektor müdiri haqda çox-çox müsbət xarakterizə edən 
sənəd verməsidir!
Maraqlıdır tabeliyində olan 10-15 işçisinə rəhbərlik edə bilməyən, kollektivdə nizam-intizam qurmağı bacarmayan, hətta bəzi işçilərə torpil yaradan AQTA-nın Quba – Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev böyük bir rayon əhalisinin qida təhlükəsizliyinə necə nəzarət edə bilər?
Hörmətli Qoşqar müəllim, bəlkə bundan sonra vaxt tapıb oğlumun Sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində iş otağında döyülməsində günahkar olan, məsuliyyət daşıyan rəhbər işçiləriniz haqqında tədbir görəsiniz". 



Gundemxeber.az



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qoşqar Təhməzli kadrlarına nəzarət edə bilmir - AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində rəzalət-DE-FAKTO

    Qoşqar Təhməzli kadrlarına nəzarət edə bilmir - ...

    24-06-2023, 13:51

  • 
  • Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür

    Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm ...

    21-06-2023, 19:37

  • 
  • Biznesmen Qoşqar Təhməzli haqda ilginc faktlar: vahabilərdən dövlət çevrilişinədək

    Biznesmen Qoşqar Təhməzli haqda ilginc faktlar: ...

    20-02-2019, 12:09

  • 
  • Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var

    Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var ...

    13-02-2017, 14:20

  • 
  • AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarladı - SİYAHI

    AQTA 15 qanunsuz heyvan kəsimi məntəqəsi ...

    16-06-2021, 11:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu