GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür

Qoşqar Təhməzlinin ərköyün kadrları...-Onlar həm suçlu, həm də güclüdür

Tarix: 21-06-2023, 19:37 Bölmə :Cəmiyyət Baxış: 228

Redaksiyamıza Cəbiyeva Validə Eldar qızının müraciəti daxil olub. Müəllif müraciətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləyən oğlunun sektor müdiri tərəfindən təhqir olunub, döyülməsindən və bu hadisənin rəhbərlik tərəfindən təqdir olunmasından bəhs edir. Müraciətdə yer alan iddialarla bağlı qarşı tərəfləri dinləmə istəsək də, olmadı...


Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik. 

Oğlum 2022-ci ilin avqust ayının 18-dən müfəttiş köməkçisi işlədiyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində iş otağında 28.12.2022-ci il tarixdə sektor müdiri tərəfindən döyülüb.  Şərəf və ləyaqətinin alçaldılmasına etiraz olaraq 29.12.2022-ci il tarixdə işdən çıxma ərizəsi yazıb və ərizəsində bunları qeyd etməklə işdən çıxmışdır. Hadisə son iki ayda sektor müdirinin oğlumu hər gün təhqir etməyə başlaması sonucunda yaranıb.  Bu zaman sektor müdiri hətta oğlumun şəxsi ləyaqətinə toxunan ifadələr belə işlədib. Dəfələrlə oğlumu iş otağına buraxmayıb. Sektor müdirinin təhqirləri dözülməz olduğu üçün oğlum mənə işdən çıxmaq istədiyini bildirdi. Mən dəfələrlə oğlumun iş yerinə gedərək, rəis Zaur Fərzəliyevə, “inzibati” şöbənin sektor müdiri Elçin Rüstəmova sektor müdirinin dövlət işçisinə yaraşmayan hərəkət və təhqirlərini bildirib, bu səbəbdən oğlumun işlədiyi  sektorun dəyişdirilməsini xahiş etmişəm. Lakin heç bir tədbir görülmədi. Bütün bunlar adi bir hal kimi qarşılandı. Oğlum şəxsən özü rəis Zaur Fərzəliyevin və Elçin Rüstəmovun yanına gedib, sektor müdirinin təhqirlərinin dözülməzliyini bildirib. Nəticə olmadı. Cəzasızlıqdan həvəslənən sektor müdirinin bu hərəkətlərinə son qoyulması üçün oğlum onunla danışmaq üçün həyətə çıxmasını xahiş edib. Lakin oğlumun “........... müəllim, bir dəqiqə Sizi olar?” müraciətinə sektor müdiri həmişəki kimi çox kobud surətdə, təhqiramiz ifadələr işlədib. Hər vaxt təkrar etdiyi “sən mənim üçün ölüsən” ifadəsindən sonra oğlum artıq dözə bilməyib “sən özün öl” ifadəsini işlədib.
Oğlumun səssiz qalmağına adət edən sektor müdiri bu sözlərindən çox əsəbiləşib, üzərinə hücum edib, oğlum sektor müdirinin üzərinə gəldiyini görüb, çevrilib getmək istəyib, bu zaman sektor müdiri arxadan ona çatıb gicgahından yumruq vurub. Oğlum qaçıb bayıra çıxıb, lakin ürəyinin döyüntüləri artdığı və gözləri qaranlıq gətirdiyi üçün qaça bilməyib. Oğlumun ürəyində uşaqlıqdan problem var, bu səbəbdən otağın qapısının yanında dəhlizdə divara söykənib qalıb. Bundan sonra də sektor müdiri otaqdan dəhlizə əşyalar ataraq, oğlumu təhqir etməyə davam edib. Yəqin ki, bunları təhlükəsizlik kamerasında izləyən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyev tez oğlumu və digər işçiləri otağa salıb. Oğlum dəfələrlə polisə, yaxud mənə zəng etmək istəsə də, rəis mane olub. Nəhayət oğlum fürsət tapıb mənə zəng edib. Mən təcili oğlumun iş yerinə getmişəm. Lakin məni saatlarla oğlumun yanına buraxmayıblar. Mənim ağlamağımı kənardakı adamların görməməsi üçün məni başqa otağa apardılar. Orada saatlarla bizim şikayət
etməməyimiz üçün rəis və digər işçilər məni dilə tutublar. Sonra da oğlum, sektor müdiri və digər işçilərin saxlanıldığı otağa məni gətirdilər (Oğlumu bayıra çıxmağa qoymurdular). Rəis təkidlə oğlumu və sektor müdirini barışdırmaq istəyirdi. Bu hadisəni “polisə xəbər verməməyi, bunun onun rəhbərliyində olan Bölmədə rəis və sektor müdirinin karyerası üçün pis nəticələnəcəyini” bildirirdi. Oğlumun şərəf və ləyaqətinin alçaldılması isə rəisin vecinə deyildi.
Oğlum döyüldükdən sonra mənə və oğluma Z.Fərzəliyev saatlarla təkid edərək “şikayət etməməyimiz” tələb edilirdi. Belə anladıq ki, müdir işçini istər döyər, istər söyər, işçinin nə həddinə cavab qaytarsın!!! Beləliklə, mən və oğlum günahkar olduq, hətta oğlumu döyən müdirdən çox günahkar olduq. Əlaqədar orqanlar oğlumun “sən özün öl” cavabının nalayiq söz olduğunu, müdirin nüfuzuna xələl gətirdiyini, bu sözlərin müdiri təşviq etdiyi qənaətinə gəldilər. Lakin bu sözün – “sən mənim üçün ölmüsən” ifadəsinin məhz birinci müdirin ağzından çıxdığını oğlumun özünü müdafiə vəziyyətində son zərurət halında “sən özün öl” cavabını qaytardığını nəzərə almadılar. Mən möhtərəm hüquqşünaslarımızdan bu barədə mülahizələrini, hüquqi yanaşmalarını bildirmələrini xahiş edirəm. “Sən özün öl” cavabı doğrudanmı müdirin nüfuzunu aşağı salır? Bu
cavaba görə müdir tərəfindən döyülmüş işçi qanun qarşısında günahkardır? “Sən mənim üçün ölmüsən” ifadəsi necə olur ki, müdirin ağzından çıxanda adi söz olur?
“Sən özün öl” cavabı isə oğlumun ağzından çıxanda nalayiq sözə çevrilir?!Bu hadisədə AQTA-nın rəhbərliyi tərəfindən rəis Zaur Fərzəliyevin laqeydliyinə və vəzifə səhlənkarlığına hüquqi qiymət verilməyib. Məhz onların vəzifə səhlənkarlığı və sektor müdirinə himayədarlıq etmələri səbəbindən bu hadisə baş verib. Onlar hadisə baş verdikdən sonra belə, hüquq mühafizə orqanlarına və yuxarı icra orqanına xəbər verməyiblər. Bu hal AQTA-nın rəhbərliyinin tamamilə nəzərindən “yayınıb”. Halbuki, hadisə baş  verən zaman rəis Z.Fərzəliyev inzibati binada, iş yerində olub.
Mən oğlum günahkarın qanuni yollarla cəzalandırılması üçün əlaqədar orqanlara müraciət etdik. Bax ondan sonra 2-ci ağır zərbəni – mənəvi zərbəni aldıq: Müraciətlərimizin qarşılığında oğlumu günahlandırdılar ki, niyə müdirinə “sən özün öl” qarşılığını – cavabını vermisən?! Hüquq müstəvisində etdiyimiz bütün müraciətlərin nəticəsi bu oldu: müdirin “sən mənim üçün ölmüsən” ifadəsi adi sözdür, oğlumun “özün öl” cavab qaytarması isə nalayiq sözdür?!!

AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəhbərliyi bu hadisə barəsində həm hüquq orqanlarını, həm də öz rəhbərliyini məlumatlandırmayıb. Məhz biz – oğlum və mən əlaqədar təşkilatlara müraciət etmişik. Rəis Zaur Fərzəliyev isə bu hadisəni ört-basdır etməkdən əlavə, həmin hadisəni kollektiv müzakirə etməyib, hətta oğlumu döyən müdiri hüquq orqanlarında rəsmi surətdə müdafiə edib. Bu qeyd etdiyimiz hadisəni təsdiq edən AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin inzibati binasında mövcud olan videomüşahidə kameralarının görüntülərini biz heç cür əldə edə bilmədik.
Dəfələrlə etdiyimiz yazılı müraciətlərə baxmayaraq həmin hadisənin baş verdiyi gün Bölmənin inzibati binasına koridorunda və həyətində quraşdırılmış videomüşahidə kameralarına həmin günə aid görüntülərini əldə etmək istəsək də həmin görüntələr bizim üçün əlçatmaz oldu. Buna səbəb həmin görüntülərdə mənim
qeyd etdiyim hadisəni tam təsdiq olunmasıdır. Lakin etdiyimiz bütün rəsmi müraciətlərə baxmayaraq AQTA-nın rəhbərliyi və əlaqədar orqanlar bizə həmin görüntüləri vermədi.
Hadisənin bu sonluqla bitməsinin səbəbkarı AQTA-nın Quba-Xaçmaz Regional Bölməsinin rəisi Zaur Fərzəliyevdir. Məhz onun vəzifə səhlənkarlığı və işçilər arasında nizam-intizam olmaması və Fərzəliyevin vəzifə səlahiyyətlərindən istifadə edərək müdirə qarşı tərəf tutması sonunda oğlum iş yerində təhqir olunub, döyülüb. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hətta Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına hüquqi qiymət verilib. Lakin mən AQTA-nın rəhbərliyinə dəfələrlə müraciət edib, günahkarların – Z.Fərzəliyevin və müdirin cəzalandırılmasını tələb etsəm də heç bir tədbir görülməyib, heç bir cəza tədbiri görülməyib! Bu hadisələrdən gəldiyim nəticə bu oldu: bəzi idarə rəhbərləri və vəzifəli şəxslər aşağı vəzifədə çalışan tbeliyindəki işçiləri təhqir etməkdən zövq alır, ləyaqətini qorumaq məqsədi ilə cavab qaytaran işçini isə “dikbaşlığına” görə hər vasitə ilə cəzalandırmaqdan çəkinmirlər!!! /yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qoşqar Təhməzlinin bacısı oğlu laborantları niyə kütləvi şəkildə işdən azad edib? – Mehriban Bağırova faktoru…

    Qoşqar Təhməzlinin bacısı oğlu laborantları niyə ...

    24-10-2019, 20:14

  • 
  • Bakı Təhsil İdarəsində iki sektor müdiri işdən çıxarıldı

    Bakı Təhsil İdarəsində iki sektor müdiri işdən ...

    25-11-2013, 12:12

  • 
  • Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi

    Protokol tərtib edən vəzifəli şəxslərin ...

    28-01-2021, 19:55

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-ŞİKAYƏT+FOTOLAR

    Qida Təhlükəsizliyi Agentliyi “obxess” ...

    30-04-2020, 15:46

  • 
  • Qida Təhlükəsizliyi Agentliyi “obxess” rolunda-ŞİKAYƏT+FOTOLAR (YENİLƏNİB)

    Qida Təhlükəsizliyi Agentliyi “obxess” ...

    1-06-2020, 10:22


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu