GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » AAK sədiri gəncləri Prezidentə qarşı qoyur

AAK sədiri gəncləri Prezidentə qarşı qoyur

Tarix: 17-08-2023, 14:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 483

                    

Bu günlərdə əldə etdiyimiz məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Ali Attestasiya Komissiyasında əməliyyat-axtarış işlərini AAK əməkdaşlarının əksər hissəsinin məzuniyyətdə olmasına görə intensiv şəkildə davam etdirə bilmir. Amma çoxsaylı şikayətləri nəzərə alaraq Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sentyabr ayında yoxlamaları yenidən bərpa edəcək. GundemXeber.Az-ın əldə etdiyi digər məlumata görə isə, AAK sədri Famil Front oğlu Mustafayev bu günlərdə ən yaxın adamlarının yanında bildirib ki, onun çox yuxarıda adamı var və buna görə ona heç kim heç nə edə bilməyəcək. “Yuxarıda adam” deyəndə görəsən Famil Front oğlu kimi nəzərdə tutub? Prezident Aparatında bu sahəyə dolayısı ilə nəzarət edən Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbənin müdiri Fərəh xanım Əliyevanımı? Bildiyimizə görə, F.Əliyeva rüşvət və korrupsiyadan uzaq xanımdır, Azərbaycan xalqının qürur duyduğu bir kişinin-professor Şirməmməd Hüseynovun qızıdır, onun adının rüşvət, korrupsiya qalmaqalında çəkilməsi ədalətsizlik olar. 

  Famil Front oğlu bəlkə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovu nəzərdə tutur? Çünki o, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi vəzifəsində çalışıb və Kərəm Həsənovla hədsiz yaxın münasibətləri olub. Ona görə də Famil Front oğlu keçmişdə Əmlak Komitəsində işləyənlərə, xüsusən K. Həsənova yaxın şəxslərə Elmi ad və dərəcələr verilməsində “xüsusi güzəştlər” tətbiq edir. Çünki vaxtilə komitədə də ona belə güzəştlər edilib. O, K. Həsənovun himayəsi altında vaxtilə Dövlət Əmlak Komitəsindəki vəzifəsindən bəhrələnərək dövlət əmlakında xüsusi paya sahiblənib. 

İrəlidə bu məsələyə geniş toxunacağıq. Amma burası da var ki, indi Famil Front oğlu özünü K. Həsənovdan daha güclü hesab edir. AMEA alimlərinin Prezidentə müraciətində onun hələ AAK-da sədr əvəzi olarkən Mikayıl Cabbarova güvəndiyini və onun hesabına tezliklə AAK-ın sədri olacağını yaxın adamlarının yanında dilə gətirdiyi bildirlir. Amma inanmaq olmur ki, yuxarıda adı çəkilən bu adamlar Famil Front oğlunun rüşvət və korrupsiya maxinasiyalarında adlarının hallanmasını istəyələr.

Famil Front oğlu Mustafayevin Azərbaycan dövlətinə ən böyük zərbəsi gənclərin elmə gedən yolunun qarşısını almasıdır. O, bu göstərişin ona Prezident Aparatından verildiyinə dönə-dönə işarə edir. Sanki bununla o, Prezidentlə gənclər arasında uçurum yaratmağa çalışır, AAK-ın bütün imtina məktublarında 2019-cu ildə Prezident tərəfindən təsdiqlənən “Əsasnamə”ni xüsusi vurğulamaqla ölkə başçısının adını qəsdən mənfi mənada dövriyyəyə gətirir. Belə çıxır ki, Prezident bilərəkdən belə bir Əsasnamə hazırlatdırmışdır ki, gənclərin elmə gedən yolunun qarşısını kəssin. Halbuki cənab Prezident bütün çıxışlarında və əməli fəaliyyətində gənclərə meydan verilməsinə, onların irəli çəkilməsinə çağırış edir. Möhtərəm Prezidentin gənclərə qayğısı ilə bağlı 1 fevral 2019-cu ildə Gənclər günündə etdiyi çıxışdan iki cümləni burada xatırlatmaq yerinə düşər: “Mənim tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır”. 

Etiraf edək ki, Famil Front oğlu birmənalı şəkildə Prezidentin bu tövsiyyəsini inkar edir və gənclərin elmə, tədqiqata gələn yolunu bağlayır və fəxrlə deyir ki, AAK bir ildə 246 elmi işdən imtina edib. Həm də həmin işlərin böyük əksəriyyəti xırda texniki problemlə bağlı geri qaytarılıb. Onu da qeyd edək ki, bu məsələdə Elm və Təhsil Nazirliyi onun əsas köməkçisinə çevrilib. Həmin nazirliyin bir nəfər əməkdaşı bizimlə söhbətdə açıq şəkildə bizə bildirdi ki, Elm və Təhsil Nazirliyinin bəzi əməkdaşları AAK-la birgə müəyyən korporativ maraqları bölüşdüklərindən vətəndaşların haqlı şikayətləri təmin olunmur və sonda bütün ittihamlar Prezidentə yönəldilir. Əks halda, AAK-ın 2019-cu ildə qəbul etdiyi Əsasnaməni geriyə, 2018-ci və ondan əvvəlki illərdə doktoranturaya qəbul edilmiş gənclərə tətbiq etməsi ilə bağlı yol verdiyi qanunsuzluqla əlaqədar gənclərin Elm və Təhsil Nazirliyinə müraciətləri başdansovdu cavablandırılmazdı. Yaxud vətəndaşa bir cavab, AAK-a başqa bir cavab göndərilməzdi. Azərbaycan Respublikasının Konsititusiyasının 149-cu maddəsinin VII bəndində açıq-aydın deyilir ki, “normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir”. Vətəndaş yuxarıda qeyd edilən normativ-hüquqi aktın qanunsuz olaraq geriyə, yəni Əsasnamənin qəbul edildiyi tarixdən əvvəl doktoranturaya qəbul olumnmuş şəxslərə tətbiq edildiyini bildirdikdə, ölkə qanunlarını və konsititusiyasını qorumaq birbaşa vəzifəsi olan nazirlik məsələyə tam aydınlıq gətirməli idi. Təbii ki, nazirliyə gələn məktubların hamısının nazir tərəfindən oxunduğunu və nazirin özünün birbaşa onlara cavab yazdığını güman etmək sadəövhlük olardı. Bunun üçün nazirlikdə yüksək əmək haqqı alan aparat işçiləri var. Cavabları da onlar hazırlayır və nazirə imzalatdırırlar. Əlbəttə, həmin məktubu hazırlayan, nazirə imzalatdıran şəxslər qanunu pozduqlarının fərqində olmalıdırlar. Digər tərəfdən, NBA üzrə magistr diplomunda nazirlik tərəfindən açıq-aşkar yazılır: “bu diplom növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Nazirlik bu ifadənin həmin şəxslərin yalnız “iqtisadiyyat” üzrə müdafiə etməsinə icazə verdiyini deyir. Onda bu halda konkret yazılmalı idi ki, “bu diplom iqtisadiyyat üzrə növbəti pillədə təhsili davam etdirməyə icazə verir”. Amma belə yazılmayıb. Qanun qadağan etmirsə, niyə icazə olmamalıdır?

Gənclərə qarşı 2019-cu il “Əsasnamə”sindən istifadə edərək onların yolunu bağlayan AAK sədrinin bəs öz fəaliyyəti necə, əsasnaməyə uyğun olubmu? AAK dakı rüşvət və korrupsiya faktından, elmi ad və dərəcələrin şıdırığı alverindən, AAK-ın Ekspert Şurasının üzvü və katibi professor Şəfa Əliyevin bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəindən rüşvətlə yaxalanması məsələsindən demək olar ki, ölkə mətbuatı hər gün yazır. Bu, görünür, AAK-ın fəaliyyət prinsipidir. Bəs rəhbərin özünün fəaliyyət prinsipi? 

Famil Front oğlu kimdir? O, hansı yollarla AAK-ın rəhbərliyinə gəlib çıxıb? Onun AAK-ın səhifəsindəki tərcümeyi-halı ilə real tərcümeyi-halı arasında xeyli fərqlər var. AAK-ın səhifəsində onun 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsində şöbə rəisi, Sahibkarlığa Kömək Milli Fondunun direktor müavini, 1994–1996-cı illərdə “Azərbaycan İnvestisiya Şirkəti” SC-nin vitse-prezidenti, prezidenti, 1996–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsində şöbə rəisi, Milli Depozit Mərkəzinin icraçı direktoru, prezidenti, 1999–2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti kimi vəzifələrdə işləməyi göstərilməyib. Çünki, bu vəzifələrin heç birisi ona Azərbaycan elminə rəhbərlik etmək səlahiyyəti vermir. “Kupçanın”, “qiymətli kağızların” elmlə nə bağlılığı? Yəqin ki, Famil Front oğlu özü də bunu başa düşüb, ona görə də elmə dəxli olmayan bu vəzifələri AAK-ın səhifələrində sadalamayıb.

Digər tərəfdən, Famil Front oğlu, guya, 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. Halbuki  həmin dövrdə (1999–2000-ci illərdə) o, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Milli Depozit Mərkəzinin prezidenti olub. Onun vaxtı və imkanı vardımı ki, gedib BDU-da tələbəlik etsin? Özü də guya fərqlənmə diplomu alıb! Çox ehtimal ki, bu diplomu Abel Məhərrəmov bir elli kimi ona hədiyyə edib. Onun həmin dövrdə necə təhsil alması ilə bağlı universitetə artıq sorğu göndərilib. Famil Front oğlunun təkcə hüquq diplomu şübhəlidirmi? 2019-cu ildə AMEA-nın alimləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edərək AAK-ın sədr əvəzinin (o zaman F.Mustafayev AAK-da sədr əvəzi vəzifəsində çalışırdı) professor diplomunun saxta olduğu barədə geniş yazı ilə çıxış etmişdilər. Moderator.az saytı vasitəsi ilə yayımlanan həmin müraciətdə deyilirdi: “Möhtərəm Cənab Prezident! AAK-ın sədr əvəzi Famil Mustafayevin professor diplomunun verilməsində AAK-ın “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları haqqında” Əsasnamənin 6-cı bəndinin 45-ci maddəsi kobud şəkildə pozulmuşdur. Belə ki, maddəyə əsasən kafedra üzrə professor elmi adı almaq üçün elmlər doktoru diplomu təsdiqləndikdən 4 il keçdikdən sonra AAK-a professorluğa sənədlər təqdim edilə bilər. Famil Mustafayevin isə “Elmlər doktoru” dərəcəsi 24 iyun 2011-ci ildə təsdiq olduğu halda, “İqtisadi nəzəriyyə” kafedrası üzrə professor elmi adı 06 iyun 2014-cü ildə təsdiq edilmişdir. Yəni, heç 3 il keçməmişdir. Əgər nəzərə alsaq ki, sənədlər AAK-da 4-5 fq ekspertiza olunur, deməli, təxmin etmək olar ki, müddətdən 2 dəfə tez olaraq Famil Mustafayevin sənədləri qəbul edilmişdir. Onda adam dəhşətə gəlir!!! Bu qədər də prosedur pozuntusu olarmı?! Olar! Famil Front oğlu Mustafayevə olar! Bu adam yuxarıların onun arxasında dayandığını deyirsə, demək ona hər şey olar! Bu yuxarı kimdir? Bunu F. F. Mustafayev birbaşa niyə dilinə gətirmir? Müraciət müəlliflərinin yazdığına görə, həmin dövrlərdə Famil Front oğlu Mustafayev AAK-ın İqtisadiyyat üzrə Ekspert Şurasının sədri olub: “Deməli, Famil Mustafayev həm də həmin dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Əsasnaməni kobud şəkildə pozmuşdur. Əsasnamə isə gördüyünüz kimi dəqiq, mütləq 4 il müddətini hamı üçün qeyd-şərtsiz zəruri edir. Hər bir halda F. Mustafayevin bugünki professor diplomu legitim deyildir, prosedur pozuntusuna yol verilmişdir və deyə bilərik ki, SAXTADIR!”.

Famil Front oglu onlarla gənc alimin yolunu məhz həmin “Əsasnamə” ilə kəsmişdir. Amma özü həmin “Əsasnamə”ni hamıdan çox pozub. Bunu biz demirik AMEA-nın Prezidentə müraciət etmiş alimləri yazır: “Əsasnamənin 9-cu “Elmi dərəcələrədən və elmi adlardan məhrumetmə və onların bərpa edilməsi” bölməsinin 54-cü maddəsində yazılır ki, elmi dərəcə və ya elmi ad bu Əsasnamənin tələbləri pozulmaqla verildiyi halda, həmin şəxs elmi addan məhrum edilir. Deməli, birmənalı şəkildə Famil Mustafayev professor diplomundan məhrum olmalıdır! Çünki saxtakarlığa yol verilmişdir! Həm də o, məsuliyyətə cəlb olunmalıdır, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün”. Həqiqətən adama təəccüblü gəlir, bu qədər qanun pozuntusuna yol vermiş şəxs sonradan mükafatlandırılır, ona AAK sədri vəzifəsi verilir??? Famil Front oğlu əvəllər çalışdığı vəzifələrdə də bu cür saxtakarlıqlara yol vermişdir. O, 90-ci illərdə Əmlak Komitəsində işləyərkən dövlətin əmlakını da Bakı Mexaniki Təmir zavodunu bu yolla özününküləşdirmişdir. İndi həmin zavod “Konteks” MMC adı altında fəaliyyət göstərir. O, çox böyük var - dövləti də saxtakarlıq yolu ilə əldə etmişdir. Port-Bakuda ən bahalı mənzillərə sahibdir. 

Bundan əlavə, AMEA əməkdaşları öz müraciətlərində Famil Mustafayevin doktorluq dissertasiyasının da plagiat məsələlərinə toxunmuşlar. “Famil Mustafayevin dissertasiyası, əsasən 1998-2002-ci illərdə Rusiyada müdafiə olunmuş dissertasiyaların birləşməsinin tərcüməsindən ibarətdir”-, deyə alimlər yazır. Yaxşı, bu qədər saxtakarlığa yol vermiş insan niyə indiyə qədər heç bir cəza almamışdır. Əksinə, vəzifə pillələri ilə sürətlə irəliləmişdir. Bu gün onun toxunulmazlığının səbəblərindən biri kimi DTX rəisinin bacısı Mahirə xanım Nağıyevanın AAK-da Famil Front oğlu tərəfindən filologiya üzrə ekspert şurasına sədr təyin edilməsi göstərilir. Amma biz hörmətli Əli müəllimin dövlətçilyin, milli-mənəvi dəyərlərin keşiyində ləyaqətlə dayandığını yaxşı bilirik, çox ehtimal ki, bu faktı Famil Front oğlu özü qəsdən dövriyyəyə gətirir ki, toxunulmaz olduğunu göstərsin.

Yazını AMEA əməkdaşlarının bir cümləsi ilə tamamlayıram: “Ali Attestasiya 

Komissiyasının nüfuzunu alverçi təfəkkürlü şəxsin deyil, yalnız nüfuzlu alimin rəhbərliyi ilə qaldırmaq mümkündür!”.

 (Davamı var)


Güney Nəsirov

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fərəh Əliyeva PA-nın Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib

    Fərəh Əliyeva PA-nın Humanitar siyasət, diaspora, ...

    29-11-2019, 23:27

  • 
  • Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəzifəli şəxsin həbs edilməsi üçün əməliyyat keçirib.

    Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    4-09-2020, 15:35

  • 
  • Ali Attestasiya Komissiyasında diplom alveri -ŞOK FAKTLAR

    Ali Attestasiya Komissiyasında diplom alveri -ŞOK ...

    19-07-2023, 13:18

  • 
  • Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu saxtadır, səlahiyyətlərindən sui-istifadə edir”

    Alimlər AAK-ın sədr əvəzinə qarşı: - “Diplomu ...

    11-06-2019, 12:03

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilir

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    27-01-2014, 16:45


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu