Bu günlərdə gundemxeber.az xəbər portalına Ucar rayon sakinləri Vətən müharibəsi Qaziləri tərəfindən daxil olan şikayət məktubunda bildirilir ki, "Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyev vəzifəsindən sui-istifadə edərək korrupsiya əməlləri ilə məşğul olur.
Belə ki, biz özümüzə məxsus avtomobili 17 avqust 2023-cü il tarixdə qeydiyyata aldırmaq üçün Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsində olduq. Bizdən avtomobili qeydiyata almaq üçün 200 manat məblğində pul alsalar da qəbz təqdim etmədilər. Eyni zamanda biz orada 5 saatdan çox gözləməli olduq. Çünki, ilkin olaraq bizdən 400 manat pul istənilmişdir. Həmin pulu verə bilməyəcəyimizi dedikdən sonra, bizi 5 saatdan çox orada gözlətdilər. Hansı ki, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri növbədən kənar qəbul edilməlidirlər.
Biz hər ikimiz Vətən müharibəsində yaralanıb əlil olmuşuq. Dövlətin verdiyi təqaüd bizim müalicələrimizə və dərmanlarımıza güclə çatır. Amma, Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyev bunu nəzərə almadan korrupsiya əməlləri ilə məşğul olur.
Qanuna müvafiq qaydada Mersedes markalı 90 RF 783 nömrəli avtomobil aşağı rüsümla qeydiyata alınmalıdır.
Aidiyyatı mərkəzi orqanlardan xahiş edirik şikayətimizi obyektiv araşdırıb vəzifəsindən sui-istifadə edib korrupsiya əməlləri ilə məşğul olan Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış İdarəsinin rəisi Cavanşir Vəliyevin barəsində qanuni tədbirlər görsünlər."
İmza; Rüstəmov Səfər Mikayıl oğlu 3-cü dərəcəli Vətən müharibəsi əlili Ucar rayonu Alpı kənd sakini
İbrahimov Taleh Şamil oğlu 2-ci dərəcəli Vətən müharibəsi əlili Ucar rayonu Pirkənd kənd sakini
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?