GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Rektor Kamal Abdullayevin yarıtmaz​ idarəçiliyi​ Universitetdə çalışanları “ayağa qaldıracaq?”- İLGİNC FAKTLAR

Rektor Kamal Abdullayevin yarıtmaz​ idarəçiliyi​ Universitetdə çalışanları “ayağa qaldıracaq?”- İLGİNC FAKTLAR

Tarix: 5-10-2023, 15:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 927

Hörmətli oxucular! Bir neçə gün bundan öncə gundemxeber.az-ın yayımladığı yazılarda dünya şöhrətli alim, tanınmış Azərbaycan ziyalısı, 2007-ci ildən bu ilin iyul ayına kimi Azərbaycan Dillər Universitetində (ADU) professor vəzifəsini tutmuş filologiya elmləri doktoru Həbib Zərbəliyev, bu universitetin rektoru Kamal Abdullayevin qanunazidd əməllərini ictimailəşdirdikdən sonra ona qarşı aparılan kompaniya haqqında məlumat vermişdik. Ölkə gündəmini zəbt etmiş bu məsələnin təfərrüatları barədə yazılarımızı davam etdirəcək, ADU-da nələr baş verdiyini, Universitetin niyə bu vəziyyətə gəlib çıxdığı, onu kimin belə vəziyyətə saldığı barədə sizə ətraflı məlumatlar verəcəyik. Həbib Zərbəliyev Ulu Öndər Heydər Əliyevin göstərdiyi böyük qayğı nəticəsində 1976-1981-cı illərdə ovaxtkı SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində – Leninqrad Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və Azərbaycanın ilk indoneziyaşünası kimi fəaliyyətə başlamışdır. Ötən illər ərzində o, Azərbaycan-İndoneziya ictimai əlaqələrinin yaradılması və inkişaf etdirilməsi, bu ölkənin mədəniyyətinin Azərbaycanda və Azərbaycan mədəniyyətinin İndoneziyada təbliği, Azərbaycanda İndoneziya dili və ədəbiyyatının, tarixi və etnoqrafiyasının tədrisi, tədqiqi və təbliği sahəsində çox böyük işlər görmüşdür. Həbib Zərbəliyev İndoneziyanın dövlət və hökumət nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə, Milli Məclis və nazirliklərin rəhbərləri ilə keçirilən rəsmi görüşlərin tərçüməçisi kimi də fəaliyyət göstərmişdir. Bütün bunlar onu göstərir ki, Həbib Zərbəliyev heç də sıradan bir şəxs deyildir. Lakin Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevin yüzlərlə saxta diplom verməsi və başqa qanunazidd əməllərini ifşa etdikdən sonra rektor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, saxta səsvermə təşkil edib qanun pozuntusu ilə Həbib Zərbəliyevi işdən kənarlaşdırmışdır. Bununla kifayətlənməyən rektor bütün əlaqələrini işə salaraq professor Həbib Zərbəliyevə qarşı təzyiqlərini davam etdirir. Məsələ ilə bağlı o, bunları dedi: “Üz-üzə qaldığım problemin araşdırılması, rektor Kamal Abdullayevin saxta diplomlar verməsi və başqa qanunazidd əməlləri ilə bağlı bu ilin iyun ayından indiyə kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 3 məktub və 1 teleqram, Birinci vitse-prezidentə 1 məktub, Heydər Əliyev Fonduna 1 məktub, Baş Prokurora və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 2 məktub ünvanlasam da, bu günə qədər məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Prezidentə ünvanladığım məktublar araşdırılması üçün Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinə verilir. Lakin bu şöbə nəinki məsələni araşdırmır, hətta şikayətçi kimi mənə cavab belə, vermir. Şöbə ilə vaxtaşırı əlaqə saxlayarkən əməkdaşlar mənim məktublarımı şöbə müdirinin özündə saxladığını bildirirlər. Kamal Abdullayevin yaxın ətrafının dediyinə görə, həmin şöbənin rektor Kamal Abdullayevlə səmimi münasibətləri olan müdiri mənim məktublarımla bağlı rektora şifahi sorğu vermiş və onun cavabı əsasında məsələni bağlamışdır. Lakin məsələ bununla bitmir. Rektor Kamal Abdullayevin diktəsi ilə Prezident Administrasiyasına Universitetin əməkdaşlarının adından mənə qarşı iftira dolu məktublar yazdırılır (həmin məktublardakı böhtanlara görə, görünür, məhkəməyə müraciət etməli olacağam). Bu məktublara isə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsi dərhal reaksiya verir və müvafiq təşkilatlardan araşdırma aparmağı tələb edir. Hələ Kirill əlifbası ilə yazan Kamal Abdullayev mənim əvəzçiliklə işlədiyim AMEA-nın Dilçilik İnstitutuna da təzyiq göstərir və mənim orada işdən çıxarılmağım üzərində israr edir. Vaxtilə Ayaz Mütəllibovun komandasında Ümummilli lider Heydər Əliyevə qarşı mübarizənin fəallarından biri olmuş, lakin məharətlə maskalanaraq, Prezident İlham Əliyevin müşaviri vəzifəsinə qədər gəlib çıxmış Kamal Abdullayev indi mübarizəsini Heydər Əliyevin böyük qayğı ilə yetişdirdiyi və öz övladları adlandırdığı şəxslərə qarşı aparır. Prezident Administrasiyasından qovulduqdan sonra o vaxt hələ orada olan hamısının köməyilə ADU-nun tələbələrinin mitinqlərini təşkil edərək rektor vəzifəsinə gəlməyə nail olmuş Kamal Abdullayev vaxtilə böyük nüfuzu olmuş bu təhsil müəssisəsini intriqa yuvasına, alver obyetinə çevirmişdir. Onun verdiyi saxta diplomlar Azərbaycanın gələcəyinə, onun milli təhlükəsizliyinə vurulan çox ağır zərbədir. Kamal Abdullayev rəhbərlik etdiyi bu ali təhsil ocağını cəngəllik qanunları ilə, mağara təfəkkürü ilə idarə edir. Onun rəhbərlik etdiyi illər ərzində Universitet müflis olmuşdur. Əməkdaşların əmək haqqının Prezidentin sərəncamlarına uyğun olaraq artırılmaması bir yana qalsın, iş o yerə çatmışdır ki, Universitetin xadimələri zibil toplamaq üçün torbaları belə, küçədə axtarıb tapırlar. Əməkdaşlar dəftərxana ləvazimatlarını özləri alıb gətirir, müəyyən bir sənəd almaq üçün müvafiq şöbəyə müraciət etdikdə özləri ilə kağız gətirməli olurlar. Kamal Abdullayevin əməkdaşlarla davranışı hökmdar–kölə davranışını xatırladır. Mənə qarşı hazırlanmış və mətbuatda dərc edilmiş məktubu imzalamayanlar, hətta mənim sosial şəbəkələrdə yazılarımı bəyənənlər belə, onun təqiblərinə məruz qalırlar. Bütün bunlar Kamal Abdullayevin immanent xüsusiyyətləridir. Onun davranışı barədə çox dastanlar var. Bu akademikin vaxtilə kabinetində niyə döyüldüyü haqqında ilk mənbənin mənə vermiş olduğu məlumatları mən ayrı bir yazıda oxuculara mütləq çatdıracağam”.


P.S. Hörmətli oxucular! Növbəti yazılarımızın birində rektor Kamal Abdullayevin digər əməllərindən də bəhs edəcəyik. Bizi izləyin.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

    Kamal Abdulla Azərbaycan Dillər Universitetinin ...

    1-06-2017, 18:36

  • 
  • Kamal Abdulla nazirlə ADU-ya gəldi – Foto (Yenilənib)

    Kamal Abdulla nazirlə ADU-ya gəldi – Foto ...

    2-06-2017, 18:08

  • 
  • Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ADU ətrafında yeni qalmaqal

    Kamal Abdulla Əvəz Zeynallını məhkəməyə verdi – ...

    30-07-2019, 13:29

  • 
  • Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da vəzifəyə keçdi

    Təhsil Nazirliyinin keçmiş şöbə müdiri AMEA-da ...

    5-07-2013, 15:28

  • 
  • ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru özündən çıxartdı: "Sözünü geri götür" (VİDEO)

    ADU-da tələbə qızın cəsarətli çıxışı rektoru ...

    29-05-2017, 19:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu