Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin keçmiş müdiri Həbib Zərbəliyeva Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) vəzifə verilib.
H. Zərbəliyev açıqlamasında faktı təsdiqləyib: “Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsində baş mütəxəssis kimi çalışıram”. H. Zərbəliyev onu da bildirib ki, o, hazırda AMEA-da Dilçiliyin İnkişafına dair Dövlət Proqramına məsul şəxs təyin olunub: “Bundan başqa, Azərbaycan Dillər Universitetində professor kimi fəaliyyətimi davam etdirirəm”.
Qeyd edək ki, bir neçə ay öncə təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Akkreditasiya şöbəsi monitorinq və qeydiyyat şöbəsi ilə birləşdirilib, Akkreditasiya şöbəsinin müdiri H. Zərbəliyev isə vəzifəsindən azad edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?