GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri

Ağac məzarlığında göyərən statistika - (Hazıra) Nazirin ən zəif yeri

Tarix: 23-10-2023, 23:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 417

Yəqin xatırlayırsız, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən olaylara görə bir sıra məmurları, o cümlədən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi sərt tənqid etdi.

Prezident bildirdi ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir:
"Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
Söyüdlü sakinlərinin şikayətlərinə toxunun dövlət başçısı qeyd etdi ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar:
"Amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil".

Prezidentin həmin çıxışından sonra gözlənilirdi ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev sərt tənqidlərdən nəticə çıxaracaq və nazirliyin işində ciddi keyfiyyət dəyişikliyi baş verəcək. Artıq o tənqidlərdən 4 aya yaxın vaxt keçib. Bəs, dəyişikliklər varmı? Nazirin fəaliyyətində müsbət istiqamətdə hansısa dönüş hiss olunurmu?
Gəlin, Ekologiya Nazirliyinin fəaliyyət istiqamətlərini, cavabdeh olduğu çoxsaylı sahələri sadalamayaq, elə ətraf mühitin mühafizəsi, konkret olaraq, meşələrin qırılması məsələsi üzərində dayanaq. Ötən 4 ayda bu istiqamətdə hansı ciddi tədbirlər görülüb? Ümumiyyətlə, cənab Muxtar Babayev bu müddət ərzində kabinetindən çıxıb günü-gündən qırılıb seyrəkləşən meşələrimizdə olubmu? Bu ilin iyulundan bəri Söyüdlüdə ikinci süni gölün yaradılmayacağı haqda məlumat istisna olunmaqla, nazirlik ətraf mühitin mühafizəsi istiqamətində hansı addımları atıb?
Nazirliyin rüblük hesabtları olmadığından (olsa belə, mətbuata açıqlanmır) bu suallara cavab vermək üçün yeganə mənbə onun mətbuat xidmətinin gündəlik məlumatlarıdır. Bu press-relizlərdə isə təəssüf ki, əksər hallarda faktiki hava, atvosfer havasının keyfiyyəti, hansısa ictimai dinləmələr və s. haqqında məlumatlar yer alır. Nazirlik Durna günü, Qoruq günü kimi təqvim bayramları haqda məlumat paylaşmaqla işini bitmiş hesab edir. Halbuki, meşələrin qırılması bilavasitə yay ayları və payızın əvvəllərində baş verir ki, məntiqlə yayılan məlumatlar arasında bu mövzuda xəbərlər üstünlük təşkil etməlidir. Olmaya, Azərbaycanda meşələr qırılmır? Bəlkə buna görə ETSN bu barədə susur?

Əlbəttə, belə deyil. Yay mövsümü məhz Müdafiə Nazirliyi, Sərhəd Xidməti hərbi hissələrinin, məktəb, xəstəxana və s. müəssisələrin, eləcə də təbii qazın olmadığı kəndlərdə əhalinin odun tədarükü gördüyü mövsümdür. Bəli, dövlət müəssisələri bu tədarükü müvafiq sənədləşmə əsasında, icazəli şəkildə həyata keçirir. Bəs, on minlərlə kənd əhalisi bu məsələdə qanunun tələblərini yerinə yetirirmi? Bunun üçün sakinlər müvafiq icazə alırmı? Onlar odun tədarükünü məhz meşələrdə bu məqsədlə təyin olunmuş ərazilərdən həyata keçirimi? Təəssüf ki, yox. Əksər yerlərdə bu məsələ ilə bağlı xaos hökm sürür. Lerik, Yardımlı, Masallı, Cəlilabad, Oğuz, Qəbələ rayonlarında meşə sahələri sürətlə seyrəkləşir. Bu proses illərdir davam edir. Nazirlik isə saxta statistika təqdim etməklə işini bitmiş hesab edir. İnzibati cəzalar, tətrib olunan akt və protokollar kəsilmiş çoxillik, nadir, hətta Qırmıza Kitaba düşən ağacları geri qaytarırmı? Ümumiyyətlə, niyə ETSN illərdir səbəblə yox, nəticə ilə mübarizə aparır. Yalnız hardasa yaşıllıqlar məhv ediləndən sonra bundan xəbər tutur və inzibati tədbirlərə əl atırlar. Bəs, onda nazirliyin yerli strukturları nəyə lazımdır? Əgər bu cinayətlərin qarşısı vaxtında alınmırsa, iş-işdən keçəndən (ağaclar qırılandan) sonra polis, prokurorluq, məhkəmə iş açırsa, o zaman nazirliyin yerli strukturlarının funksiyası nədən ibarətdir?
Son illər ETSN meşələrin qırılmasına görün necə haqq qazandırır: Odun tədarükü meşələrin qanunsuz qırılması demək deyil! Bəli, bu yaxınlarda nazirliyin yaydığı açıqlamada məhz belə deyilirdi. Yəni, meşələr qanuni qırılır! Qanuni, yaxud qanunsuz, fakt, nəticə ondan ibarətdir ki, Azərbaycan ərazisibib cəmi 11 faizini təşkil edən qiymətli sərvətimiz - meşələrimiz günü-gündən qırılıb tükənməkdədir. Digər tərəfdən, hər il rayonlarda odun tədürükü üçün kəsilən ağacların əvəzinə yeniləri əkilirmi? Təəssüf ki, bu suala da müsbət cavab vermək mümkün deyildir. Meşələrin bərpası prosesi də Nazirliyin Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası kimi aparılır. Yalnız kampaniya, statistika xətrinə. Əkildi, vəssalam. O əkilən ağaclar böyüyəcək, yoxsa quruyacaq, burası maraqlı deyil. Statistika lazımdır, vəssalam! Sanki Azərbaycanda ETSN yoxdur, iki Statistika Komitəsi var!!!
Zaur/BakuPost/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib - VİDEO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ...

    6-11-2015, 18:01

  • 
  • Prezident Ekologiya nazirini işdən çıxaracaq? - "Muxtar Babayev savadlı oğlandır, amma..."

    Prezident Ekologiya nazirini işdən çıxaracaq? - ...

    12-07-2023, 15:53

  • 
  • Muxtar Babayev özü ilə gətirdiyi kadrı vəzifəsindən azad etdi

    Muxtar Babayev özü ilə gətirdiyi kadrı ...

    7-09-2018, 14:11

  • 
  • Astarada ağac qətliamı

    Astarada ağac qətliamı ...

    10-09-2018, 11:34

  • 
  • Prezident və birinci xanım Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

    Prezident və birinci xanım Şamaxıda ağacəkmə ...

    6-12-2019, 13:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu