Hakimiyyətdə elə bir boşluq yaranıb ki, heç kimi tanımır, heç kim heç kimi saymır. Təsəvvür edin ki, prezident administrasiyasına yüz məktub göndərirsən, birinə də cavab gəlmir. Aydın məsələdir ki, cənab prezidentdən gizlədilir şikayət dolu məktubları. Ya da ki, düzgün çatdırılmır. Yəni təhrif olunmuş formada deyilir rəhbərliyə.
2019 – cu ildə mənə Suraxanı rayon İcra Hakimiyyətindən mənə zəng gəldi ki, gəlin icra hakimiyyətinə, sizi qəbul edək. Birinci vitse-prezidentin katibliyindən bu barədə məktub daxil olub bizə.
Təbii ki, başqa yerdən desəydilər getməzdim. Amma o adama, o quruma inamım var. Ona görə də, durub yollandım icra hakimiyyətinə.
Qeyd edim ki, mən Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadan mənzil problemimlə bağlı kömək istəmişdim.
Nə isə, orada məni Suraxanının o vaxtkı icra başçısı İlqar Abbasovun müavini Etibar Yolçuyev “qəbul etdi”. Qəbul nə qəbul…
Demə görməmişəm. Biabırçılıq.
Qışqıraraq, bağıraraq, “gündə bir adamı göndərirlər ki, buna kömək edin. Nə kömək edək? Necə edək? Mənim mənzil fondum yoxdur”. Mən də, “məni siz çağırmısınız və mən sizdən deyil, dövlət başçısından və onun müavinindən kömək istəmişəm” dedim. Daha sonra başçını dəyişdilər Şirvana. Əziz Əzizov gəldi Suraxanıya. O, da sələfi İlqar Abbasovdan fərqlənmədi heç. mən nə İlqar Abbasova, nə də Əziz Əzizova izah edə bilmədim ki, mən sizdən heç nə istəmirəm. Dövlətimdən istəyirəm. Sadəcə daimi qeydiyyatım Suraxanı olduğu üçün, məhz sizə tapşırılır bu iş.
Bunlara onu da izah edə bilmədim ki, mən Azərbaycan vətəndaşıyam. Qanunvericiliyə görə, evi olmayan istənilən vətəndaş mənzil növbəsinə götürülə bilər qeydiyyatda olduğu rayonun icra hakimiyyəti tərəfindən. Və bu barədə Sosial Müdafiə Nazirliyinə məlumat verilməlidir.
Söhbət yerli və Avropa mediasında cənab prezidenti və hörmətli Birinci vitse-prezidenti qələmi ilə təbliğ edən jurnalist Fariz Quliyevdən gedir!
Jurnalist Fariz Quliyev eyni zamanda ııı qrup əlildir.
Hər iki başçı kömək etmədikləri üçün, ölkə rəhbərliyinə müraciət etdim və bu əsasda onlarla tapşırıqlar verilib ki, vətəndaşı yaşlı anası ilə birgə ( dövlətdən ev alana kimi) müvəqqəti olaraq bir mənzilə köçürün.
Mənə kömək etmək istəyən məmurlar Baş nazir Əli Əsədov, Milli Məclis sədri Sahibə Qafarova, Ombudsman İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır.
Amma türklər demişkən “nafilə”. Yəni mənasız. Bu gün də kömək etmək əvəzinə mənasız sorğu-sual edirlər məni…
Jurnalist Fariz Quliyev
Araz Media Qrupunun rəhbəri
Sorğu
Yeni dizaynımız necədir?