GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » NƏRIMANOV RAYON «VOENKOMAT»INDA ÇAĞRIŞÇININ YERI SATILIB?- VIDEO-MÜRACIƏT

NƏRIMANOV RAYON «VOENKOMAT»INDA ÇAĞRIŞÇININ YERI SATILIB?- VIDEO-MÜRACIƏT

Tarix: 27-10-2023, 21:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 903

  Halhazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli idarə və  şöbələrində atılan addımlar hər kəsin daha çox nəzər-diqqətini cəlb edir desək, heç də yanılmarıq. Buna əsas səbəb, bu gün də Azərbaycanın təcavüzkar Ermənistan dövləti ilə müharibə şəraitində olması və Silahlı Qüvvələrimizin təkmilləşdirilməsi yöndə lazımi işlərin görülməsidir. Belə bir səbəblər üzündəndir ki, istər paytaxt Bakı şəhəri ərazisində, istərsə də digər  şəhər və rayonlardakı idarələrdə, şöbələrdə yaşanan olaylar müəyyən çevrələrdə gündəlik müzakirə olunur, qol qoyulan qanunsuzluq əməlləri KİV nümayəndələri tərəfindən daim ictimailəşdirilir. Söz yox ki, baş verən qanunsuzluqlarla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müəyyən addımlar atılır və yeri gəldikdə bəzi vəzifə sahiblərinə qarşı lazımi cəza tədbirləri də görülür. Hal-hazırda fəaliyyəti müəyyən çevrələrdə ictimai müzakirələrə səbəb olan idarələrdən biri də, SHXÇDX-nin Nərimanov rayon idarəsinin olduğu bildirilir. Düzdür, həqiqət naminə qeyd edək ki, deryaz.az saytının redaksiyasına Nərimanov rayon idarəsi istisna olsa da, indiyə kimi digər  idarə və  şöbələrdə baş verən ciddi qanun pozuntuları ilə bağlı xeyli məlumatlar, çoxsaylı vətəndaş müraciətləri və s. daxil olub.     

 Bu günlərdə isə redaksiyamıza Bakı şəhəri, Nərimanov rayonu, ev-36, mən-34 ünvanında yaşayan Rzayeva Minaxanım Balaca qızı tərəfindən video-müraciət daxil olub. Adı çəkilən bu xanım təqdim etdiyi video-müraciətində qeyd edir ki, “Nəvəm Həsənzadə Hüseyn Zaur oğlunun həqiqi hərbi xidmətə çağırış yaşı çatdığı üçün o, ilk əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsi tərəfindən tibbi müayinədən keçirildi və onda heç bir problemin olmadığı bildirildi. Belə bir səbəbdən də ona 23 oktyabr 2023-cü il tarixdə hərbi xidmətə getmək haqda çağırış vərəqəsi verildi, hətta Hüseyn Həsənzadəyə məxsus mobil telefona “N” saylı hərbi hissəyə düşməsi barədə “SMS” də gəldi. Elə ki, 23 oktyabrda  SHXÇDX-nin Nərimanov rayon idarəsində olduq, o halda nəvəmi hərbi xidmətə deyil, məhz bu idarənin rəisi polkovnik Aqşin Əliyevin verdiyi tapşırıqlar əsasında təkrar müayinəyə göndərdilər. Müayinə zamanı həkimlər nəvəmin sol gözünə maye halında dərman tökdülər, az sonra isə bildirdilər ki, “Hüseyn Həsənzadənin gözündə problem var”. Bir sözlə, belə bir oyundan başımız çıxmadı. SHXÇDX-də təkrar müayinədən sonra nəvəmə 6 ay müddətinə möhlət vaxtı verdilər. Baxmayaraq, bir müddət bundan öncə Hüseyn Həsənzadə Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitunda gözündən müayinə olunmuşdu və ona hərhansı problemin olmadığı haqda rəsmi sənəd də verilmişdi.

Belə bir  olaylardan sonra ortaya düşündürücü suallar çıxır ki, əgər nəvəmin gözündə problem var idisə, nəyə görə çağırış vərəqəsi verilməzdən öncə, Nərimanov rayon idarəsində həkim müayinəsi zamanı onun gözündə problem aşkar olunmur?  Hətta, ona 23 oktyabr 2023-cü il tarixdə həqiqi hərbi xidmətə getmək haqqında çağırış vərəqəsi də verilir? Bundan əlavə, Hüseyinə həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət yeri haqqında məlumat, yəni -“SMS” də gəlir.

Qeyd edim ki, 26 oktyabr 2023-cü il tarixdə Hüseyn Həsənzadəni Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb baş idarəsində təkrar tibbi müayinədək keçirdik, o halda bir daha bəlli oldu ki, nəvəm hərbi xidmətə tam yararlıdır.”.

   Söz yox ki, Minaxanım Rzayevanın redaksiyamıza təqdim etdiyi video-müraciəti əsas tutaraq Nərimanov rayon idarəsi ilə əlaqə saxladıq və qarşı tərəf olaraq qeyd olunan olaylara münasibət bildirmələrini xahiş etdik. O halda qarşı tərəfdən “Biz ünvanlanan suallara cavab vermək səlahiyyətində deyilik, siz baş idarə ilə əlaqə saxlayın” deyə cavab verildi. Bəli, belə bir cavabdan sonra SHXÇDX ilə əlaqə saxlayıb problemlərin varlığını bu dövlət qurumunda rəhbər vəzifə sahibi olan şəxslərin diqqətinə çatdırdıq. Təəssüflər olsun ki, ötən gün ərzində SHXÇDX-dən   bir kimsə məsələlərə münasibət bildirmədi. Belə bir səbəbdən də, daxil olan video-müraciətdə qeyd olunan problemlərin, çatdırılan məlumatların operativliyini əsas tutaraq, əməkdaşımızın  hazırladığı yazını bitərfli qaydada yayımlamağa məcbur olduq. Ümidvarıq ki, SHXÇDX –nin rəisi cənab Mürsəl İbrahimov Minaxanım Rzayevanın üzüzə qaldığı problemin araşdırılması yöndə aidiyyəti üzrə lazımi tapşırıqlarını verəcək. Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Əbiyevə sarsıdıcı zərbə

    Səfər Əbiyevə sarsıdıcı zərbə ...

    13-12-2012, 17:01

  • 
  • Səfərbərlik Xidməti məlumat yaydı

    Səfərbərlik Xidməti məlumat yaydı ...

    27-09-2020, 13:38

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25

  • 
  • Arzu Rəhimov karyerasında əsgər ölümləri

    Arzu Rəhimov karyerasında əsgər ölümləri ...

    19-12-2012, 12:26

  • 
  • Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi işdən çıxarılıb

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ...

    6-10-2018, 15:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu