GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Arzu Rəhimov karyerasında əsgər ölümləri

Arzu Rəhimov karyerasında əsgər ölümləri

Tarix: 19-12-2012, 12:26 Bölmə :Maraqlı Baxış: 959
Arzu Rəhimov karyerasında əsgər ölümləri

Yeni səfərbərlik xidməti baş verən faciələri araşdırmaqda maraqlı görünmür

gundemxeber.az Azərbaycan Ordusunda intiharların və əsgərlərin xəstəlikdən dünyasını dəyişməsi halları çoxalıb. Təkcə son bir ay ərzində bir neçə gənc əsgərimiz müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Maraqlıdır ki, həyatını itirənlərin əksəriyyəti bir ayın əsgərləridir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbələrində yoxlamadan keçən xəstə gənclər sağlam adı altında orduya göndərilir və bir müddətdən sonra hərbi hissədə həyatla vidalaşmalı olurlar.
Bir neçə gün əvvəl Müdafiə Nazirliyinin (MN) Sumqayıtda yerləşən "N" saylı hərbi hissəsində əsgər ölümü qeydə alındı. Bir ay əvvəl SHXÇDX-nın Yevlax rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan əsgər İbrahimov Bəylər Elman oğlu xəstəlikdən dünyasını dəyişib. Bundan qabaq isə MN-in "N" saylı hərbi hissəsinin əsgəri, 2012-ci ilin iyul ayında SHXÇDX-nın Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu avqustun 29-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etmişdi. 1990-cı il təvəllüdlü Rəşad Mirzəliyev də xəstəlikdən dünyasını dəyişib. Göründüyü kimi, hərbi xidmətə getdiyi heç bir ay olmayan gənclər hansısa xəstəliklərə görə həyatlarını itirməli olurlar. Onların ölümünü araşdıranda isə məlum olur ki, SHXÇDX-nın yerli şöbələri vaxtında həmin gəncləri lazımi qaydada tibbi müayinədən keçirməyiblər. Buna görə də əsgər ölümlərinin sayında son illərlə müqayisədə artım baş verib.
Hərbi hissələrdə baş verən bu cür halları daha çox həkimlərin səhlənkarlığı ilə əlaqələndirən hərbi ekspertlər hesab edir ki, orduda belə hadisələr əlbirlik, işbirliyi nəticəsində baş verir. Belə ki, həkimlərin işlərinə səhlənkar yanaşmaları burda öz sözünü deyir.
"Hərbi xidmətə çağırış artıq Müdafiə Nazirliyinin tabeliyindən çıxıb. Bir müddətdir ki, sözügedən vəzifəni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir. Artıq bu müstəqil qurumdur. Təbii ki, bundan sonra belə hallar baş verəndə yeni qurum günahlandırılacaq. Çağırışçılar hərbi xidmətə getməzdən öncə bir neçə dəfə həkim nəzarətindən keçirlər. Gənc əsgərlər istər ali, istərsə də orta məktəblərdə və ən sonda komissarlıqda tibbi müayinədən keçirlər". Ekspertlər deyir ki, bütün bu müayinələrə baxmayaraq, hərbi xidmət müddətində həmin əsgərlərin səhhətində əvvəlcədən olan xəstəliklər üzə çıxır. Təbii ki, həkimlərin vəzifələrinə soyuq yanaşmaları nəticəsində çağırışçılar tam yoxlanılmırlar. Həkimlər sanki planı yerinə yetirmək üçün müəyyən xəstəliklərə göz yumurlar. Həmin səhv nəticəsində əsgərlikdə belə hallar baş verir. Belə olan halda əsas vəzifə prokurorluq və məhkəmə orqanlarının üzərinə düşür. Yəni həmin qurumlar araşdırma aparmalı, günahkarlar müəyyən olunmalı və məhkəməyə verməlidir".
Ekspertlər bu məsələdə həm də SHXÇDX rəhbəri Arzu Rəhimovu təqsirli sayırlar. Onların sözlərinə görə, xidmətin yerli şöbələrində vəziyyət dözülməz həddə çatıb. Hərbi xidmətə çağırılan gənclər həkimlər tərəfindən istənilən səviyyədə yoxlanılmır. Və bəzən xəstə gənclərə "sağlamdır" arayışı verərək onları xidmətə göndərirlər: "Bu işlərə Arzu Rəhimovun nəzarəti demək olar ki, yoxa bərabərdir. Xidmətin yerlərdəki şöbələrində bəzi vəzifəli şəxslər rüşvətə, korrupsiyaya yol verirlər. Bir ayın əsgərləri məhz belə insanların səhvi ucbatından həyatını itirir".
Hərbi komissarlıqlar ləğv olunanda düşünürdük ki, artıq bu sahədə olan nöqsanlar aradan qaldırılacaq. Lakin Arzu Rəhimovun rəhbəri olduğu SHXDÇX-da daha böyük qanunsuzluqlar mövcuddur. İnanmaq istərdik ki, əsgər ölümləri ilə bağlı məsələ yuxarı dairələrdə müzakirə olunacaq və səhvi olan şəxslər layiqli cəzasını alacaqlar.

Fuad Nəzərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Ordumuzda daha bir əsgər ölümü

    Ordumuzda daha bir əsgər ölümü ...

    27-06-2013, 18:23

  • 
  • Əsgər ölümlərinin ilginc pərdəarxası

    Əsgər ölümlərinin ilginc pərdəarxası ...

    22-12-2012, 13:25

  • 
  • Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi

    Ordumuzun 2 əsgəri damarlarını doğradı- Rəsmi ...

    15-01-2014, 16:17

  • 
  • Bir əsgərimiz də intihar etdi

    Bir əsgərimiz də intihar etdi ...

    1-08-2013, 11:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu