GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb? -İLGİNC İDDİALAR...

Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb? -İLGİNC İDDİALAR...

Tarix: 30-11-2023, 15:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 476
Qazaxın icra başçısı yeni naziri “ağzından süd iyi gələn uşaq” adlandırıb?

Son illər ölkənin müxtəlif sahələrində, o cümlədən idarəetmədə aparılan islahatlar ciddi müsbət dəyişikliklərə səbəb olub. Bu fonda, illərlə kreslosuna yapışıb qalmış yaşlı məmurların gənc kadrlarla əvəzlənməsi xüsusi diqqət çəkir. Müasir texnologiyalarla ayaqlaşa bilməyən, sovet psixologiyasının əsiri olan odioz fiqurların yerinə müasir dünya görüşlü, çevik qərarlar qəbul etməyi bacaran cavan və perspektivli şəxslərin gətirilməsi idarəetməyə yeni nəfəs verir.

Yenilənmə, gəncləşmə siyasəti, təbii ki, köhnə məmurların ürəyincə deyil. Ürəklərində bu prosesdən narazılıq və narahatlıq keçirsələr də, dilə gətirməyə cəsarət etmirlər. Amma heç də hamısı yox…

Sən demə, ali rəhbərliyin qərarlarına açıq şəkildə etiraz etmək cəsarətini özündə hiss edən məmurlar da varmış. Bu fakt Müdafiə Sənayesi Nazirliyinə 37 yaşlı bir şəxsin rəhbər gətirilməsindən sonra xüsusi diqqət çəkib. Daha doğrusu, aşağıda adını çəkəcəyimiz məmurun “partlamasına” səbəb olub.


“TƏCRÜBƏSİZ, İDARƏETMƏ QABİLİYYƏTİ OLMAYAN, AĞZINDAN SÜD İYİ GƏLƏN UŞAQLARI YÜKSƏK VƏZİFƏLƏRƏ TƏYİN EDİRLƏR. MƏNƏ ÇATMIR DƏ! QƏBUL ETMİRƏM BELƏ TƏYİNATLARI!”.


Bu sözlər Qazax Rayon İcra Hakimiyyətinin (QRİH) başçısı Rəcəb Babaşova məxsusdur. Söhbət Prezidentin imzası ilə 2016-cı ildə vəzifəyə təyin edilmiş və 8 ildən çoxdur böyük bir rayona rəhbərlik (yerli sakinlərin dili ilə desək, ağalıq) edən bir məmurdan gedir. Və bu məmur, yenə Prezidentin imzası ilə təsdiqlənən digər təyinatlara etiraz edir!

Təəccüblüdür və təsəvvür etmək çətindir, hə? Bəli, bunu onun dilindən eşidənlər də öncə təəccübləniblər. “Bunu onun dilindən eşidənlər” deyərkən, ailə üzvləri və ya ən yaxın dostları nəzərdə tutulmur. İşin ən təəccüblü tərəfi odur ki, adam bu fikirləri rayon sakinləri ilə görüşlərin birində dilə gətirib – qorxmadan, çəkinmədən, açıq və acıqlı şəkidlə!

Yaxşı, başçı niyə od püskürüb? Cəsarətli olduğunu camaata göstərmək üçünmü? “Yuxarıdan” qorxmadığını nümayiş etdirmək üçünmü? Arxasının bərk olduğunu isbat etmək üçünmü?

Gəlin öz dilindən anlamağa çalışaq. Yuxarıdakı açıqlamaları verməzdən bir neçə ay öncə QRİH-in Aparat işçiləri ilə iclasda cənab Babaşov belə bir qəzəb-hikkə-narazılı dolu açıqlama verib:


“O ZAMAN MƏNƏ DEMİŞDİLƏR Kİ, SƏN QAZAĞA MÜVƏQQƏTİ GÖNDƏRİLİRSƏN, BİR AZ ORALARDA BAŞINI QAT, DAHA YÜKSƏK VƏZİFƏYƏ GƏTİRİLƏCƏKSƏN. AMMA 2016-CI İLİN MAYINDAN MƏNİ ATIBLAR BU BATAQLIĞA, YADA SALAN DA YOXDUR. BU 8 İLDƏ UŞAQ-MUŞAĞI YÜKSƏK POSTLARA GƏTİRDİLƏR, MƏNƏ VERDİKLƏRİ SÖZÜ TUTMADILAR. DEMƏLİ, MƏNİM BAŞIMIN ALTINA YASTIQ QOYUBLAR, YA DA İSTƏYİBLƏR Kİ, PUL XƏRCLƏYİM”.


Pul xərcləmək demişkən, adam sonradan “səhvini” anlayıb, öz təbirincə desək, “aldadıldığını” anlayıb və daha “ağıllı” davranmağa qərar verib. Başlayıb rayonu qarış-qarış satmağa, yağmalamağa, sərvət toplamağa – yenə öz təbirincə desək, “itirdiklərini geri qaytarmağa”. Bu gün mədəniyyət beşiyində, üç dövlətin qovşağında yerləşən yurdda, strateji bir rayonun inzibati mərkəzi olan Qazax şəhərində satılmamış, mənimsənilməmiş bir qarış torpaq qalmayıb. Adam uşaqların əyləndiyi, yaşlıların dincəldiyi parkları belə, satmaqdan tamahını saxlaya bilməyib.

Hörmətli başçı “yuxarıdan” gözləntilərinin doğrulmamasının (sanki ölkə başçısı buna vəd veribmiş kimi) acısını təkcə Prezidentin qərarlarına etiraz etməklə çıxara bilmir, hirsi bununla da soyumur. Tabeliyində olan məmurlara, tabeliyində olmayan idarə-müəssisələrin rəhbərlərinə və işçilərinə, məktəb direktorlarına, bağça müdirlərinə, hətta sıradan rayon sakinlərinə demədiyi təhqiramiz ifadə qalmayıb. Ağır söyüş-təhqirlərinə qarşı çıxanları ya işdən çıxardır (çıxartdırır), ya da şərləyir, ləkələyir, “ilişdirir”.

Bu cəsarətli məmurla bağlı rayon camaatı daha bir maraqlı faktdan danışır. Azərbaycanda tərif təəccüblü məsələ deyil, amma bəllidir ki, bu təriflərin bəlli ünvanları var və həmin ünvanların buna haqqı çatır. Məsələn, dövlət başçısı gördüyü böyük işlər, misilsiz xidmətlər qarşılığında, ən azından, Qarabağ zəfərinin memarı olaraq tam haqq edir ki, xalqı tərəfindən xoş sözlər eşitsin.

Bəs, Babaşov hansı haqqın sahibidir ki, şanını ucaltmaqla məşğul olsun? Bütün toplantılarda, görüşlərdə, kef məclislərində insanlar bir-bir ayağa qalxıb bunu mədh etməyə məcbur və məhkumdurlar. Artıq Qazaxda Prezident barədə xoş demək, iclaslarda dövlət başçısının xidmətlərindən danışmaq təcrübəsi arxivə göndərilib. Varsa-yoxsa, Rəcəb Babaşov! Ancaq onu mədh etməli, başqa rayonların icra başçılarını pisləyib bunu tərifləməli və “Allah sizi başımızdan əskik etməsin” duasını dilindən düşürməməlisən.

Deyəsən, adam həqiqətən cəsarətlidir. Heç bir məmurun dilinə gətirə bilmədiyi narazılığı mərdi-mərdanə bəyan edirsə, yuxarılarla olan məxfi söhbətlərini camaatla rahatca bölüşürsə, mədhiyyələrdə adını onu ora təyin edənin adından qabağa keçirə bilirsə, demək ki, gerçək cəsarət sahibidir. İndi belə bir məmuru təqdirmi edəsən, yoxsa tənqidmi?/avronews/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Novruz Məmmədovun istefasının PƏRDƏARXASI: - Sabiq baş nazir hansı kriteriyalara uyğun gəlməyib?

    Novruz Məmmədovun istefasının PƏRDƏARXASI: - ...

    8-10-2019, 16:35

  • 
  • Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT BUDUR!

    Emin Əmrullayev də KÖHNƏ ƏHVALDADIR... - FAKT ...

    27-04-2021, 14:41

  • 
  • Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc tələbənin yaşı açıqlandı

    Ali məktəbə qəbul olan ən yaşlı və ən gənc ...

    25-09-2020, 15:32

  • 
  • Zəngilanın icra başçısı yol üstündədir... - İDDİA

    Zəngilanın icra başçısı yol üstündədir... - İDDİA ...

    8-05-2019, 15:54

  • 
  • Laçınlı məmurların İsmayıllıda «qara quzu» qonaqlığı və cızılan məxfi plan

    Laçınlı məmurların İsmayıllıda «qara quzu» ...

    12-06-2015, 14:44


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu