GundemXeber.Az xəbər portalının əməkdaşı media üzərindən apardığı araşdırmalar nəticəsində "QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verən korrupsiya faktları sərhəd tanımır –İLGİNC FAKTLAR" başlığı altında məqal dərc edilmişdi. Növbəti araşdırmalarımız zamanı məlum oldu ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində ciddi şəkildə narazı QHT rəhbərlərinin sayı durmadan artır. Bu dəfə bəhs edəcəyimiz QHT rəhbəri Esmira Orucovanın paylaşdığı yazı ilə bağlı olacaq. Beləliklə, Esmira xanımın paylaşdığı ifşaedici yazısını olduğu kimi gundemxeber.az-ın çoxsaylı oxucularına olduğu kimi təqdim edirik:
"QHT Agentliyindəki tender və qrant oyunları ilə bağlı ifşaedici materiallar ortaya çıxdıqca bizə, hər zaman dövlətin və Cənab Prezidentin yanında olan, QHT Agentliyində baş veənləri ifşa edən QHT sədrlərinə qarşı aqressiya artmağa başlayıb.
Bu gün bir həmkarımızdeyir ki, Aygün Əliyeva xalq artisti Röyanın prodüseri olmuş şəxsin Agentliyə gətirdiyi əməkdaşlara olmazın yalanlar təlqin edir.
Görünür Prezident Administrasiyasını da bu cür yalanları ilə inandırır. Bildirir ki, guya narazı QHT-lərin peşəsi budur, onlarınkı pul davasıdır, filankəsin övladının atası filankəsdir, filankəsin əxlaqı yerində deyil və s. Xaləddin İsgəndərovun layiqli yetirməsi olan bu xanım o boyda mötəbər qurumu barmağına dolayıb və oradakılar da onun sözü ilə oturur-durur.
Bu cür eybəcər fikirləri ancaq o insanlar düşünə bilər ki, onlar özləri bu şeyləri yaşasın.
Xaləddin İsgəndərovun dövründə Binəqədi rayonunda 2 gənc xanım at oynadırdı: biri hazırda həbsdə olan Aytac Əliyeva və digəri isə Aygün Əliyeva.
Birinci hazırda korrupsiya və dələduzluğa görə cəzasını alır. Digəri isə dövlət büdcəsini talasa da hələ ki himayədarları tərəfindən qorunur. Əl əli yuyar, əl də üzü.
Mükəmməl intiriqa sxemi qurmaq bacarığı olan Aygün Əliyeva hələ ki, planlarını istədiyi kimi həyata keçirir. Bu gün QHT sektorunda əksəriyyət bir-birindən digərlərinə xəbər, səs yazısı, fotolar ötürür, dedi-qodu edir. Hətta tanınmış QHT sədrlərini böyük qrant vədi ilə rahatlıqla idarə edir, onlara istənilən tezislə trolluq etməyi tapşıra bilir."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?