GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Daha çox şanslı görünən namizədlər... - "SU DA EHTİYATLI ÜZƏN" KİM OLACAQ?

Daha çox şanslı görünən namizədlər... - "SU DA EHTİYATLI ÜZƏN" KİM OLACAQ?

Tarix: 19-12-2023, 10:22 Bölmə :GündəmXəbər / Manşet Baxış: 477

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 17 noyabr 2023-cü il tarixdə imzaladığı Fərmanla təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 5. 4-cü maddəsində göstərilir ki, sədrin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin edəcəyi və vəzifədən azad edəcəyi birinci müavini və 3 (üç) müavini olacaq....

Artiq bu postlara təyinatların an məsələsi olduğu bildirilir. Hətta ötən həftənin cümə günü bu təyinatlarla bağlı Prezidentin sərəncamları da gözlənilirdi...  


GundemXeber.Az -ın media üzərindən apardığı araşdırmalardan məlum olur ki, bu halda Yenixeber.org-a daxil olan məlumata görə sədrin birinci müavini məsələsi artıq bitib: bu posta su təsərrüfatına birbaşa aidiyyatı olmayan, kənar şəxsin gətiriləcəyi ilə bağlı siyasi qərar verilib. 

Digər üç müavin postları ilə bağlı isə bu sahədə təcrübəli və həm də, vəzifəli şəxslərin adları hallanır. Bu sırada Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Rafiq Aslanovun, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovun və Dövlət Su Ehtiyatları Agentliyinin şöbə müdiri Elçin Məmmədovun adları yer alır.


Rafiq Aslanov kimdir?


Google üzərindən araşdırmalarla məlum olur ki, Rafiq Sabir oğlu Aslanov 1962-ci ildə Füzuli rayonunda anadan olub. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, sonralarAzərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1984 – 1993-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin bir sıra idarə və şöbələrində müxtəlifvəzifələrdə işləyib. 1993- 2006-cı illərdə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin İqtisadiyyat, maliyyə və əmək haqqı idarəsində rəis vəzifəsində çalışıb. 2006-cı ildən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini olub. Hazırda Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinidir.

Elə xatırlatdığımız Google üzərindən bir axtarış da yetər ki, hörmətli Rafiq Aslanovla bağlı “N” sayda korrupsiya, mənimsəmə faktları ilə bağlı yazılarlarastlaşaq...

Rafiq Aslanovun oğlunun və beləliklə də özünün Bakıdantutmuş, uzaq Londondan belə səsi gələn biznes şəbəkəsi ilə bağlı yerli mediada çox yazılıb. 

Maraqlıdır ki, vəzifədə olduğu müddətdə cənab Aslanovdoğmalarını da unutmayıb. Belə ki, Rafiq Aslanovun bacısı oğlu İlqar Əliyev “Meliorasiya və Su Təsərrüfatı” ASC -nin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsinə sahiblənə bilib. Ki, bu haqda da, dövrü mətbuatda yumşaq desək, birmənalı qarşılanmayan məlumatlar yer alıb.


 “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov kimdir?


Zaur Mikayılovun üç müavinindən biri olmaq istəyən “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla bağlı məlum mənzərə bir az fərqlidir.Doğrudur cənab Məmmədov da “süddən çıxmış ağ qaşıq” sayıla bilməz... Amma Rafiq Aslanovla bəlli mənadamüqaysə də edilə bilməz. Baxmayaraq ki, Etibar müəllimin də adı mediada birmənalı hallanmayıb.

Mənbəmiz Etibar Məmmədovun müəyyən dairələrdə “yaxşı oğlan” kimi qəbul edildiyini bildirir... Əlaqələri və beləliklə də nüfuzu var. “Altay “ dağları qədər uca...


Nəhayət, Elçin Məmmədov


Elçin Məmmədovun adı demək olar ki, məlum mənada heç kimə tanış deyil... Bu adam peşəkar su təsərrüfatı mütəxəssisidir. Ali təhsili də, sonrakı fəaliyyəti də bu sahəylə bağlıdır. Əvvəl “Meliorasiya və Su Təsərrüfati” ASC-də, indi isə Dövlət Su Ehtiyatları Agentliyində məsul şöbələrdən birində müdir kimi çalışır. Qeyd etdiyimiz kimi, adı heç kəsə məlum omadığı kimi, hansısa korrupsiya, mənimsəmə faktlarında da hallanmayıb. “Meliorasiya və Su Təsərrüfati” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin bacı oğludur. Bəlkə də bu səbəbdəndir ki, hələ də, layiq olduğu postda deyil...  


Regional Su Meliorasiya Xidmətləri də “yaddan çıxmayıb”


Yuxarıda qeyd etdiyimiz kimi, bu Fərmanla Regional Su Meliorasiya Xidmətləri də yaradılacaq. Redaksiyamıza daxil olan məlumata görə bu Xidmətlərdən biri də Abşeron, Xızı, Siyəzən və Qobustan rayonlarını əhatə edəcək. Ki, bu Regional Su Meliorasiya Xidmətinin rəisi postu uğrunda da, hazırda Agentliyin Abşeron rayonu ərazisində fəaliyyət göstərən iki müxtəlif idarələrinə rəhbərlik edən şəxslər mübarizə aparır. Hələlik bu detalla bağlı məlumatımızın azlığı səbəbindən geniş yaza bilmirik. Bildiyimiz odur ki, hər iki şəxs “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin idarə rəisləri postunda “saç ağardıblar”. Tərəflərdən birinin hazırda fəaliyyətgöstərən birləşmə ilə bağlı komissiyanın sədri, Zaur Mikayılovun müavini Rafiq Aslanovun stavka etdiyi deyilir.

Digərinin adı isə Zaur Mikayılovun müavini postuna iddialı Etibar Məmmədovla bərabər, həm də yüksək çinli hüquq-mühafizə orqanlarından birinə rəhbərlik edən məmurun adı ilə qoşa çəkilir..

Mövzunun davamı olacaq./yenixeber.org/

Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq. 


GundemXeber.Az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərsu” ASC-də idarə rəislərini üz-üzə gətirən səbəb nədir? - ŞOK FAKTLAR

    “Azərsu” ASC-də idarə rəislərini üz-üzə gətirən ...

    14-12-2023, 14:43

  • 
  • Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — Namizədlər

    Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — ...

    21-06-2019, 14:35

  • 
  • Azərbaycanın birinci vitse-prezidenti hansı səlahiyyətlərə malikdir?

    Azərbaycanın birinci vitse-prezidenti hansı ...

    21-02-2017, 14:28

  • 
  • Siyavuş Novruzov nazir müavini təyin ediləcək?

    Siyavuş Novruzov nazir müavini təyin ediləcək? ...

    30-08-2014, 11:18

  • 
  • Ramin Quluzadəyə birinci müavin təyin edildi - Prezident sərəncamı

    Ramin Quluzadəyə birinci müavin təyin edildi - ...

    3-02-2018, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu