GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » JEK müdiri mərhum Qənirə Paşayevanın köməkçisini evsiz qoyub – Ali Məhkəmə sədrindən kömək istəyir

JEK müdiri mərhum Qənirə Paşayevanın köməkçisini evsiz qoyub – Ali Məhkəmə sədrindən kömək istəyir

Tarix: 20-12-2023, 16:08 Bölmə :GündəmXəbər / Manşet Baxış: 569


Mərhum deputat Qənirə Paşayevanın köməkçisi Nilufər Abbasova Nərimanov rayon 18 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Yusif İbrahimovun qanunsuz əməllərindən şikayətçidir.


Gundemxeber.az bildirir ki, N.Abbasova musavat.com-a deyib ki, MKİS rəisi onun anadan olduğu evin qanunsuz olaraq satılmasına yol açan hərəkətlər edib. Bununla belə, məhkəmələr MKİS rəisinin qanunsuzluğu ortada ikən ona dəstək veriblər.

“1988-ci ildə Nərimanov rayonu (əvvəlki Daş karxanası küçəsi ev 33), indiki Fərid Əhmədov ev 33-də ziyalı ailəsində dünyaya gəlmişəm. 2010-cu ildə atam Lətif Əliyev qəflətən dünyasını dəyişdi. Bundan sonra anam çox ağır xərçəng xəstəliyinə tuş gəldi. Təəssüf ki, anam da 2017-ci ildə dünyayla vidalaşdı. 2 il sonra qardaşım Aqil Əliyev evimizi satmaq fikrinə düşdü. Etiraz etdim, bildirdim ki, məbləğindən asılı olmayaraq ata evimi sata bilmərəm. Həyət evimiz sənədsiz olduğuna görə dayım Mirzəli Əliyev MKİS rəhbəri Yusif İbrahimova məlumat verib, ondan evə dair kimsəyə hər hansı bir arayış verilməməsini tapşırmışdı. Evin satılmayacağını və mənim buna narazılığımı qətiyyətlə bildirmişdi. Bununla belə, qardaşım Yusif İbrahimovla evi necə satmaq barəsində danışıq aparıb. Sonradan qardaşım etiraf etdi ki, Yusif İbrahimov ondan 8500 manat almaqla evin nömrəsini mənim heç bir razılığım olmadan 34 V edib. Qardaşım Aqil Əliyevə və Təranə Səfiyeva adlı birinə həmin evə qeydiyyata alınması ilə bağlı arayış təqdim edib”, - deyə Nilufər Abbasova bildirib.

O qeyd edib ki, həmin arayış əsasında pasport qeydiyyat idarəsi də Təranə Səfiyevanı evə qeydiyyata alıb:

“Daha sonra qardaşım Aqil Əliyevi yenə mənim razılığım olmadan yenidən 33 nömrəli evə qaytarıb qeydiyyata salıb. Təranə Səfiyevanın bildirdiyinə görə, evə 48 min manat pul ödəyib. Qardaşım deyir ki, ona 10 min manat pul ödəyiblər. Həmin pulun 8500 manatını Yusif İbrahimova vermişəm. Mənim evim ortalıqda oyuncağa çevrilib. Nəhayət, Səfiyeva Təranə qardaşım Aqil Əliyevdən bir neçə dəfə polisə şikayət edib. Polis sübutun olmadığı üçün işi rədd edib. Sonra Təranə Səfiyeva qardaşım Aqil Əliyevi məhkəməyə verib. Həmin vaxt pandemiya və müharibə dövrünə təsadüf etdiyi üçün və nəzərə alsaq ki, məni məhkəmədə heç bir tərəf kimi qeyd etmədiklərinə görə məhkəmədən xəbərim olmayıb. Nərimanov məhkəməsi qardaşımın və mənim iştirakım olmadan keçən prosesdə qeydiyyatın qanunsuz olduğunu bildirərək onların iddiasını rədd edib. Buna baxmayaraq, apellyasiya instansiyası və Ali Məhkəmə xəbərim olmadan, evə heç bir baxış keçirmədən, qonşuların fikrini almadan, evin üzərində olan 3 sayğacın hələ də mərhum atamın adına olmasını nəzərə almadan Yusif İbrahimov verdiyi arayışı qanuni sayıblar. Bununla da Təranə Səfiyevanın qeydiyyatını təsdiq ediblər”.

Nilufər Abbasova bildirib ki, Nərimanov Məhkəməsinə müraciət edib:

“Nərimanov məhkəməsi evə baxış keçirdi, Yusif İbrahimovun verdiyi arayışı qanunsuz saydı. Nərimanov rayon İcra hakimiyyətinin başçısı Elgin Həbibullayev də tabeliyində olan işçilərə bu işə və məsələyə obyektiv yanaşmalarını tələb etdi. Başçının müavinləri evə baxış keçirdilər və qərara aldılar ki, Yusif İbrahimov qanunsuz arayış təqdim etdiyinə görə intizam məsuliyyətinə cəlb olunsun və ona töhmət verilsin. Bu sənədləri Apellyasiya Məhkəməsinə təqdim etdim. Buna baxmayaraq, hakim Fuad Abdıyev evə heç bir baxış keçirmədən, ev 34 V ilə bağlı heç bir sübut olmadan yenidən arayışı qanuni saydı. Daha sonra Ali Məhkəmə də tərəflərin iştirakı olmadan, evə baxış keçirmədən, qonşuların şahid ifadələri alınmadan arayış qanuni hesab olundu. Nəhayət, Ali Məhkəmənin Plenumuna müraciət etdim. O zaman rəhmətlik Qənirə xanım baş verən qanunsuzluqla bağlı İnam Kərimovun köməkçisi ilə danışdı. Dedi ki, bizim evimizdə anamın yas mərasimində iştirak edib, mənim o evdə doğulduğumu, böyüdüyümü diqqətinə çatdırdı. Mənim razılığım olmadan evin nömrəsinin dəyişməsini, saxta arayış verilməsini də diqqətə çatdırdı”.

Nilufər Abbasova qeyd edib ki, Ali Məhkəmənin Plenumunun qərarı ona çatmasa da, artıq Təranə Səfiyevanın onun evinə köçürülməsi icra olunub:

“Əlimdə Nərimanov İcra Hakimiyyətinin sənədi var ki, Yusif İbrahimovun verdiyi arayış qanunsuzdur, Təranə Səfiyevanın köçürülməli olduğu ev 34 V-dir, yaşadığım ünvan isə 33-dür. İcra nümayəndəsi bildirir ki, Yusif İbrahimov deyir ki, buradır ev. Bu gün də bizim evin üzərində 3 sayğac var, hər 3 sayğacın nömrəsi ev 33-ə bağlıdır və mərhum atamın adınadır. 1986-cı ildən sayğaclar üzrə ödəniş ödənir. Mənim o evdə toy lentim var, şəkillərim var. Niyə mənim atamın evi Yusif İbrahimovun hansısa qanunsuzluğuna görə əlimdən çıxmalıdır?

Yusif İbrahimov hər yanda bildirir ki, mən Mürsəl Vəliyevin qohumuyam, mənə heç kim, heç nə edə bilməz. Hansısa harınlamış məmurun pul hərisliyinə, səhvinə görə mən evimi itirmək istəmirəm”.

Nilufər Abbasova Ali Məhkəmə Plenumundan ədalət gözləyir: “Bir daha Ali Məhkəmə sədrinə, Plenumuna müraciət edirəm, xahiş edirəm ki, qanunsuzluğa qanuni don geyindirmiş məhkəmələrin qərarlarının qüvvədən düşməsi üçün addımlar atsınlar”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda “JEK” rəisi kabinetində öldü

    Bakıda “JEK” rəisi kabinetində öldü ...

    11-07-2017, 12:41

  • 
  • Bu gün millət vəkili Qənirə Paşayevanın doğum günüdür.

    Bu gün millət vəkili Qənirə Paşayevanın doğum ...

    7-03-2016, 14:21

  • 
  • "İşçilərə maaş yarıbayarı verilir" - Yasamal MKİS-lərlə bağlı şikayət

    "İşçilərə maaş yarıbayarı verilir" - ...

    19-07-2021, 15:54

  • 
  • Qənirə Paşayeva haqda yeni xəbər

    Qənirə Paşayeva haqda yeni xəbər ...

    29-12-2012, 11:18

  • 
  • Sovet pasportu ilə gəzən azərbaycanlı kirayələrdə qalıb

    Sovet pasportu ilə gəzən azərbaycanlı kirayələrdə ...

    3-09-2015, 13:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu