GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - “Sea Breeze” işində prokurora sərt suallar

“Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?” - “Sea Breeze” işində prokurora sərt suallar

Tarix: 27-12-2023, 14:40 Bölmə :GündəmXəbər / Manşet Baxış: 588

“Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Nəyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?”

Gundemxeber.az azpolitika.info-ya istinadla  xəbər verir ki, “Sea Breeze”işində həbs olunan Məhəmməd Həsənzadə dekabrın 26-da keçirilən prosesdə dövlət ittihamçısı Amin Şəkərəliyevə belə suallar ünvanlayıb.

3 aya yaxındır ki, Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə “Sea Breeze”dəki dava ilə bağlı araşdırmalar aparılır. İttihama görə, Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli oliqarx Leysan Məmmədovun oğlu Elnur Məmmədovla Cavad Muradovu döyüblər.

Məhkmədə isə hətta Cavad Muradov belə ittihamı qəbul etmir, təqsirləndirilən şəxslər tərəfindən döyülmədiyini deyir. Əksinə, davanın dostu Elnur Məmmədov tərəfindən salındığını da gizlətmir. Bununla belə Elnur Məmmədovdan savayı hər kəs həbsdədir. Murad Əhmədli məktəbli olduğuna görə barəsində həbslə əlaqəli olmayan tədbir seçilib.

Dekabrın 26-da Elnur Məmmədov yenə də prosesə gəlməmişdi. Tərəflər Elnur Məmmədovun iştirakı olmadan məhkəmənin davam etdirilməsinə etiraz etmədilər. Bundan sonra hakim Peyman Vəlizadə və Murad Əhmədlinin telefon-anten məlumatları ilə bağlı Azercell-ə verilmiş sorğunun cavabı elan etdi. İttihamda yazılır ki, Elmir İsmayılov 2023-cü il iyunun 11-də Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli Murad Əhmədli ilə “Sea Breeze”də olublar. Həmin vaxt Elnur Məmmədov, Cavad Muradov da orada olub. Dava düşüb və Elnur Məmmədovla Cavad Muradov döyülüblər. Elmir İsmayılovun vəkili Abbas Kərimbəyli dedi ki, sorğudan açıq-aşkar Peyman Vəlizadə və Murad Əhmədlinin ittihamda göstərilən zaman (23:00 radələri) “Sea Breeze”nin yerləşdiyi Nardaran qəsəbəsində deyil, kilometrlərlə uzada yerləşən Mərdəkan qəsəbəsində olmaları görünür. Vəkil hər iki şəxsin hərəkət trayektoriyasında olan telefon-anten ötürücülərinin yerləşdiyi əraziləri və həmin ərazilərdə Peyman Vəlizadə ilə Murad Əhmədlinin olma saat və dəqiqələrini sadalayıb. Hər iki şəxsin “Sea Breeze”yə gecə saat 4:44 və 4:52-yə gəldikəri sorğudan görünür:

- Sorğuya cavabla işdə olan videogörüntülər də, şahid, təqsirləndirilən və hətta zərərçəkənlərin də ifadələri üst-üstə düşür, bu şəxslər “Sea Breeze”də olmayıblar. Başqa sözüm yoxdur.

Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucov sübutun alınmasının məqsədini izah edib: “Bu sübutu sorğunu verib ona görə alırıq ki, görünsün, ortada biz tərəfdən xuliqanlıq yoxdur. Xuliqanlığın mahiyyəti təşəbbüsdən irəli gəlir. İctimai qaydanı pozmaq təşəbbüsü kimin hərəkətlərindən əmələ gəlib, biz onu müəyyən etməliyik. İttiham da, ona görə verilib ki, guya saat 23 radələrində orada qarşı tərəfə Elmir mühafizəçilərlə birgə yanaşıb. Biz sübut etməyə çalışırıq ki, ittiham başlanğıcından səhv verilib. Orada Elmirin yanında mühafizəçi olmayıb. Olmayıbsa, deməli biz tərəfdən xuliqanlıq əməli də olmayıb. Orada xuliqanlıq olubsa, bunun da təşəbbüskarı biz deyilik. Əgər ittihamda göstərildiyi kimi bu əməllər 23 radələrində başlayıbsa, o halda Elmir zəng etməli idi digərilərinə ki, mən bunlarla dava eləməliyəm, durun gəlin bura. Onlar da uzağı 1 saata gəlib ora çatardılar. “Bizim Cəbiş müəllim” filmində olduğu kimi, “Çəkilin, Namiqlə Makedon dalaşır” söhbəti olmalı idi. Görünən odur ki, bu uşaqlar ora səhərə yaxın 5-ə qalmış gediblər. O da başını-gözünü vurub əzəndən sonra Elmir qardaşına zəng edib. Bu sübut da onu göstərir ki, bu şəxslər Elmirdən savayı doğrudan da hamısı bir yerdə Mərdəkan qəsəbəsində olublar və sübut onların ittihamda göstərilən bu əməlləri icra etmədiklərini göstərir”.

Murad Əhmədlinin vəkili Faiq Nəcəfli bildirdi ki, işdə qrup halında xulianlıqdan söhbət gedə bilməz. Çünki telefon-anten məlumatlarından görünür ki, hadisə baş verən zaman Peyman Vəlizadə, Murad Əhmədli və Məhəmməd Həsənzadə “Sea Breeze”də olmayıblar.

"Dövlət ittihamçısı özü də şahid oldu ki, müstəntiq işi düz aparmayıb, qərəzli olaraq səhv aparıb, ittiham aktını bu şəkildə formalaşdırıb. Şahid ifadələrində Murada qarşı bir cümlə olsa belə ifadə yoxdur. Telefon-anten məlumatları da göstərir ki, o, “Sea Breeze”yə mübahisədən 5 saata yaxın vaxt keçəndən sonra gəlib. Onun iştirakı təsdiqini tapmır. Biz hesab edirik ki, burada qrup halında xuliqanlıqdan söhbət gedə bilməz. Peyman Vəlizadənin vəkili də xüsusi olaraq vurğuladı ki, Azercell-dən verilən cavabdan bir daha aydın olur ki, Peyman, Murad Əhmədli, mobil operatorun əvvəlki cavabından isə Məhəmməd Həsənzadə ittihamda göstərilən saatda “Sea Breeze”də olmayıblar: “Onlar davadan 4 saat sonra “Sea Breeze”yə bağdan gəliblər. Orada da yalnız xəsarət alıblar. Bu baxımdan yalnız zərərçəkən kimi çıxış edə bilərlər”.

Təqdim olunan sübuta dövlət ittihamçısı Amin Şəkərəliyev münasibət bildirməkdən yayındı. Dedi ki, Murad Əhmədlinin vəkili iştirak etmir.

Vəkil Faiq Nəcəfli prosesdə iştirak etdiyini, orderini də məhkəməyə təqdim etdiyini Amin Şəkərəliyevin diqqətinə çatdırdı. Dövlət ittihamçısı Amin Şəkərəliyev bu dəfə zərərçəkən Elnur Məmmədovun iştirakının vacib olduğunu deməklə sübutun tədqiqinin düzgün olmadığını çatdırdı. Elnur Məmmədovun nümayəndəsinin mövqeyi fərqli olmadı.

Vəkil Abbas Kərimbəyli isə dövlət ittihamçısına etiraz etdi: “Bu gün, cənab prokurora sərf eləmir deyə, ittihamın sübutları bir-bir aradan qalxır deyə, bu cür mövqe sərgiləyir. Bu sübutdan da açıq-aşkar görünür ki, ittihamda göstərilən saatda bu adamlar orada olmayıb. İttihamda isə saatı dala-qabağa sürüşdürmək olmur. İstintaq müəyyən etdiyini yazır ki, guya 23 radələrində təqsirləndirilənlər orada olublar. Sorğuya cavabdan da görünür ki, olmayıblar. İstintaq 23 radələri deyir, yazırlar ki, bunu istintaqla müəyyən ediblər. Hörmətli prokuror da görür ki, burada nə qədər bəraətlər var. Biz bu günə qədər Elnur Məmmədovun prosesdə iştirakının təmin edilməsini tələb edəndə, hamı deyirdi ki, sən Elnuru neynirsən, Elnur hazırlıqda da, prosesdə də ifadə verdi. Bu gün burada onun nümayəndəsi də iştirak edir. Elnur dəvət etdik, gəldi. O gəlib bura nə deyəcək? Məgər o, Azercell-də işləyir? Bəs siz, hörmətli prokuror, Elnur Məmmədov neçə dəfə prosesdə iştirak etməyib, siz onun barəsində məcburi gətirilmə veriməsini niyə istəmədiz? Onu təqsirləndirilən şəxs kimi cəlb etmək lazımdır. Buradakılar uşaq deyil, camaat 7 aydır “içəri”dədir, ortada videolar da var. Prokuror vəsatət qaldırıb ona ittiham irəli sürülməsini istəmək, onu da həbs edib gətirib burada oturulmasını tələb etmək əvəzinə... onun “podelniki” Cavad da burada Elnurun üzünə dedi ki, davanı salan sən, ən çox vuran sən, bütün videolara düşən sən, “içəri”də yatan biz”.


Vəkil dedi ki, baş verənlərlə bağlı Baş Prokurorluğa şikayət ərizəsi yazacaq: “Elnur barəsində təqsirləndirilən şəxs kimi olan qərarı tələb edəcəyəm. Prokuror məhkəmədə deyir ki, Elnur barəsində qərar var. Hakimdən istəyirik, deyir ki, iş materiallarında yoxdur. Hanı onun barəsindəki cinayət işi? Hanı həmin cinayət işinin nömrəsi? Yoxdur, olmayacaq da! Bəsdirin camaatın taleyi ilə oynadınız!!! Elə bilirsiz ki, bu uşqlar “içəri”də istirahətdədir? Onların taleyi ilə oynamaq olmaz!

Məhkəmə istintaqı bitməlidir, xahiş edirik ki, yekunlaşdırın, dövlət ittihamçısına söz verin. Prokurorun işin uzadılmasında məqsədi nədir? Cavan uşaqlar “içəri”də mümkün qədər çox qalsınlar? Bu, düzgün mövqe deyil. Xahiş edirəm, ölçü götürün. Uşaqların zindanda olmalarını nəzərə alın. Görür ki, uşaqların günahı yoxdur, iş bəraətlikdir, mövqe bildirməkdən yayınır”.

Vəkil Faiq Nəcəfli hakimin diqqətinə çatdırıb ki, Elnur Məmmədov sərbəst ifadə verərkən Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin “Sea Breeze”də olmadığını deyib.

Məhəmməd Həsənzadə hakimdən söz istədi: “Möhtərəm hakim, Elnur özü burada dedi ki, bizlər orada olmamışıq. Vəkilin özünün bundan xəbəri yoxdur, deyəsən heç ona qulaq da asmayıb”.

Dövlət ittihamçısı müdaxilə edir:

- Elnur Məmmədov elə söz deməyib.

Məhəmməd Həsənzadə:

- Vallah elə deyib. Təqsirləndirilən kimi çıxırıq bura, dövlət ittihamçısı Elnur Məmmədovu müdafiə edir, zərərçəkən kimi gəlirik, dövlət ittihamçısı yenə də Elnur Məmmədovu müdafiə edir. Niyə? Bu nə yanaşmadır?

Dövlət ittihamçısı:

- O zərərçəkəndir.

- Mən də zərərçəkən kimi çıxıram ora, yenə də Elnur Məmmədovu müdafiə edirsiz axı. Nəyə görə? Biz də müsəlmanıq, biz də bu xalqın övladlarıyıq. Niyə bizimlə düşmənçilik edirsən, cənab prokuror? Səbəb nədir? Elnurun dayısı, daydayı var, ona görə müdafiə edirsiz?

Dövlət ittihamçısı:

- Elnurun barəsində cinayət işi ayrılıb.

Abbas Kərimbəyli məhkəmədən xahiş edib ki, proses tez bir zamanda yekunlaşdırılsın.

Məhkəmə 2024-cü il yanvarın 9-na kimi təxirə salındı.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib – CİNAYƏT DOSYESİ, ADLAR

    Oliqarx övladlarının “Sea Breeze”dəki kütləvi ...

    21-11-2023, 21:00

  • 
  • “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak edib - BU NƏDİ BELƏ?!

    “Sea Breeze”dəki kütləvi davasında kimlər iştirak ...

    23-11-2023, 23:35

  • 
  • “Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb - Adları bilinmir

    “Sea Breeze”dəki davadan sonra 4 nəfər də döyülüb ...

    13-12-2023, 14:56

  • 
  • Britaniya Muzeyi Roma imperatoru Helioqabalı qadın kimi tanımaq qərarına gəlib

    Britaniya Muzeyi Roma imperatoru Helioqabalı ...

    24-11-2023, 23:18

  • 
  • “SİZİNLƏ SÖHBƏTDƏN SONRA MÖVQEYİ DƏYİŞDİ” - Prokuror oliqarx oğlunun müdafiəsində niyə bu qədər maraqlıdır?

    “SİZİNLƏ SÖHBƏTDƏN SONRA MÖVQEYİ DƏYİŞDİ” - ...

    20-12-2023, 12:02


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu