GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanda şirkət sahibi türk iş adamına “badalaq gəlir”- FOTO/FAKTLAR

Azərbaycanda şirkət sahibi türk iş adamına “badalaq gəlir”- FOTO/FAKTLAR

Tarix: 13-01-2024, 16:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 728


 2004-cü ildən Azərbaycan Respublikasının ərazisində tikinti və memarlıq işləri ilə məşğul olan “ODEİON” şirkətinin sahibi, hansı ki, qardaş Türkiyə dövlətinin vətəndaşı olan Tolqa Atıcı Axmed oğlunun üzüzə qaldığı problemin varlığı, bəlkə də bu gün müəyyən çevrələrdə daha çox müzakirə olunan məsələlərdən biridir desək, heç də yanılmarıq. 


Unutmaq olmaz ki, ölkəmizin həssas vaxtlarında hər zaman bizi müdafiə edən, mənəvi və siyasi dəstəyini əsirgəməyən, bir sözlə bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Respublikasının vətəndaşına qarşı olmazın fırıldaq əməllərin atılması nə hüquqa, nə də ki, mənəviyyata sığan məsələ deyil. Fakt odur ki, qeyd olunan məsələ olduqca həssas və diqqəti cəlbedən məsələlərdəndir. Buna görə də, qardaş ölkənin vətəndaşı olan Tolqa Atıcı, hələ də ölkəmizin dövlət qurumlarına olan inamını itirməyib. Bugünlərdə gundemxeber.az xəbər portalının redaksiyasına adı çəkilən bu şəxs tərəfindən müraciət, eyni zamanda lazımi məlumatlar da daxil olub. Məsələn, “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı ünvanladığı müraciətində qeyd edir ki, “ODEİON” şirkəti 2004-cü ildən Azərbaycanda fəaliyyət göstərir və bu şirkət əsas etibarilə tikinti və memarlıq işləri ilə məşğul olur. Qeyd edim ki, rəhbərlik etdiyim bu şirkət ilə “AS İNŞAAT-N” şirkəti arasında 2005-ci ildən işbirliyi olub və 2010-cu ilə kimi biz bir sıra dövlət əhəmiyyətli layihələrdə iştirak etmişik. 

Hətta, 2019-cü ilin iyul ayından 2023-cü ilin iyul ayına kimi də, bir sıra layihələrdə iştirak edib lazımi işlər görmüşük. Sifarişçilər tərəfindən görülən işlərə görə pullar tam ödənilsə də, Nişirəvan Cəlilov həmin pulları mənimsədi və “ODEİON” şirkətinə, eyni zamanda podratçı şirkətlərə olan borclarını ödəməkdən imtina etdi. Belə bir səbəbdəndir ki, aramızda borc məsələləri ilə bağlı bu gün də ciddi problemlər yaşanmaqdadır.


 Əvvəllər “ASOROUP” adı altında fəaliyyət göstərən bu şirkətə Nişirəvan Cəlilov rəhbərlik edib. 2019-cu ildən 2023-cü ilə kimi isə, bu şirkətin adı “AS İNŞAAT-N” şirkəti olub. 2023-cü ilin yayında Nişirəvan Cəlilov şirkətin direktoru vəzifəsindən uzaqlaşdı və onun daşıdığı vəzifəni əslən İran İslam Respublikasının (İİR) vətəndaşı olan Babək Nuşirəvani daşımağa başladı. Belə bir halın varlığı, yəni İİR-sı vətəndaşının şirkət rəhbərliyinə gətirilməsi, məhz bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Sual oluna bilər ki, AS İNŞAAT-N” şirkətini İran vətəndaşı ilə hansı tellər bağlayır? Onu da bildirim ki, 17 may 2021-ci il tarixdə “ODEİON” şirkəti ilə “AS İNŞAAT-N” şirkəti arasında 01921 saylı müqavilə sənədi bağladıq və müqavilə sənədini qarşı tərəfdən Nişirəvan Cəlilov imzaladı. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim şirkət bir çox tikinti işlərini həyata keçirdi və bunun qarşılığında “AS İNŞAAT-N”-ın bizə, yəni “ODEİON” şirkətinə 171000 manat məbləğində borcu yarandı.

   Bundan əlavə, 29 noyabr 2021-ci il tarixdə “AS İNŞAAT-N” şirkəti ilə 03221 saylı növbəti müqavilə sənədi bağladıq. Bu müqavilə sənədi üzrə rəhbərlik etdiyim “ODEİON” şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda elektrik işlərinin çəkilişini həyata keçirdi və görülən işlərin qarşılığında “AS İNŞAAT-N”-ın “ODEİON” şirkətinə 212447 manat məbləğində borcu əmələ gəldi. Qeyd edim ki, bütün bunlar elektron qaimələrlə vurulub və qarşı tərəf də qaimələri təsdiq edib. Buna baxmayaraq, “AS İNŞAAT-N”-ın rəhbərliyi bu gün də bizə olan borclarını ödəmir və belə bir səbəbdən də, podratçı şirkətlərlə aramızda olan münasibətlər pozulmağa başlayıb. 

Artıq podratçı şirkətlər rəhbərlik etdiyim “ODEİON” şirkəti ilə bağlı Kommersiya Məhkəməsinə müraciət ediblər. Ötən altı ay ərzində “AS İNŞAAT-N”-ın rəhbər şəxsləri keçirdikləri iclaslarda bizə və podratçı şirkətlərə olan borc məsələlərini müzakirə etsələr də, son anda onlar ödəməli olduqları borcu ödəməkdən imtina edirlər, hətta forma-2 də təsdiq etmirlər. Belə bir səbəblər üzündəndir ki, bu gün “ODEİON” şirkəti ilə vergi orqanları arasında hədsiz narazılıqlar da əmələ gəlib. Məsələnin daha çox diqqəti cəlb edən tərəfi odur ki, bu gün “AS İNŞAAT-N” şirkətində direktor vəzifəsini daşıyan Babək Nuşirəvani qeyd olunan borcu ödəməkdən imtina edir. Bu şəxs bəhanə olaraq onu qeyd edir ki, “Müqavilə sənədi şirkətin əvvəlki rəhbəri Nişirəvan Cəlilovla bağlanıb. Ona görə də 383447 manat borcu Nişirəvan Cəlilovdan almalısınız” deyib,  bu yolla ortaya minbir bəhanələr gətirir. 

Amma, bu şəxs onu qeyd etmir ki, bunun nə fərqi var? Axı, rəhbərlik dəyişsə də, şirkət öz yerindərir və hal-hazırda da fəaliyyətini davam etdirir. Onu da qeyd edim ki, ana vətənim Türkiyə Cumuriyyətidir, amma Azərbaycan Respublikası da mənim üçün olduqca əzizdir, qardaş dövlətdir. Mən Azərbaycanda yaşadığım ötən illər ərzində heç vaxt özümü xarici ölkə vətəndaşı kimi hiss etməmişəm. Umumiyyətlə, Allah-Təalanın nəsib etdiyi ömür payını bundan sonra da bu ölkədə yaşamaq niyyətindəyəm”.

   P. S. Bütün bunları qeyd etməklə belə qənaətə gəlmək olar ki, bir millət iki dövlət olaraq Azərbaycanı da öz doğma vətəni hesab edən “ODEİON” şirkətinin sahibi Tolqa Atıcı Axmed oğlunun üz-üzə qaldığı belə bir problemin varlığı heç cür yolverilməzdir. Çünki, Azərbaycan Respublikasının ümumilli maraqlarının təmin olunması yöndə hər zaman ölkəmizin mövqeyini müdafiə edən, bizə qardaşlıq nümunəsi göstərən Türkiyə Cumhuriyyətinin vətəndaşına qarşı belə bir addımların atılması həm hüquqi, həm də mənəvi baxımdan heç bir çərçivəyə sığmır.

  Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda türk vətəndaşının əmlakı hansı fırıldaq yollarla ələ keçirilib? - ŞOK FAKTLAR

    Azərbaycanda türk vətəndaşının əmlakı hansı ...

    3-11-2020, 10:15

  • 
  • Azərbaycanda türk vətəndaşı “tələyə necə düşüb?” –İLGİNC FAKTLAR

    Azərbaycanda türk vətəndaşı “tələyə necə düşüb?” ...

    2-11-2021, 11:36

  • 
  • DSX-nin rəisini ictimaiyyət hansı əməllərinə görə “topa tutur?” –ŞOK FAKTLAR

    DSX-nin rəisini ictimaiyyət hansı əməllərinə görə ...

    7-06-2020, 16:20

  • 
  • Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb

    Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi ...

    13-11-2017, 16:26

  • 
  • Azərbaycan və Türkiyə prezidentləri telefonla danışıb

    Azərbaycan və Türkiyə prezidentləri telefonla ...

    29-10-2020, 14:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (471)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu