GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Dövlətə 4 milyon manata yaxın vergi borcu olan MMC satınalmalarda necə at oynadır?

Dövlətə 4 milyon manata yaxın vergi borcu olan MMC satınalmalarda necə at oynadır?

Tarix: 22-01-2024, 13:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 382

Yanvarın 1-dən Azərbaycanda “Dövlət satınalmaları haqqında” yeni qanunun tətbiqinə başlanılıb. Yeni qanunda satınalmanın yalnız portal vasitəsilə həyata keçirilməsi, təkliflərin cəlb edilməsi barədə elanların portalda yerləşdirilməsi, məxfi məlumatlarla əlaqəli satınalmaların və bu satınalmalarla bağlı prosedurların kağız daşıyıcılarında həyata keçirilməsi nəzərdə tutulub.

Deyilənlərə görə bu həm satınalan təşkilatların, həm də sahibkarların dövlət satınalmalarında iştirakını asanlaşdıracaq, eyni zamanda, sağlam rəqabət mühitinin təmin olunmasına öz töhfəsini verəcək. Amma yeni qanun hələ qüvvəyə minməmişdən də satınalan təşkilatlar, yəni dövlət qurumlarının rəsmiləri satınalmaların elektron qaydada keçirildiyini, qalib olan şirkətlərlə heç bir əlaqələrinin olmadıqlarını bildirdilər. Buna adamın heç inanmağı gəlmirdi. Çünki satınalmalarda sağlam rəqabət mühitinin olmaması elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin portalında özünü göstərir.

Son vaxtlar Azərbaycanda bir çox dövlət qurumları tərəfindən keçirilmiş açıq tenderlərin qalib olan müxtəlif, mənası bilinməyən adlara malik şirkətlər barədə çox yazılıb. Belə şirkətlərin böyük əksəriyyətinin arxasında gözügörünməz qüvvələrin olduğu barədə də həmçinin. Yəni, bu gün heç kimə sirr deyil ki, adlarından başqa demək olar, heç nəyi olmayan belə MMC-lər hər həftə bir və ya bir neçə satınalmaların qalibi olurlar.

Belə şirkətlərdən biri də “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu şirkət 2019-2023-cü illər ərzində satınalmalarda bir çox dövlət qurumlarının ölkə boyu keçirdikləri 162 tender və kotirovka sorğularının qalibi olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC əsasən tibb müəssisələrinin keçirdiyi satınalma müsabiqələrində öndə gedir. Liftlərə texniki servisi xidmətindən tutmuş dezinfeksiya xərcləri, tikili və avadanlıqların cari təmiri, maşın və avadanlıqların əsaslı təmirnə qədər, inzibati binalarının qazlaşdırılması işlərindən tutmuş, Şəki şəhərində yolların asfalt-betonla əsaslı təmiri işlərinə, Laçın rayonu, Ərdəşəvi yaşayış məntəqəsində yerləşən vacib obyektlərin elektrik enerjisi ilə təmin olunmasından tutmuş bir çox tender və kotirovkaların qalibi olub. Əsasən də Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin texniki xidmətin göstərilməsi və ehtiyyat hissələrinin satınalınmasını həyata keçirib.

Bəs bu şirkət kimə məxsusdur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 28.02.2005-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, CEYHUN HACIBƏYLİ, ev 52, m. 20, qanuni təmsilçisi kimi isə Orucov Əlövsət Bilal oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reystr məlumatlarına edilən dəyişiklikdə isə göstərilir ki, MMC  ilk olaraq “PİRAMİDA-F.R.”  kimi dövlət qeydiyyatına alınıb. MMC-nin adı 19.06. 2020-ci ildə dəyişdirilərək “HARMONY İNDUSTRİAL CONSTRUCTİON AND ENGİNEERİNG GROUP” olub. Buna səbəb isə çox güman ki, “PİRAMİDA-F.R.” MMC-nin adının bir sıra şübhəli satınalmalarda hallanması olub. “Piramida F.R” MMC-nin təkcə 2020-ci ildə dəyəri 1 milyon manatdan çox olan atınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.

Bundan başqa, internet resurslarında apardığımız araşdırma zamanı bəlli olub ki, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC “Piramida-F.R.” MMC-ni məhkəməyə verib. “Piramida-F.R.” MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.

2019-cu ildə isə Dövlət Əmək Müfəttişliyi Xidməti “Piramida-F.R.” MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin MMC -yə vergi öhdəliklərini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamaları üzrə – Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində 1 622 631.02 manat əlavə vergi, 878 867.47 manat maliyyə sanksiyası hesablanmışdır. Bundan başqa vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə MMC -yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırki günə isə MMC-nin dövlətə 1 473 252.55 manat vergi borcu var.

Göründüyü kimi MMC-nin üzərində vergi yoxlamaları və maliyyə sanksiyaları ilə birgə 2 501 495.49 manat yerinə yetirilməmiş vergi öhdəliyi var. Vergi borcu ilə birgə üzərində 3 974 748.04 manat vergi öhdəliyi olan bir MMC-nin satınalmalarda iştirakına kimlər yol verir?

MMC-nin ən son bağladığı satınalma müqavilələrinə diqqət yetirin. Azərişıq”ASC tərəfindən 29 sentyabr 2023-ci il tarixində “Kəlbəcər rayonu Cermux, Laçın rayonu Cağazur, Tərtər rayonu Talış(Ağuçuq), Ağdam rayonu Çullu və Goranboy rayonu ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə elektrik veriliş xəttinin çəkilməsi və KTM-lərin quraşdılması işlərinin” təkliflər sorğusu üsulu ilə satın alınmasına dair müsabiqədə iştirak edən “Harmony İndustrial Construction and Engineering Group” MMC şirkəti qalib elan olunmuş və müvafiq satınalma müqaviləsi bağlanmışdır. Satınalma müqaviləsinin dəyəri 7.132.240,66 manat təşkil edib.

“Azərişıq”ASC-nin rəsmiləri satınalma müqaviləsi bağladığda bu MMC-nin başdan ayağa risk olduğunu görməyiblərmi? Tək “Azərişıq” deyil, bunları Səhiyyə Nazirliyinə tabeli tibb müəssisələrinin hər biri görməli idi. Amma göründüyü kimi bütün dövlət qurumları bu MMC-nin yerinə yetirilməmiş vergi öhdəliklərini görməzdən gəlir. MMC də Azərbaycanın satınalma bazarında at oynadır.

Digər tərəfdən. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qədər vergi borcu olan MMC-nin hansı əsalarla satınalmalara buraxır? Bu bir ilin borcu deyil. Elektron medianın yazdığına görə MMC hələ “PİRAMİDA-F.R.” adını daşıyanda dövlətə 542 min manat vergi borcu olub. Bəs dövlətə külli miqdarda vergi borcu olan və durmadan borcu artan bu MMC-nin qarşısı niyə alınmır? Bütün yuxarıda qeyd olunanları mətbuat görür, əlinda geniş araşdırma səlahiyyətləri olan Dövlət Xidməti görmür? Dövlət Vergi Xidmətindən vergi borcunun olub,olmaması barədə arayışı bu MMC-yə kimlər verir?  Vergi borcu barədə arayışlar kimlər tərəfindən saxtalaşdırılır? Respublika Hesablama Palatası bunları görmürmü? Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlətin ayırdığı milyonlarla manat vəsaitə nəzarət etmirmi? Bütün bunlar Baş prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə Baş İdarəsinin dərhal hərəkətə keçməsinə və korrupsiyyay bulaşmış bu MMC-nin barəsində təcili və təxirəsalınmaz tədbirlər görməyə əsas vermirmi?/aktualinfo.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov satınalmalarda da sahman yarada bilməyib - HESABAT

    Mikayıl Cabbarov satınalmalarda da sahman yarada ...

    20-04-2021, 09:28

  • 
  • Nazirliyin milyon yarımlıq tenderi BELƏ PEŞKƏŞ OLUNUR... - İctimai Şuranın üzvlərinin şirkətləri udub

    Nazirliyin milyon yarımlıq tenderi BELƏ PEŞKƏŞ ...

    6-02-2023, 17:45

  • 
  • Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun qüvvəyə mindi

    Azərbaycanın Dövlət Büdcəsi haqqında Qanun ...

    1-01-2014, 18:50

  • 
  • Prezidentdən KOBİA ilə bağlı FƏRMAN

    Prezidentdən KOBİA ilə bağlı FƏRMAN ...

    9-08-2021, 16:21

  • 
  • Mingəçevir Dövlət Universiteti belə təmir edilir-NONSES

    Mingəçevir Dövlət Universiteti belə təmir ...

    22-02-2021, 16:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu