Baş Dövlət Yol Polisi İdarəsinin tabeliyində fəaliyyət göstərən (Meyvəli bazarının yaxınlığındakı) texniki baxış şöbəsinə Qoşqar Tofiq oğlu Zeynalov rəhbərlik edir və eyni zamanda bu şəxs, BDYPİ-nin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da qardaşı oğludur. Qeyd edək ki, Qoşqar Zeynalov həm də uzun iillər ərzində Tovuz RİH -nin başçısı vəzifəsini daşımış Tofiq Zeynalovun oğludur. Əmisi, hansı ki, polis general-mayoru olan Ramiz Zeynalovun sayəsində strateji sahələrdən birinə rəhbərlik edən Qoşqar Zeynalov, xeyli vaxtdır ki, nəinki daşıdığı vəzifəsini yerinə yetirməklə məşğul olur, eyni zamanda o, sərmayəçisi olduğu ,,Altay Q.Z'' MMC-yə də rəhbərlik edir. Düzdür, bu şəxs "Altay Q.Z" MMC- də idarəçiliyi 1994-cü il təvəllüdlü olan qaynı Müzəffər Sanıyevə həvalə etsə də, əslində ,,Mutlu'' toyuqlarının istehsalı ilə məşğul olan bu MMC-də idarəçilik tam şəkildə onun özü tərəfindən həyata keçirilir. Amma necə? Elə bu necəliyin nəticəsidir ki, hal-hazırda tam əksəriyyət "Altay Q. Z" MMC-də baş verən həngamələrdən bəhs edir, bu yöndə geninə-boluna müzakirələr aparılır. Bu haqda məlumatları gundemxeber.az-a çatdıran Elnur Qəhrəmanov adlı şəxs qeyd edir ki, "Altay Q.Z" MMC-də elə bir formada idarəçilik həyata keçirilir ki, baş verənlər haqda məlumatlı olan hər kəs şoka deyil, sanki "şöşə"yə düşməli olur. Məsələn, məni 2022-ci ilin dekabr ayında bu MMC-də işə götürdülər və 2023-cü ilin yanvar ayında rəsmi sənədləşmə işləri aparıldı və həmin vaxtdan da satış təmsilçisi olaraq işə başladım. 2023-cü ilin iyun ayının sonuna qədər "Altay Q.Z" MMC-də rəsmi qaydada çalışsam da, iyun ayında heç bir halda xəbərim olmadan məni işdən çıxarırlar və həmin ilin dekabr ayına qədər qeyri-qanuni işlədirlər. Üzüzə qaldığım olay bu MMC-də baş verən həngamələrin yalnız mindən biridir. Əgər bu ünvanda lazımi yoxlamalar aparılarsa, yəqin ki, o halda "Altay Q.Z" MMC-nin fəaliyyəti birdəfəlik qadağan olunar. Çünki, bu MMC-də əmək qanunvericiliyinin tələblərinə əməl olunmur və belə bir səbəbdən də, məhz bu ünvanda vergidən yayınma hallarına yollar açılır". Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
GundemXeber.Az
P. S. Hörmətli oxucular! Məlumatlara görə bir neçə gün bundan öncə Qoşqar Zeynalov, haqqını-hüququnu tələb edən Elnur Qəhrəmanovun "məhşər ayağı"na çəkilməsi üçün, Abşeron RPŞ-nin əməkdaşlarına "ciddi xahiş" edib. Bu haqda geniş yazımız olacaq. Bizi izləyin.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?