GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir – TƏRCÜMEYİ-HAL

Ramin İsayevin həbsdə saxlanması dövlətçiliyimizə vurulan zərbədir – TƏRCÜMEYİ-HAL

Tarix: 2-02-2024, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 002

 Yəqin ki, tam əksəriyyət ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, Harvard Universitetində ali təhsil alıb, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuran, Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçən İsayev Ramin Əli oğlunun həbs olunması ilə bağlı müəyyən məlumatlara malikdir. Unutmaq olmaz ki, Ramin İsayev heç də sıradan bir şəxs deyil və onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Artıq yeddinci aydır ki, bu şəxs qanunsuz olaraq həbsdə saxlanır və barəsində qaldırılan cinayət işi ilə bağlı irəli sürülən itihamlar öz təsdiqini tapmır. Hətta, Ramin İsayev günahsız olduğunu faktlarla, əsaslı sübutlarla ortaya qoymağa da çalışır. Qeyd edək ki, bu şəxs neft sənayesi üzrə peşəkar mütəxəssisdir və əgər bu şəxsin potensialından lazımi səviyyədə istifadə olunarsa, o halda dövlətimiz və xalqımız onun bilik və bacarığından daha çox faydalana bilər. Çünki, Ramin İsayev xalqını sevən, dövlətinə bağlı olan bir şəxsdir. Onu da qeyd edək ki, SOCAR AQŞ-nin sabiq baş direktorunun həbsdə saxlanması, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, bütövlükdə dövlətimizin və xalqımızın maraqlarına vurulan zərbədən başqa bir şey deyil. Bütün bunlara baxmayaraq, bu şəxsin həbs olunması ilə bağlı sifarişi verən maraqlı qüvvələr, hələ də onun həbsdə saxlanması üçün “dəridən-qabıqdan” çıxmaqda davam edirlər. İnanırıq ki, gün gələcək, haqq-ədalət öz yerini tapacaq və o halda bu şəxsin günahsız olduğu sübuta yetiriləcək. İndi isə, bu şəxsin tərcümeyi-halı, həyat və fəaliyyəti və s. haqda məlumatları geniş ictimaiyyətin diqqətinə təqdim edirik:

Isayev Ramin Əli oğlu 1972-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndində anadan olmuş, 1989-cu ildə ölkəmizdə keçirilən fizika fənni üzrə olimpiadanın qalibi olmuş, Bakı Dövlət Universitetinin fizika fakültəsinə imtahansız qəbul olmuş və həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuş, aspiranturada təhsil almış, 1996-1998-ci illərdə Praqa İqtisadi Tədqiqatlar və Doktoral Təhsil Mərkəzində çalışmış, 2000-2001-ci illərdə Harvard Universitetində İctimai idarəetmə ixtisası üzrə magistr təhsili almış, 2016-2018-ci illərdə Massaçusetts Texnologiya İnstitutunda (MİT) biznes, texnologiya magistri dərəcəsini əldə etməyə nail olmuşdur. Azərbaycan Dövlət İqtisad Universiteti və Xəzər Universitetində mühazirələr oxumuş, bir neçə dərsliyin müəllifi olmuş, minlərlə tələbənin Azərbaycanda və xarici ölkələrdə mütəxəssis kimi hazırlanmasında yaxından iştirak etmişdir. Ramin İsayev Norveçdə Statoil şirkətində Birinci vitse-prezidentin müavini, 2002-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevin göstərişi ilə ARDNŞ Bakı Neft Emalı zavodunda Baş direktorun müavini vəzifəsinə təyin olunmuş, sonralar isə Britaniya-Almaniya birgə şirkəti olan “KCADEUTAG” şirkətinin Xəzər regionu üzrə meneceri, 2008-ci ildən 2020-ci ilədək "SOCAR-AQŞ" MMC-nin Baş direktoru, 2021-2022-ci illərdə Dövlət Vergi Xidməti rəisinin müşaviri vəzifələrində işləmişdir.

Ramin İsayev neft-qaz sənayesinin hər bir sektoru üzrə dünya səviyyəsində hazırlıq keçmiş yeganə azərbaycanlıdır. Ölkəmizdə neft və qaz istehsalını stabilləşdirmək və artırmaq sahəsində onun konkret təklifləri var. Bunun üçün MİT alimi Cey Forresterin əsasını qoyduğu Work Design-problem həlletmə üsulu tətbiq ediləcək.

Ramin İsayev 2001-ci ildə Norveçin dövlət neft şirkəti Statoil (indiki Equinor)  şirkəti üçün Dayanıqlı İnkişaf hesabatını hazırlayıb və CAR-da, Yohannesburqda keçirilən Yer Sammitində təqdim edib. Ramin İsayev Dayanıqlı İnkişafın nəzəri əsaslarını bizneslər üçün hazırlamış şəxslərdən biridir. Bu mənada, o, Dayanıqlı İnkişaf və İnkişafın nəzəriyyəsi və tətbiqi sahəsində ölkədə və beynəlxalq aləmdə faydalı çox işlər görə bilər. Azərbaycan COP-29 tədbirinə 2024-cü ildə ev sahibliyi edəcək və Ramin İsayev bu Sammitin uğurları üçün çox işlər görə bilər. Belə ki, Ramin İsayev ölkədə ilk şirkət rəhbəri olub ki, rəhbərlik etdiyi şirkət həm BMT Qlobal Sazişinin Lider Şirkəti elan edib (2019-cu ildə BMT Baş Qərargahında), həm də WBCSD (Dayanıqlı İnkişaf üzrə Ümumdünya Biznes Şurasının) üzvü seçilmişdir. WBCSD üzvləri Microsoft, Amazon, Apple, BP və sair Fortune-500 şirkətləridir.

        4.Ramin İsayev Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçmişdir (dünyaca məhşur alim Con Stermanın yanında). Yaşıl Enerjinin həm fizikasını, həm texnologiyasını, həm də iqtisadiyyatını mükəmməl araşdıran mütəxəssislərdəndir. Ramin İsayev məhşur fizik İoffe və Smil ilə birlikdə iki kitab üzrə işləyib: 1) Enerjinin Fizikası; 2) Enerjinin İqtisadiyyatı. Ramin İsayev bərpa olunan enerji sahəsində və hidrogen iqtisadiyyatı sahəsində dünyanın ən qabaqcıl tədqiqatlarını Azərbaycana cəlb edə bilər. Elmi - tədqiqat potensialı isə həm biznesin, həm də ümumi iqtisadi inkişafın əsas şərtlərindəndir.


5. Ramin İsayev Yarımkeçiricilər və Süni Zəka sahəsində də xüsusi hazırlığa malikdir və dünyanın ən öncül mərkəzləri ilə sıx əlaqələrə malikdir. Bu olduqca vacib sahələrin Azərbaycanda yaradılmasında ciddi rol oynaya bilər. Yarımkeçiricilər neft və qaz qədər  gəlirli bir sahədir. Azərbaycan 1970-1980-ci illərdə Heydər Əliyevin şəxsi zəhməti sayəsində, yarımkeçiricilər sahəsində dünyada iki əsas mərkəzdən birinə çevrilmişdi. Digər mərkəz isə, indi dünyaca məşhur olan Silikon Vadisidir (ABŞ, Kaliforniya Ştatı). Süni zəka isə mühüm gələcək dövr texnologiyasıdır. V.Putin deyib: “Süni zəka sahəsində öndə olan dövlət gələcəkdə dünyada əsas söz sahibi olacaq”. Azərbaycan bu sahədə özünün layiqli öncül yerini tuta bilər. Ramin İsayev MİT, Harvard, Stanford kimi universitetlərlə sıx əlaqələrindən istifadə etməklə, Azərbaycana yeni sərmayələr və mütəxəssislər cəlb edə bilər. Ramin İasyev MİT məzunu, TSMC (Taiwan Semiconductor Manufacturing Company) Prezidenti Morris Chang ilə şəxsən tanış və dostdur. Ramin İsayev əsasən ən qabaqcıl texnologiyalar sahəsində tədqiqat, təhsil və istehsal işləri qurmaq sahəsində dünya səviyyəli bir mütəxəssisdir.

Araşdırmamız davam edəcək, mövzu diqqətimizdədir.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin marağına xidmət edir?

    Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin ...

    29-01-2024, 14:23

  • 
  • “SOCAR-AQŞ”nin sabiq baş direktoru Ramin İsayev nə demişdi ki, həbs olundu? - VİDEO

    “SOCAR-AQŞ”nin sabiq baş direktoru Ramin İsayev ...

    7-07-2023, 23:00

  • 
  • Bəzi sayt rəhbərləri öz dəyərlərini 50 manata necə satırlar?

    Bəzi sayt rəhbərləri öz dəyərlərini 50 manata ...

    6-09-2023, 00:00

  • 
  • Sabiq baş direktor hansı səbəblərdən hə­bsdə saxlanır? – İDD­İALAR TƏSDİQİNİ TAPM­IR

    Sabiq baş direktor hansı səbəblərdən hə­bsdə ...

    13-01-2024, 10:13

  • 
  • Dövlət əleyhinə çağırışlar edən Elvin İsayevin məhkəməsi başladı

    Dövlət əleyhinə çağırışlar edən Elvin İsayevin ...

    25-09-2020, 16:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu