Azərbaycanda hüquq və ədalətin ayaqlar altında qaldığını desək, heç də yanılmarıq. Çünki, bu hakimiyyətin islahatlar dalğasına düşməklə müəyyən vəzifələrə yüksələn bəzi məmurların yürütdüyü iyrənc siyasət, məhz bunu belə deməyə əsas verir. Məlumat üçün bildirək ki, "SOCAR AQŞ" MMC-nin sabiq baş direktoru, hansı ki, Harvard Universitetinin məzunu olan, bu ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vuran, həmçinin bu qurumda baş direktor vəzifəsini daşımış Ramin İsayev bir müddət bundan əvvəl şərlənərək həbs olunub. Bu şəxsin həbsinin düzgün və obyektiv araşdırılacağını hökumətin müvafiq qurumları vəd versələr də, hələ də onlar verdikləri vədlərinə əməl etmirlər. Bundan əlavə əldə etdiyimiz müəyyən məlumatlara görə, vəzifə sahibi olan bəzi şəxslər ictimai fikirə heç bir təsir imkanı olmayan, Biləcəridən o tərəfdə tanınmayan, "xırıltılı nəfəs"i ilə sanki canüstə olan bəzi saytlara 50 manat "dilənçi pulu" paylamaqla, son bir neçə gündür ki, Ramin İsayevlə bağlı heç bir əsası olmayan tənqidi məqalələr dərc etdirirlər. Budur, Azərbaycan hakimiyyətini təmsil edən bəzi vəzifə sahiblərinin görünən sifətlərinin mahiyyəti. Maraqlı odur ki, 50 manatı alan sayt rəhbərləri Ramin İsayev haqda məlumatlı olmadan, bu şəxsin keçmiş fəaliyyəti haqda heç bir araşdırma işləri aparmadan, bu cür əməllərə qol qoyurlar. Sual oluna bilər ki, görəsən Ramin İsayevlə bağlı sifarişli yazıları yayımlayan sayt rəhbərləri, atdıqları addımlara görə öz-özlərinə heç sual verib cavab tapırlarmı? Yəqin ki, sual verirlər, amma cavab verərkən daxili sızıltı hissi də keçirirlər. Düşünürük ki, həmin sızıltı hissi çox ağrılı-acılı olur.
Cənablar, GundemXeber.Az olaraq diqqətinizə onu da çatdırmaq istəyirik ki, "SOCAR AQŞ" MMC-də ciddi maliyyə maxinasiyalarına qol qoyulduğu üçün, sabiq baş direktor Ramin İsayev vəzifəsindən könüllü istefa verir. İndi özünüz düşünün və bir daha 50 manatı alarkən öz-özünüzə sual verin və sualınıza özünüz də cavab verin. Bəli, mətbuatda bu cür çirkin təbliğatı aparanlar, əslində ölkənin siyasi rəhbərliyində olanları, ələlxüsus cənab Prezidenti aldatmağa çalışırlar.
Onu da diqqətinizə çatdıraq ki, Ramin İsayevlə bağlı tənqidi məqalələrin yayımlanmasına səbəb olan, yəni mənbə olan saytın lingini oxuculara təqdim edirik:
P. S. Əldə etdiyimiz məlumatlara görə, Ramin İsayevin həbsinin kökündə "SOCAR AQS" MMC-də itbata salınmış 16 milyon manat pul vəsaitinin mənimsənilməsi olur. Yəni, qeyd olunan məbləğ pulu Ramin İsayevin boynuna yükləmək planı durur. Yaxın günlərdə daha geniş açıqlamalarımız olacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?