Gundemxeber.az » GündəmXəbər » Əli Abbasovun sabiq köməkçisi Ehtiram Xəlilov - İndi də İdarəetmə Sistemləri İnstitutunda baş roldadır...
İdarəetmə Sistemləri İnstitutunda baş menecer vəzifəsində çalışan Ehtiram Xəlilov bu qurumda Əli Abbasovdan sonra ikinci adama çevrilib..
Gundemxeber.az bildirir ki, bu barədə azfakt.com-a verilən məlumatda deyilir. Məlumata görə sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu yanına gətirərərk baş menecer vəzifəsinə təyin edib.
Ehtiram Xəlilov
Ehtiram Xəlilovun hazırda İnstitututda söz sahibi olduğu, səlahiyyətlərindən kənar işlər gördüyü deyilir. O, əslində institutda Əli Abbasovdan sonra ikinci adama çevrilib və bütün institut çalışanları artıq bunun fərqindədirlər. Hətta məsələ o yerə çatıb ki, İdarəetmə Sistemləri İnstitutunda təmir işlərini və inventar alınmasını belə Ehtiram Xəlilov həyata keçirir.
Onun bir neçə ildir İdarəetmə Sistemləri İnstitutun aparılan təmir işlərində, İnstituta inventarların alınmasında maxinasiyalar etdiyi, bununla da həm özünə, həm də Əli Abbasova külli miqdarda vəsait topladığı iddia edilir.
“Ehtiram Xəlilov Əli Abbasovun həmyerlisi həm də qohumudur. Əli Abbasov Rabitə və Yüksək Texnologiyalar naziri işləyərkən Ehtiram Xəlilov onun köməkçisi olub. Ehtiram Xəlilov uzun illərdir Əli Abbasovla işləyir, buna görə də hamı onu sabiq nazirin "qara kassası" sanır. Əli Abbasov İdarəetmə Sistemləri İnstitutuna baş direktor təyin edildikdən sonra Ehtiram Xəlilovu gətirib ən gəlirli-yeyintili yerə təyin etdi. Halbuki bu şöbədə illərlə çalışan, İdarəetmə Sistemləri İnstitutuna ürəkdən can yandıran insanlar var idi. O adamlar qala-qala Əli Abbasov öz adamını bu vəzifəyə təyin etdi. İnstitutda avadanlıqlar, əsasən də komputer avadanlıqları köhnədir. Amma hər il büdcədən yeni avadanlıqlara vəsait ayrılır. Ayrılan vəsaitlər hamısı kağız üzərində xərclənir”, deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Əli Abbasov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, 2004-2015-ci illərdə Rabitə və İnformasiya texnologiyaları naziri vəzifələrində çalışıb. Onun adı “MTN işi” cinayətlərində hallanıb və keçmiş nazirin həbs olunacağı bir müddət gündəmdə olub. Əli Abbasov 2015-ci ilin noyabr ayının 12-də nazir vəzifəsindən azad edildikdən 1 ay sonra köməkçisi Ehtiram Xəlilov nazir köməkçisi vəzifəsindən azad edilib.
Gundemxeber.az
16-11-2018, 16:09
27-12-2021, 15:39
20-08-2020, 10:13
27-07-2021, 12:17
18-02-2021, 12:19
Sorğu
Yeni dizaynımız necədir?