GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səfər Mehdiyevin başı dərddə: Kamaləddin Heydərova xəyanət edən general indi onu satır

Səfər Mehdiyevin başı dərddə: Kamaləddin Heydərova xəyanət edən general indi onu satır

Tarix: 20-08-2020, 10:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 886
Səfər Mehdiyevin başı dərddə: Kamaləddin Heydərova xəyanət edən general indi onu satır


Ölkədə aparılan ciddi siyasi və kadr islahatları sərt cəzalanmalarla da müşahidə olunmaqdadır. Əvvəl rayon icra hakimiyyətlərində aparılan əməliyyatların Dövlət Sərhəd Xidməti, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi kimi qurumları da əhatə etməsi onu göstərdi ki, ən yüksək səviyyədə qərar verilib və heç kimin toxunulmazlıq statusu yoxdur.

Heç şübhəsiz bu dalğanın ardı gələcək. Gundemxeber.Az bildirir ki, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə növbəti hədəv Dövlət Gömrük Komitəsidir və bununla bağlı artıq müəyyən tədbirlər görülüb. Məlumatlı mənbənin bildirdiyinə görə, bir müddət öncə Maliyyə Nazirliyi tərəfindən Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovla bağlı geniş yoxlamalar aparıb. Yoxlama zamanı 5 milyon manatlıq aksiz markası olmayan qaçaqmal siqaretin satışa buraxıldığı məlum olub. Eyni zamanda E.Xəlilovun 140 nəfəri “ölü can” kimi ştata daxil etdiyi və onların əməkhaqqı kartlarının mənimsənildiyi üzə çıxıb.
Yoxlamanın nəticələri E.Xəlilovun həbsini labüdləşdirdiyindən gömrük generalı ciddi şəkildə təşviş keçirir. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Ehtiram Xəlilov nəticələr rəsmiyyətə alındıqdan sonra Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi açıq-açığına təhdid edib. O gömrük şefinə onu qorumayacağı təqdirdə bütün əməliyyatları S.Mehdiyevin göstərişi və məlumatı daxilində etdiyini bildirəcəyi mesajını verib. Nəzərə alsaq ki, E.Xəlilov uzun müddətdir gömrük sistemində çalışıb və bu sistemdə baş verən bütün gizli işlərdən xəbərdardır, onda onun “sandığında” çox sirlərin saxlandığını və bu mesajın gerçəkləşməsinin S.Mehtiyev üçün ciddi başağrı olacağını düşünmək olar. Onu da bildirək ki, Ehtiram Xəlilovun çətin vəziyyətdə olarkən qurtuluşu naminə kimisə “satması” ilk hal deyil.

Ehtiram Xəlilov daha əvvəl isə o, Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb. Bundan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib. Onu da bildirək ki, Kəmaləddin Heydərovun da Ehtiram Xlilovla münsibətləri çox yüksək səviyyədə olub. Bunu cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rast gəldiyimiz bir məlumat da təsdiqləyir.
General paqonunu da E.Xəlilova elə Kəmaləddin Heydərov hədiyyə edib. Amma Səfər Mehdiyev Xidmətə rəhbər təyin olunduqdan sonra Etiram Xəlilov Kəmaləddin Heydərovla bütün əlaqələri kəsib. Onu da bildirək ki, E.Xəlilovla bağlı zaman zaman mətbuatda müxtəlif iddialar səsləndirilib. Həmin məlumatların birini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq: “hələ Sumqayıtda işləyərkən Göyçayın Çərəkə kəndində bir neçə hektar ərazini alaraq, orada özünə böyük obyekt tikib. Bəzi məlumatlara görə, həmin torpaq sahəsi kənd sakinlərindən birinə məxsus olub. İlk olaraq tərəflər qiymət məsələsində anlaşa bilməyiblər. Çünki Ehtiram Xəlilovun təklif etdiyi 100 min manatlıq bir məbləği torpaq sahibi qəbul etməyib. Sonradan isə qiymət yenidən qaldırılıb, amma yenə razılaşma əldə olunmayıb. Bundan sonra isə generalın rütbəsi və vəzifəsindən sui-istifadə edərək, zorla həmin torpaq sahəsini ələ keçirdiyi deyilir”. Ehtiram Xəlilov Çərəkə kəndindəki həmin ərazidə sonra bir xeyli tikinti işləri də aparıb. Özünə bahalı istirahət mərkəzi düzəldən gömrük generalının bu qədər maddi imkana sahib olması isə müəmma olaraq qalır. Çünki aylıq əmək haqqı ilə bu qədər geniş imkana sahib olmaq mümkün deyil. Bununla bağlı cumhuriyyet.az yerli mediada dərc olunan başqa bir iddianı diqqətinizə çatdırır: “Aksizsiz malları ölkəyə gətirən şəbəkəyə Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi general mayor Ehtiram Xəlilovun rəhbərlik etdiyi iddia olunur. Aksizsiz mallarıın ölkəyə gətirilməsinin qarşısını almalı olan və satış məntəqələrindən aksizsiz malları toplayaraq dükan sahiblərini cəzalandırılmalı olan qurum – Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsi aksizsiz malların ölkəyə gətirilməsini və onların satışını özlərinin əsas biznes sahəsinə çeviriblər. Həmçinin iddia olunur ki, Ehtiram Xəlilova aid olan “TIR”lar Rusiyadan, (Dağıstandan), spirtli içkilər gətirirlər və bu spirtli içkilər gömrük qeydiyyatından keçmir”.
Heç kimə sirr deyil ki, Səfər Mehdiyev Dövlət Gömrük Xidmətinin rəhbəri təyin olunduqdan sonra Gömrükdə “təmizlik” işləri aparmağa başladı. Hazırda Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general mayoru Ehtiram Xəlilovu bu vəzifəyə Səfər Mehdiyev təyin edib. Görünür indi Xəlilov üçün qurbanlıq növbəsi S.Mehtiyevdir.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səfər Mehdiyev qara işləri onun əli ilə görür... - İDDİA

    Səfər Mehdiyev qara işləri onun əli ilə görür... ...

    16-11-2018, 16:09

  • 
  • Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev dövləti aldadıb?

    Gömrükdə YOXLAMA GÖZLƏNİLİR - Səfər Mehdiyev ...

    24-06-2020, 12:23

  • 
  • Səfər Mehdiyev daha bir generalı işdən çıxardı - General-mayor Salayevi polkovnik əvəzlədi

    Səfər Mehdiyev daha bir generalı işdən çıxardı - ...

    30-05-2018, 12:27

  • 
  • Qusarda xarici ölkələrin aksiz markası ilə markalanmış araqlar aşkar edildi

    Qusarda xarici ölkələrin aksiz markası ilə ...

    10-07-2013, 13:01

  • 
  • Millət vəkilinin general oğlu vəzifəsindən azad edildi - Səfər Mehdiyevin əmri ilə...

    Millət vəkilinin general oğlu vəzifəsindən azad ...

    6-11-2018, 14:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu