GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun göz çıxaran tenderləri...

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun göz çıxaran tenderləri...

Tarix: 12-03-2024, 15:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 377

Baş direktorun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində real vəziyyət necədir?..

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin vəziyyəti sonradan ağırlaşaraq komaya düşdü. Bu hadisədən sonra uşağın atası Zamin Babayev mediaya açıqlama verərək Bakı Sağlamlıq Mərkəzinin stomatoloji kabinetinə tələm-tələsik oksigen xətti çəkildiyini bildirdi.
Bəs, doğrudanmı Bakı sağlamlıq Mərkəzinin stomatoloji kabinetində baş verən biabırçı hadisəyədək oksigen xətti olmayıb? Axı hər il dövlət büdcəsindən milyonlarla vəsait ayrılan, şəhərin mərkəzində yerləşən, digər tibb müəssisələri ilə müqayisədə yalnız və yalnız ödənişli xidmət göstərən Bakı Sağlamlıq Mərkəzində ümumiyyətlə vəziyyət nə yerdədir? Büdcədən hər il bu tibb müəssisəsinə nə qədər pul ayrılır? Baş direktorun adı illərdir müxtəlif qalmaqallarda, maxinasiyalarda hallanan Bakı Sağlamlıq Mərkəzində real vəziyyət necədir?
GUNDEMXEBER.AZ xəbər verir ki, AzFakt.com saytı Bakı Sağlamlıq Mərkəzinin sifarişçi olduğu bir neçə satınalma üzərində araşdırma aparıb. Araşdırmamız zamanı məlum oldu ki, bu müəssisə cari ilin ilk 2 ayında xərclədiyi vəsait on milyon manata yaxındır:
Bakı Sağlamlıq Mərkəzi bu ilin yanvar ayının 15-də "Tibbi avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu tenderə yekun vurub. Tenderin məbləği 4.9 milyon manat, qalibi isə "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.
Bakı Sağlamlıq Mərkəzi bu tenderdən 9 gün sonra- yanvar ayının 24-də "Dərman preparatları, laboratoriya tibbi sərf malları və kardioloji invaziv əməliyyatlarda istifadə edilən xüsusi tibbi sərf mallarının satınalınması" lotu üzrə daha bir tenderə yekun vurub. Bu tenderin məbləği 4.6 milyon manat olub. Tenderdə bu dəfə də "SOLAMEDICAL" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib seçilib.
Mərkəzin ötən ilin sentyabr ayının 27-də yekunlaşdırdığı "Informasiya texnologiyaları avadanlıqlarının satınalınması" adlı tenderin məbləği isə nə az -nə çox - 557.669 manat təşkil edib. Bu tenderdə isə "Az Services" MMC qalib seçilib.
Bakı Sağlamlıq Mərkəzinin çoxrəqəmli tenderlərindən biri isə 2023-cü aprel ayının 17-də keçirilib. "Maye oksigenin satınalınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 120,360 manat, tenderin qalibi isə "Çinar-Servis" İstehsalam Kommersiya Firması olub.

Bəs yuxarıda da qeyd etdiyimiz kimi büdcədən milyonlar ayrılan Bakı Sağlamlıq Mərkəzinin real durumu necədir?

Araşdırmamız zamanı məlum oldu ki, hər il milyonlarla manat xərclənən Bakı Sağlamlıq Mərkəzində vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, Mərkəzə ayaq basan ilk adam burada döşəmədə oynayan sınıq-salxaq daşların üzəri ilə birtəhər özünü qeydiyyat şöbəsinə çatdırmalıdır. Sınıq-salxaq, yerindən qopan döşəmə daşların üzərindən qeydiyyat şöbəsinə çatan şəxs allahına şükür eləməyə macal tapmamış soyğun başlanır. Qiymətlər heç də özəl xəstəxanalardan fərqlənmir. Keyfiyyət sıfır olan Mərkəzdə həkimlərin əksəriyyətinin savadsız olduğu bildirilir.
Məlumata görə Bakı Sağlamlıq Mərkəzində savadlı həkimlərin çalışmaq istəməməsinin əsl səbəblərindən biri müəssisənin rəhbərliyi ilə bağlıdır.
Belə ki, Mərkəzin baş direktoru Asiman Həsənovun burada əsl avtoritar rejim yaratdığı deyilir. Mərkəzə üz tutan xəstələrin əsasən Asiman Həsənova xüsusi yaxınlığı ilə seçilən həkimlərə yönləndirilir.
Günün bir neçə saatını Mərkəzdə keçirən Asiman Həsənovu əsas maraqlandıran məsələ burada yığılan vəsaitlərin miqdarıdır.

Araşdırmamız zamanı o da məlum oldu ki, Bakı Sağlamlıq Mərkəzində illərdir həkimlik karyerası olanların yox, baş direktora yaxın olan çevrənin sözü daha keçərlidir. Hətta bu "çevrə"nin Mərkəzdə işə qəbul məsələlərinə də baxdığı vurğulanır.

Əlbəttə ki, bizi Bakı Sağlamlıq Mərkəzini kimlərin idarə etdiyi, daha doğrusu "fırlatdı" yox, bu müəssisənin əhalinin sağlamlığı keşiyində necə dayandığı, ayrılan milyonlarla vəsaiti necə xərclədiyi daha çox maraqlandırır.

Qeyd etdiyimiz kimi Bakı Sağlamlıq Mərkəzi son iki ayda dərman vasitələri və preparatlarına, tibbi sərf materiallarına üst-üstə on milyon manata yaxın vəsait xərcləyib.
Amma bu müəssisədə əməliyyata alınan şəxslərin əksəriyyətinə kənardan dava-dərman aldırırlar.
Bu barədə sosial şəbəkələrdə xeyli sayda məlumatlar yer alır.
O zaman sual olunur, bazada əməliyyat olunan xəstələr üçün dərman preparatı çatmırsa büdcədən ayrılan milyonlar nəyə xərclənir?
Daha bir sual olunan məsələ isə Bakı Sağlamlıq Mərkəzinin tenderlərinin qeyri-şəffaf keçirilməsi, daha dəqiqi qalib edilən şirkətlərin rəhbər şəxslərinin Asiman Həsənovla müəyyən maraqlarının birləşməsidir. Bakı Sağlamlıq Mərkəzinin baş direktorunun son illər artan mal-mülklərinin nəyin hesabına əldə edilməsinə gəlincə isə... Bu barədə növbəti araşdırmamızda daha geniş bəhs edəcəyik.
Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzində 19 şöbə fəaliyyət göstərir.
Mərkəzə 2019-cu ildən Asiman Həsənov rəhbərlik edir. Məsələ ilə bağlı Bakı Sağlamlıq Mərkəzindən mövqe ala bilmədik.


GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həkimlərin müdhiş dərman alveri - Xəstələrə qarşı dələduzluq edilir

    Həkimlərin müdhiş dərman alveri - Xəstələrə qarşı ...

    5-02-2018, 11:09

  • 
  • Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun məhkəməsi başlayır

    Xocahəsən Sağlamlıq Mərkəzinin sabiq direktorunun ...

    3-01-2022, 15:05

  • 
  • Bakı Sağlamlıq Mərkəzində həkimlərin rüsvayçı fırıldaqları

    Bakı Sağlamlıq Mərkəzində həkimlərin rüsvayçı ...

    12-04-2015, 12:42

  • 
  • Bakı Sağlamlıq Mərkəzindən əsgər ailəsinə laqeyd münasibət - GİLEY

    Bakı Sağlamlıq Mərkəzindən əsgər ailəsinə laqeyd ...

    30-12-2020, 10:53

  • 
  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IDEA Heyvanlara Qayğı Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilən tədbirdə iştirak edib - FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla ...

    5-06-2017, 15:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu