GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əqli mülkiyyəti oğurlanan alim nazirlə rektor arasında girinc qalıb - ƏDALƏT BUDURMU?

Əqli mülkiyyəti oğurlanan alim nazirlə rektor arasında girinc qalıb - ƏDALƏT BUDURMU?

Tarix: 17-03-2024, 12:29 Bölmə :GündəmXəbər / Manşet Baxış: 538

Bu gün gundemxeber.az-ın redaksiyasına Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev tərəfindən müraciət daxil olub. O, media vasitəsilə Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradova Bildirir ki, "2013-cü ildə mənim Bakı Dövlət Universitetində AR Prezidenti yanında Ali Atesstasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” alimlik dərəcəsi almaq üçün müdafiə etdiyim “Vergidən yayınma risklərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işim https://aak.gov.az/upload/dissertasion/iqt/iqt_n_asi_30_05_13.pdf 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universiteti BMDM-nin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən oğurlanaraq “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda müdafiə etdiyi magistr dissertasiya işinin http://unec.edu.az/application/uploads/2019/10/h-dzad-Elmeddin-M-h-mm-d.pdf plagiat olduğu aşkarlanmış və bu, məhkəmə qətnaməsi ilə sübut olunmuşdur.

Bununla bağlı Əhədzadə Elməddin Məhəmməd oğluna qarşı qaldırdığım iddia  Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin (cəmi 4000 (dörd min) manat) cavabdeh Elməddin Əhədzadədən mənim xeyrimə tutulması qət edilmiş və adı çəkilən qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh həmin məbləği mənə ödəmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı 01 may 2023-cü il tarixli Qətnaməsi ilə cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının ləğv edilməsi qət edilmişdir.

AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3304/2023 saylı 13 sentyabr 2023-cü il tarixli Qərarında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-850/2023 saylı 01 may 2023-cü il tarixli Qətnaməsinin magistr dissertasiya işininin ləğvi hissəsində qüvvədə saxlanılması qərara alınmış və Əhədzadə Elməddin Məhəmməd oğluna verilmiş magistr dərəcəsinin ləğv edilməsi üçün magistr dərəcəsini verən orqana müraciət etmək, həmin orqan tərəfindən imtina edildiyi təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququmun olması izah edilmişdir.

Magistr dərəcəsi verən orqanın imtinasından sonra Əhədzadə Elməddin Məhəmməd oğluna verilmiş “magistr” ali elmi-ixtisas dərəcəsinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti Publik Hüquqi Şəxsin üzərinə qoyulması barədə qərar çıxarılmasından ötrü məhkəməyə müraciət etmişəm və 06 may 2024-cü il tarixdə Şirvan İnzibati məhkəməsində həmin işə baxılacaqdır.

Elm və təhsilin inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən maliyyə vəsaiti ayrılır, plagiat hallarına qarşı ciddi mübarizə aparılır. Lakin elmi işimi oğurladığı hüquqi müstəvidə sübut edilmiş magistr Elməddin Əhədzadəni hələlik mənə məlum olmayan səbəblərə görə ADİU-nun rektoru Ədalət Muradov bütün təsir imkanlarından, mövqeyindən istifadə etməklə  məhkəmələrdə ciddi-cəhdlə müdafiə edir və dissertasiya işinin ləğv edilməsinə hərtərəfli mane olur. Ayrı sözlə desək, plagiat işi müdafiə etmiş magistri açıq şəkildə himayə və ardıcıl müdafiə edərək mənə qarşı əsassız qərəz nümayiş elətdirir.

Əqli mülkiyyəti oğurlanmış bir alim kimi dəfələrlə sizə teleqram ünvanlayaraq və məktubla müraciət edərək sizinlə şəxsən görüşüb bu məsələni müzakirə etməyə cəhd etdim. Lakin hələlik məlum olmayan səbəblərə görə müraciətlərimə heç bir reaksiya vermədiniz, indi də vermirsiniz. Elə bir münasibət göstərir və görüntü yaradırsınız ki, sanki bu məsələnin sizə aidiyyəti yoxdur. Ortada plagiat dissertasiyası və dissertasiya işinin ləğv edilməsi barədə Məhkəmənin dövlətin adından çıxardığı və qanuni qüvvəyə minmiş, icrası imperativ qaydada hamı üçün məcburi olan qətnamə olduğu halda, siz Azərbaycan Respublikasının Elm və Təhsil naziri kimi bu məsələyə münasibət bildirməməklə kimdən və nədən çəkinirsiz, niyə qətiyyətsizlik göstərirsiniz? ADİU-nun rektoru Ədalət Muradov məhkəmə tərəfindən Azərbaycan Respulikasının dövləti adından çıxarılan qərarı qəsdən yerinə yetirmir, mənə qarşı şəxsi kin-küdurətini və qərəzini sizin gözünüzün qabağında nümayiş etdirərək plagiat dissertasiyanı qoruyur, onun ləğv edilməsinə imkan vermir, siz isə bu  qanunsuzluğa susur və heç bir tədbir görmürsünüz. Niyə, nə üçün?

Bilmək istəyirəm, bu məsələnin Azərbaycan elminə rəhbərliyi həvalə edilmiş sizə aidiyyəti yoxdursa, onda hara və kimə müraciət etməliyəm? Bəlkə bu işlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Səhiyyə Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, FHN-ə, DİN-ə və ya digər nazirliklərə müraciət edim? Hər dəfə tələbələr qarşısında mühazirə oxuyanda elm adamı kimi mənəvi əzab çəkirəm. İllərlə zaman sərf edib dissertasiya işi yazasan, kirayələrdə qalasan, ailənə maddi sıxıntılar yaşadasan ki, elmlə məşğul olub uşaqlarını sağlam böyüdüb Vətənə əsgər yetişdirəsən, yaxşı təhsiİ vermək üçün gecə-gündüz çarpışasan, sonda da bir başqası kimlərinsə havadarlığı, köməkliyi, dəstəyi ilə elmə arxa qapıdan girib sənin əqli mülkiyyətini oğurlasın, özününküləşdirsin, diplom alsın, sən mənəvi zərbə alasan, hüququnun pozulmuş olduğunu məhkəmə qaydasında sübut edəsən, dövlətin adından bu qanunsuzluğun aradan qaldırılması barədə məhkəmə tərəfindən müvafiq qərar çıxarılsın, səlahiyyətli şəxslər isə məhkəmə qərarını məcburi surətdə icra etmək əvəzinə qanuna meydan oxuyaraq plagiat magistrin arxasında durub ona havadarlıq etsinlər, ilham versinlər.

Gözünüzün qabağında şəxsi intellektual mülkiyyətim oğurlanıb və buna görə uzun müddətdir ki, həyəcan təbili çalıram, qəbulunuza düşməkdən ötrü müraciət edirəm, reaksiya vermirsiniz, rektora müraciət edirəm, mənə məhkəmənin yolunu göstərir. Bir alim sizsiniz, bir alim də mənəm, bir ailə başçısı sizsiniz, bir ailə başçısı da mənəm. Məni qəbul etmək, bu məsələni müzakirə edib birdəfəlik həll etmək əvəzinə, bu hərəkətlərinizlə əslində mənə deyil, Azərbaycan elminə hörmətsizlik edirsiniz, elmə plagiat dissertasiyanın daxil olmasına şərait yaradırsınız.

Pozulmuş hüquqlarımın bərpa edilməsi barədə məhkəmə qərarları mövcud olduğu halda, ADİU-nun hüqüq şöbəsinin müdiri Kəmalə Bünyadovanın mətbuata heç nə olmamış kimi arxayın və ötkəm cavab verməyi məhz ADİU-nun rəhbərliyin buna “dobro” verməsi ilə bağlıdır. Nazirlik özü xidməti yoxlama aparmalı və plagiat magistr dissertasiya işini ləğv etməlidir. Lakin nazirliyin “tükü”nün hələlik tərpənməməsi onu göstərir və mənə belə düşünməyə əsas verir ki, yəqin bu işin arxasında nazirlikdə də kimsə durur. Görəsən plagiat dissertasiya işini saxlamaqda məqsəd nədir və bu elmi işdən gələcəkdə kim nə qazanacaq?

Prezident İlham Əliyev cənabları Elm və təhsil sahəsininin sahəvi icra orqanına rəhbərliyini hazırda şəxsən sizə tapşırıb. Əgər siz mənə qarşı səmimi olsaydınız, çoxsaylı müraciətlərimlə əlaqədar məni qəbul edib sözügedən məsələni mənimlə müzakirə edər və onun həlli barədə aidiyyəti üzrə dərhal göstəriş verərdiniz. Bəlkə də anlaşılmazlıq olub, əvvəlki müraciətlərim sizə çatdırılmayıb, lakin ümid edirəm ki, bu açıq məktubu oxuyandan sonra qanunun aliliyini bərpa edər və sözügedən məsələni birdəfəlik həll edəcəksiniz."

GundemXeber.Az redaksiyası olaraq, yazıda adı hallanan şəxslərin mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hansı nazirlərin elmi dərəcəsi var?

    Hansı nazirlərin elmi dərəcəsi var? ...

    17-02-2014, 12:03

  • 
  • Məhəbbət Vəliyeva necə alim olub?

    Məhəbbət Vəliyeva necə alim olub? ...

    21-09-2020, 16:21

  • 
  • İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: “ƏDALƏT MURADOV NƏ DEMƏK İSTƏYİR???”

    İQTİSAD UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ OD PÜSKÜRDÜ: ...

    17-09-2018, 12:18

  • 
  • Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi yolda öldü

    Azərbaycan Dövlət İqtisad Universitetinin ...

    5-07-2013, 02:12

  • 
  • İqtisad Universitetinə 23 min manatlıq rüşvət ittihamı

    İqtisad Universitetinə 23 min manatlıq rüşvət ...

    5-02-2014, 22:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu