71 yaşlı müəllimin ürək tutmasından öldüyü güman olunur
Bu gün axşam saatlarında paytaxtda ölüm faktı qeydə alınıb. Evindən çıxıb yaxınları ilə görüşməyə gedən şəxsin sonradan ölüm xəbəri gəlib. Hadisə Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsində, 3-cü mikrorayon bazarı adlanan ərazidə baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 71 yaşlı paytaxt sakini Əliyev Firudin Kazım oğlu həmin bazarın yaxınlığından keçirmiş və bu vaxt o, qəfildən ürəyini əli ilə tutaraq yerə yıxılıb.
Hadisə yerinə təcili tibbi yardım maşını çağırılsa da, həkimlər gələnəcən Firudin Əliyev artıq keçinibmiş. Sonradan Nəsimi rayon polis idarəsinin və rayon prokurorluğunun əməkdaşları da əraziyə cəlb olunub. Mərhumun ölümünə səbəb olaraq ilkin ehtimal kimi elə ürək tutması göstərilib. Firudin Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin elmi işçisi olub və uzun müddət orada müəllim kimi çalışırmış.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?