GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:TENDER BELƏ KEÇİRİLİR!

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:TENDER BELƏ KEÇİRİLİR!

Tarix: 29-04-2024, 15:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 474

10 gün əvvəl-Aprelin 19-da Azər­baycan Respublikası Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti haqqında Milli Məclisdə hesabatı təqdim edildi. Palatanın sədri Vüqar Gülməmmədov palatanın 2023-cü ildəki fəaliyyəti haqqında hesabat məruzəsində bildirdi ki, Audit və analitik fəaliyyət üzrə döv­lət maliyyəsinin idarə edilməsində ümu­mi nöqsan məbləği 1971,9 milyon ma­nat müəyyən edilmişdir. 


Bütün auditlər üzrə aş­karlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edil­məsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndəril­mişdir. 

Dövlət büdcəsinin formalaşdırılması və xərc­lənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlmiş hesabatda xüsusi ilə diqqəti çəkən fakt dövlət satınalmaları ilə bağlı oldu: 31 uyğunluq audutundən 27-də dövlət satınalmalarında ciddi nöqsanlar aşkar edilib.

Deputat Vahid Əhmədov Hesablama Palatsının 2023-cü ildə və ondan əvvəlki hesabatlarında ən çox ciddi nöqsan sahəsinin satınalmalar və tender fəaliyyəti olduğunu bildirdi: "Satınalmalarla əlaqədar nə qədər mübarizə aparsaq da, qanunda dəyişikliklər etsək də faktiki olaraq satınalmalarda ciddi problemlər mövcuddur. İkinci ən ciddi məsələ mühasibat uçotu və hesabatlılıqdır. "Mühasibat uçotu haqqında" qanun qəbul etmişik. Hesabatda, yoxlamalarda da görünür ki, "Mühasibat uçotu haqqında" qanun müəssisələr və təşkilatlar tərəfindən düzgün yerinə yetirilmir.".

Ardınca isə ekspertlər də dövlət satınalmalarında ciddi nöqsanların olduğunu bildirdilər. İqtisadçı-ekspert Allahverdi Aydın isə Dövlət satınalmalarına nəzarət edən qurumun – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunazidd fəaliyyətinə, qurumda çalışan əməkdaşların yeni Qanundan xəbərlərsiz olduqlarına diqqət çəkdi. (Ətraflı bu linkdə: https://yenixeber.org/arasdirma/166883-%E2%80%9Ctenderl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-ed%C9%99n-qurumun-qanunundan-x%C9%99b%C9%99ri-yoxdur%E2%80%9D-%E2%80%93.html

          ***

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 04.04.2024-cü il tarixdə müvafiq tenderlə "TEKSTIL TƏMINAT MH" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə 664.954,9 manatlıq müqavilə bağlayıb. Müqaviləyə görə "TEKSTIL TƏMINAT MH" MMC Dövlət Xidmətini Hərbi geyim forması və ləvazimatlarla təmin etməlidir.


Xatırladaq ki, bu tərəflər arasında ilk belə əməkdaşlıq deyil… Ötən il də eyni predmetlər üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə "TEKSTIL TƏMINAT MH" MMC-nin əməkdaşlığı olub...

Biz “Yenixeber.org” olaraq tərəflər arasında bağlanan sonuncu müqavilə ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək məqsədi ilə bu ayın 4-də Dövlət Xidmətinin rəisi cənab polkovnik Mürsəl İbrahimova onlayn sorğu ünvanladıq. Təəssüf ki, bu günə qədər sorğumuza cavab ala bilmədik. Bizimlə telefon danışığında qurum rəsmisi tenderin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin keçirdiyini və suallarımızı da ikinci ünvana ünvanlamalı olduğumuzu bildirdi(?)

Hörmətli qurum rəsmisinə və bu mövzuda məlumatı az olanlara xatırladaq ki, Azərbaycan Respublikası “Dövlət Satınalmaları Haqqında Qaununu”n 20.1-ci maddəsində göstərilir ki, Satınalma komissiyasının tərkibi bu qnunun 21.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla tək sayda (azı 5 (beş) nəfər) olmaqla, satınalan təşkilatın nümayəndələrindən formalaşdırılır. Satınalma komissiyasının sədrini və üzvlərini satınalan təşkilatın rəhbəri təsdiq edir. Satınalan təşkilatın rəhbəri satınalma komissiyasının sədri ola bilməz.

Təchizatçının Lisenziya və ya icazəsi ilə də bağlı Qanunun 23.3.2-ci maddəsində göstərilir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması...

Eləcə də digər maddələrdə Təchizatçı ilə bağlı bir sıra tələblər sadalanır: satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması, satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması, texniki imkanlarının və maddi-texniki bazasının olması, müvafiq tələblərə cavab verən işçi qüvvəsinin olması...

O ki, qaldı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, bu qurum dövlət vəsaitləri hesabına malların, işlərin və xidmətlərin satın alınması sahəsində dövlət siyasətini həyata keçirir. Başqa sözlə dövlət satınalmalarında nəzarət funksiyasına shibdir... Müsabiqəyə səlahiyyəti çərçivəsində nəzarət edir və hansısa qanun pozuntusu olduğu halda müvafiq addımlar atır.

           ***

Digər ilginc bir faktor isə "TEKSTIL TƏMINAT MH" MMC ilə bağlıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək məbləğdə dövlətin pulunu etibar etdiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast olmaq mümkün olmadı(?) Hansı ki, bu sayaq şirkətlərin fəaliyyətlərindən bəhs olunan saytlarının, əlaqə vasitələrinin, telefon nömrələrinin olması vacibdir. Ən azı ona gərə ki, belə məqamlarda hansısa şübhələrə yol açılmasın... Dəqiqləşdirilməmiş hansısa məlumat ictimailəşməsin.

Digər media orqanlarında yer alan məlumatlara görə, "TEKSTIL TƏMINAT MH" MMC 13 fevral 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəsəbli küçəsi 2, ev 49, mənzil 55-də yerləşir. Şirkətin qanuni təmsilçisi Quliyev Pünhan Raib oğludur. 

"Tekstil Təminat MH” MMC dövlət qeydiyyatına alınanda qanuni təmsilçisi Məmmədov Müdabir Həmdulla oğlu olub. 2021-ci ilin aprelində şirkətin qanuni təmsilçisi dəyişib. Müdabir Məmmədov oğlu Cavanşir Məmmədovla əvəzlənib. 2022-ci ilin noyabrında isə Cavanşir Məmmədovu Cəfərli Həsən Yelmar oğlu əvəzləyib.

2023-cü ilin martında şirkətin qanuni təmsilçisi növbəti dəfə dəyişib. Bu dəfə reyestr məlumatlarına Pünhan Quliyevin adı qeyd edilib.  

Məlumata görə, Müdabir Məmmədovun başqa şirkəti də var. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında onun adı həm də "Modernstyle” MMC-nin qanuni təmsilçisi kimi qeyd edilib. Maraqlıdır ki, bu şirkətin də nizamnamə kapitalı 5 AZN-dir. Şirkətin hüquqi ünvanı isə Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev128/34, mənzil 2-də yerləşir. 

Digər şəxslər barəsində isə açıq mənbələrdə heç bir məlumat yoxdur./yenixeber.org/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hesablama Palatasının yeni sədri seçildi: O kimdir?

    Hesablama Palatasının yeni sədri seçildi: O ...

    22-11-2013, 12:38

  • 
  • Hesablama Palatasının yeni sədrinə etirazlar başladı

    Hesablama Palatasının yeni sədrinə etirazlar ...

    25-11-2013, 14:39

  • 
  • Milli Məclis Hesablama Palatasının illik hesabatını qəbul edib - YENİLƏNİB

    Milli Məclis Hesablama Palatasının illik ...

    1-05-2020, 13:10

  • 
  • Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinlənilir

    Milli Məclisdə Hesablama Palatasının illik ...

    1-05-2020, 11:51

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu