Milli Məclis Azərbaycan Respublikası Hesablama Palatasının yeni sədrini təsdiq edib. Parlamentin bu gün keçirilən iclasında Heydər Əsədovun bir müddət əvvəl kənd təsərrüfatı naziri təyin olunması ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsini təklifi qəbul olunub. Milli Məclis Vüqar Gülməmmədovun Hesablama Palatasının sədri vəzifəsinə namizədliyi məsələsinə də baxıb və o bu posta təsdiq edilib.
Qeyd edək ki, Vüqar Tapdıq oğlu Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib.
1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.
Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V. Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?