GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Sabunçu polisi vətəndaşı aldadan şəxslə bağlı niyə tədbir görmür? - SƏBƏB?

Sabunçu polisi vətəndaşı aldadan şəxslə bağlı niyə tədbir görmür? - SƏBƏB?

Tarix: 6-05-2024, 16:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 536

 Son bir neçə ildir ki, ölkəmizin əksər dövlət qurumlarında, o cümlədən Daxili İşlər Nazirliyində və onun tabeli  qurumlarında həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər, atılan addımlar və s. hər kəsin düşüncə və yanaşmasında, məhz bu dövlət qurumuna qarşı inam hissi formalaşmasına səbəb olub. Bəli, bu danılmaz fakdır. Buna əsas verən səbəblərdən biri, bəlkə də birincisi Daxili İşlər Nazirliyinin müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri olmasıdır. Qeyd edək ki, möhtərəm Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Bəli, həmin vaxtdan bu günə kimi hər kəs canlı şahiddir ki, belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli sturukturlarında fərqli ab-hava formalaşıb. Bu təyinatdan sonra nəinki vəzifə sahibi olan şəxslərin, hətta sadə sakinlərin də düşüncəsində belə bir fikir formalaşdı ki, cənab Nazirin gənc və enerjili olması, uzun illər ərzində daxili işlər orqanlarında çalışması və s. ölkəmizin daxili işlər nazirliyinə aid sahələrdə mövcud olan müəyyən problemləri qısa zaman kəsiyində aradan qaldırmağa imkan verəcək. Faktdır ki, bu belə də oldu. Diqqət yetirək ki,  ötən 4 il 11 ay ərzində  bu yöndə çox ciddi addımlar atıldı və hər kəs də buna canlı şahiddir. Qeyd edək ki, hal-hazırda da oxşar addımlar atılmaqda davam edir. Adicə bir faktı qeyd edək ki, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunduqdan sonra, DİN-nin, BDYPİ-nin və Nazirliyin digər tabeli qurumlarının ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları, əvvəlki illərdən fərqli olaraq istənilən məsələyə adekvat reaksiya verirlər, ünvanlanan sualları yüksək səviyyədə cavablandırırlar və bu yöndə mümkün addımlarını atırlar. Söz yox ki, bütün bunlar cənab Nazirin peşəkarlığı, düzgün idarəçiliyi sayəsində tətbiq olunan yeniliklərdir. Çox təəssüf hissi ilə qeyd edək ki, bu günə kimi cənab Vilayət Eyvazovun rəhbərliyi altında bu yöndə ciddi addımların atılmasına baxmayaraq, hələ də bəzi polis əməkdaşları rəhbərliyin verdiyi tapşırıqlara məhəl qoymur və üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmirlər. Belə bir səbəblər üzündəndir ki, bu sahədə çalışan ayrı-ayrı polis əməkdaşlarına qarşı heç də xoşagəlməyən ictimai fikir formalaşır. Məsələn, bir müddət bundan öncə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1, Nərimanov küçəsi-32, ev-5 ünvanında yaşayan Nüsrət Aydın oğlu Nüsrətov 2023-cü ilin iyun ayından üzüzə qaldığı problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Baş Prokuror cənab Kamran Əliyevə, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və digər dövlət qurumlarının rəhbər şəxslərinə yazdığı şikayət ərizəsinin bir surətini təqdim etmişdir. Nüsrət Nüsrətov şikayət ərizəsində qeyd edir ki, “Hal-hazırda 9 (doqquz) nəfərdən ibarət ailə üzvlərimiz ilə birlikdə Sabunçu rayonu, Zabrat-1, Nərimanov küçəsi-32, ev-5 ünvanında yaşayırıq və ailə üzvlərimizdən yalnız mən günəmuzd işlərdə işləyib dolanışığımızı çətinliklə də olsa təmin edirəm. Qeyd edim ki, bizimlə yaşayan yaşlı anam şəkər xəstəsi olduğundan, xeyli müddət bundan əvvəl həkimlər onun ayağının birini kəsdilər. Bundan əlavə, himayəmdə üç azyaşlı övladım var. Övladlarımdan böyüyü qızdır və o, ağır yataq xəstəsidir, səhhətində ciddi nevroloji problemləri var. Bir sözlə, hal-hazırda bizim ailə həm maddi çətinliklər, həm də olmazın problemlər məngənəsində boğulan ailələrdəndir.

  Qeyd edim ki, 01 iyun 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində “makler”lik fəaliyyəti ilə məşğul olan Nurlan Babayev adlı şəxsə 6800 (altı min səkkiz yüz) manat pul verib, Abşeron rayonu, Məhəmmədi kəndi ərazisində, hansı ki, tam əksəriyyətin “Beşmərtəbəli binaların yanı” deyə tanıdığı ərazidən 0,05 ha torpaq sahəsi aldım. Bununla bağlı 01 iyun 2023-cü il tarixdə həmin torpağın alqı-satqısına dair aramızda müqavilə sənədi bağladıq və hər ikimiz müqavilə sənədinə qol da çəkdik. Elə ki, iyun ayının ilk günlərində Nurlan Babayevdən aldığım 0,05 ha torpaq sahəsinə baş çəkdim, o halda Məhəmmədi kənd bələdiyyəsinin sədri məni gördü və o, mənə “Bu torpaq sahəsi girovluqdadır” dedi. Bələdiyyə sədrindən bu sözü eşidib dərhal Nurlan Babayevə zəng etdim və ona  bildirdim ki, mənə satdığın torpaq sahəsi girovluqdadır, təcili verdiyim pulları geri qaytar. Bu şəxs belə bir təkidli tələbimin qarşılığında mənə “Bu dəqiqə sənə qaytarmağa pulum yoxdur. Bir az səbr et, verdiyin pulların hamısını özünə qaytaracağam” dedi. Düzdür, həmin vaxtlarda Nurlan Babayevə inandım və pulları onun geri qaytaracağına ümid etdim. Təəssüflər olsun ki, günlər, həftələr, aylar keçsə də ondan heç bir xəbər çıxmadı və çox çəkçevirdən, müəyyən dirənişlərdən sonra o, mənə ötən ilin noyabr ayında cəmi 300 (üç yüz) manat pul qaytardı. Hal-hazırda nə qədər xahiş etsəm də, bu şəxs yerdə qalan 6500 (altı min beş yüz) manat pulumu özümə qaytarmır”.

  Hörmətli oxucular! Biz bir redaksiya olaraq Nüsrət Nüsrətovun redaksiyamıza ünvanladığı şikayət ərizəsini ictimailəşdirməzdən öncə, DİN-də vəzifə sahibi olan bəzi şəxsləri (müəyyən səbəblərə görə ad çəkmirik) yaşanan problemlə bağlı ətraflı məlumatlandırdıq. Düzdür, həmin şəxslər bizi hörmətlə-izzətlə dinlədi və zərərçəkən şəxslə birlikdə Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi Cövdət müəllimin qəbulunda olmağımızı, yaşanan problemlə bağlı qarşılıqlı məsləhətləşmələr aparmağımızı məsləhət gördü. Elə ki, Cövdət müəllimin qəbulunda olduq, o halda o, Nüsrət Nüsrətovun əvvəlcədən ünvanladığı şikayət ərizəsi əsasında araşdırma aparan müstəntiqi iş otağına dəvət etdi və işin nə yerdə olduğunu ondan soruşdu. Müstəntiq ünvanlanan suala cavabında bildirdi ki, “makler”lik fəaliyyəti ilə məşğul olan Nurlan Babayev, Nüsrət Nüsrətova Məhəmmədi kəndi ərazisində çıxarışı olan 0,05 ha torpaq sahəsi versə də, o, bu yöndə edilən təklifdən imtina edib. Hətta, həmin torpaq sahəsinə aid sənədləri Nurlan Babayev bizə təqdim edib və sənədlər toplanmış iş materiallarının içindədir”. Belə bir cavabı eşidən Nüsrət Nüsrətov isə, “Nurlan Babayev mənə heç zaman qeyd olunan torpaq sahəsini təklif etməyib və bundan xəbərim də yoxdur” dedi. O halda Cövdət müəllim müstəntiqə “Zərərçəkənlə və Nurlan Babayevlə birlikdə əraziyə baxış keçir və məsələni araşdır” deyə lazımi tapşırığını verdi. Hətta, Cövdət müəllim müstəntiqə “əgər Nurlan Babayev istintaqa saxta sənəd veribsə və torpaq sahəsinin verilməsi ilə bağlı təklif məsələsi öz tədiqini tapmazsa, o halda mən onu həbs etdirəcəyəm” dedi. Düzdür, biz Cövdət müəllimin verdiyi tapşırıqlara inandıq və problemin həll oluna biləcəyinə ümid etdik. Təəssüflər olsun ki, 02 aprel 2024-cü il tarixdə qeyd olunan problemlə bağlı qarşılıqlı müzakirələr aparılsa da, ötən bir ay üç gün ərzində nə ərziyə baxış keçirilmiş, nə də ki, zərərçəkən Nüsrət Nüsrətovla maraqlanan olmuşdur. Bu da onu göstərir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qeyd olunan problemin araşdırılmasında maraqlı deyildir.

    Əldə etdiyimiz şifahi məlumatlara görə zərərçəkən Nüsrət Nüsrətova qarşı dələduzluq edən, bu şəxsin savadsızlığından, etibarından və s. sui-istifadə edən Nurlan Babayevə əsas himayədarlığı göstərən, Zabrat qəsəbəsi üzrə sahə müvəkkili vəzifəsini daşıyan polis əməkdaşıdır. Məsələnin maraqlı tərəfi odur ki, polisin çağırışı zamanı Nurlan Babayev “Mənim ayağım sınıb, hal-hazırda Naxçıvandayam” deyə cavab verib. Əslində o, belə bir cavabı ilə polisi də aldatmağı bacarıb. Çünki, polisi aldatdığı günlərdə o, Zabrat qəsəbəsində özünə məxsus ət dükanını işlətməklə məşğul olub. Bəli, Nurlan Babayevin zərərçəkən Nüsrət Nüsrətova qarşı törətdiyi əməl Azərbaycan. Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin tələblərinə cavab verir. 178.2.4-cü maddəsinin tələblərinə əsasən dələduzluq edən şəxs, - yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. O halda ortaya belə bir sual çıxır ki, Nurlan Babayevin Nüsrət Nüsrətovu aldatması, onun etibarından sui-istifadə etməsi qalsın bir yana, bu şəxsin polis əməkdaşlarını aldatmasına nə ad vermək olar? Sual oluna bilər ki, polis əməkdaşları nəyə görə Nurlan Babayevə “qaşın üstə qara var” demirlər.

   Bütün bunlar onu göstərir ki, polis əməkdaşlarının dələduzluq edən Nurlan Babayevə qarşı loyallıq göstərmələri, əslində ölkə rəhbəri İlham Əliyev cənablarının və daxili işlər naziri cənab nazir Vilayət Eyvazovun verdiyi tapşırıqlarla ziddiyyət təşkil edir. O halda sual oluna bilər ki, Sabunçu RPİ-nin əməkdaşları bu cür loyal münasibətləri ilə hara gedirlər?

Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.

Mövzuya qayıdacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — Namizədlər

    Vilayət Eyvazovun yerinə kim təyin olunacaq? — ...

    21-06-2019, 14:35

  • 
  • Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində təqdim edilir

    Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət ...

    21-06-2019, 12:13

  • 
  • Balakəndə DYP-nin əməkdaşı İsmayıl Mehdiyev sürücünü 500 manata görə “çəkçevir”ə salıb- VİDEO/FAKT -FOTOLAR

    Balakəndə DYP-nin əməkdaşı İsmayıl Mehdiyev ...

    19-02-2024, 15:06

  • 
  • Vilayət Eyvazov sərəncamda olan rəisə VƏZİFƏ VERDİ

    Vilayət Eyvazov sərəncamda olan rəisə VƏZİFƏ VERDİ ...

    18-09-2019, 11:46

  • 
  • Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin edilib - TƏRCÜMEYİ-HAL

    Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə ...

    21-06-2019, 03:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu