GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qanunsuz meyvə-tərəvəz satışına niyə göz yumulur? - VİDEO REPORTAJ

Qanunsuz meyvə-tərəvəz satışına niyə göz yumulur? - VİDEO REPORTAJ

Tarix: 23-05-2024, 09:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 447

 Məlumdur ki, ölkəmizdə hər kəsin keyfiyyətli və təhlükəsiz ərzaq mallarına, kənd təsərrüfatı məhsullarına və s. olan tələbatının lazımi səviyyədə ödənilməsi məqsədilə müəyyən addımlar atılsa da, faktdır ki, bu gün də bu sahədə çox ciddi problemlər yaşanmaqdadır. Baxmayaraq ki, Prezident İlham Əliyev 29 aprel 2019-cu il tarixdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması haqqında №114 Sərəncam imzalamışdır. Bu Sərəncamın imzalanmasında əsas məqsəd, qeyd etdiyimiz kimi əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının daha da artırılması, həmçinin bu sahənin beynəlxalq tələblərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Cənab Prezident tərəfindən belə bir Sərəncamın imzalanmasına baxmayaraq, bu gün də bəzi işbazlar tərəfindən əksər ictimai-iaşə obyektlərində olmazın hoqqalara qol qoyulmaqda davam edir.

     Unutmaq olmaz ki, qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına, həm də  hər kəsin rifah halına olduqca mənfi təsirini göstərir. Bu baxımdan qida təhlükəsizliyi məsələsi cəmiyyətimizin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında və s. xüsusi əhəmiyyət kəsb edən bir sahədir. Hal-hazırda  qida və kənd təsərrüfatı məhsullarının istehsal və idxal-ixrac həcminin artırılması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiə olunması kimi məsələlər əsas şərt olaraq qarşıya qoyulsa da, yenə də əksər ictimai-iaşə müəssisələrində qida təhlükəsizliyi sahəsində ciddi problemlər yaşanmaqdadır. Adicə bir faktı qeyd edək ki, bu günlərdə gundemxeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayan sakinlər tərəfindən müraciət daxil olmuşdur. Müraciət müəlliflərinin etdikləri xahişi nəzərə alıb qeyd olunan ünvanda olduq və müəyyən araşdırmalar da həyata keçirdik.

Apardığımız araşdırmalar zamanı ilk olaraq qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan Səttar Məmmədov adlı şəxsə bir neçə sual verib lazımi cavablar əldə etdik. Bəli, bu şəxs ünvanladığımız suallara verdiyi cavabında “Mən uzun müddətdir ki, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında yaşayıram və yaşadığım mənzilin qarşısındakı qarajda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul oluram. Qeyd edim ki, belə bir fəaliyyət növü ilə məşğul olmağım üçün ilk gündən aidiyyəti dövlət qurumlaından lazımi sənədləri, hətta sağlamlıq arayışı da almışam. Hal-hazırda VÖENim var və mən vergi ödəyicisiyəm. Çalışdığım qarajda meyvə-tərəvəz satarkən hər cür təmizliyə, lazımi tələblərə, alıcılarla səmimi münasibətin yaranmasına və s. olduqca önəm verirəm. Belə bir səbəbdəndir ki, ətraf ərazidə yaşayan sakinlərin hər biri mənim fəaliyyətimdən, insanlara qarşı göstərdiyim səmimi münasibətdən olduqca razılıq edirlər” dedi. Elə ki, qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışı ilə məşğul olan digər şəxsə, yəni əslən Sabirabad rayonundan olduğu bildirilən Qəzənfər adlı şəxsə də bəzi suallarımızı ünvanladıq. Bu şəxs isə ünvanladığımız sualları cavablandırmaq əvəzinə, bir növ “burcutmalara” qol qoydu. Bu da onu ehtimal etməyə əsas verir ki, meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən bu şəxs, indiyə kimi aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etməyib. Sadəcə olaraq o, bəzi dövlət qurumlarının əməkdaşları ilə “dil tapdığından”, bu gün də fəaliyyətini davam etdirməkdədir.

   Bir sözlə, apardığımız araşdırmalar zamanı bir çox həqiqətləri üzə çıxara bildik. Yəni, ilk olaraq Səttar Məmmədovun hansı əsasla fəaliyyət göstərməsini araşdırarkən bəlli oldu ki, bu şəxs ilk gündən bütün lazımi sənədləri əldə edib. Qeyd olunan ünvanda meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs isə, “Gedin öz işinizlə məşğul olun, özüm bilirəm necə fəaliyyət göstərirəm” cavabını verdi. Hətta, üstüörtülü olsa belə o, bizə qarşı hədələyici ifadələr işlətməkdən də çəkinmədi. O halda ortaya çoxsaylı suallar çıxır, görəsən Əbdürrəhim bəy Haqverdiyev küçəsi-5 ünvanında meyvə-tərəvəz məhsullarının satışını həyata keçirən Qəzənfər adlı şəxs, Dövlət Vergi Xidmətində, Yasamal Rayon İcra Hakimiyyətində və digər dövlət qurumlarında çalışan, həmçinin qeyd olunan problemin varlığına cavabdehlik daşıyanların diqqətindən necə yayınır? Yəni, sual oluna bilər ki, görəsən ərazi üzrə cavabdehlik daşıyan aidiyyəti dövlət qurumlarının məsul şəxsləri  Qəzənfər adlı şəxsin atdığı addımlara niyə göz yumurlar? Deməli, ortada hansısa “gizli əmmalar”, yaxud da “qaranlıq müəmmalar” var ki, bir kimsə bu şəxsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Bu belə olduğundan qeyd olunan problemi ictimailəşdirmək qərarına gəldik ki, ortada olan bəzi “gizli əmmalara”, bir çox “qaranlıq müəmmara” aydınlıq gətirilsin. Əslinə baxsan, Qəzənfər adlı şəxsin aidiyyəti dövlət qurumlarından lazımi sənədləri əldə etmədən fəaliyyət göstərməsi yolverilməz haldır. Digər tərəfdən, bu şəxsin vergi ödəyicisi olmadan qeyri-qanuni fəaliyyət göstərməsi, birbaşa vergi cinayətinin baş verməsinə yollar açır. Deməli, adlarını hallandırdığımız  dövlət qurumunun əməkdaşları üzərinə düşən vəzifə borclarını lazımınca yerinə yetirmirlər ki, bir çox şəxslər, o cümlədən Qəzənfər adlı şəxs də vergidən yayınır və məşğul olduğu sahəyə dair tələb olunan qaydalara əməl etmir. Biz bir media qurumu olaraq bu yöndə araşdırmalarımızı aparmaqla, məhz bu gün də tam əksəriyyət üçün  maraqlı və düşündürücü məqamları ortaya çıxartmağa çalışacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı - Sərəncam

    Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə ...

    26-01-2018, 19:25

  • 
  • Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir

    Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə ...

    22-01-2019, 13:43

  • 
  • İlham Əliyev yeni Dövlət Proqramını təsdiq etdi

    İlham Əliyev yeni Dövlət Proqramını təsdiq etdi ...

    14-07-2016, 02:28

  • 
  • Qəssablar, məmurlar və dövlət proqramı...

    Qəssablar, məmurlar və dövlət proqramı... ...

    27-01-2014, 17:27

  • 
  • İlham Əliyevdən yeni sərəncam

    İlham Əliyevdən yeni sərəncam ...

    12-01-2015, 20:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (264)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu