GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəssablar, məmurlar və dövlət proqramı...

Qəssablar, məmurlar və dövlət proqramı...

Tarix: 27-01-2014, 17:27 Bölmə :Ölkə Baxış: 853
Qəssablar, məmurlar və dövlət proqramı...
“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiqlənərkən əhalinin keyfiyyətli ət məhsulları ilə təminatı üçün paytaxt da daxil olmaqla bölgələrdə ət kəsim məntəqələrinin yaradılması nəzərdə tutulmuşdu.

Prezident İlham Əliyevin 25 avqust, 2008-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş proqramda ərzaq ehtiyatının tələb olunan səviyyədə saxlanılması üçün müasir tələblərə cavab verən infrastrukturun yaradılması da əksini tapmışdı.

Proqramın təsdiqlənməsindən 6 il keçməsinə baxmayaraq ət kəsim məntəqələrinin yaradılması tələbi tam yerinə yetirilməyib. Hələ də şəhərin müxtəlif istiqamətlərində, bazarlarda ət sallaqxanalarına rast gəlinir.

Virtualaz.org saytı bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin rəhbəri İmran Abdullayevin mövqeyini öyrənib.

Şöbə müdiri dedi ki, paytaxtın Əzizbəyov, Xəzər, Binəqədi və Abşeron rayonlarında ət kəsim məntəqələri yaradılıb. Lakin bu məntəqələrlə əhalinin tələbatını ödəmək mümkün deyil: “Məsələ ondadır ki, ət kəsim məntəqələrinin özəl əsaslarla yaradılması nəzərdə tutulub. Yəni sahibkarlar istəyərlərsə, belə bir məntəqə yarada bilər. Sahibkarların isə bu sahəyə marağı azdır. Nəticədə ət kəsim məntəqələrinin yaradılması ləng gedir. Bundan istifadə edib ət sallaqxanaları yaradırlar. Biz hətta

rayon icra hakimiyyətlərinə müraciət edərək ət kəsim məntəqələrinin yaradılması üçün yer ayrılmasını təklif etmişik”.

İ.Abdullayev bildirdi ki, Səbayel və Nəsimi rayonlarında qanunsuz ət kəsimi ilə məşğul olan məntəqələrin fəaliyyəti dayandırılıb: “Qanunsuz ət sallaqxanalarında satılan ətlər rayonlardan gətirilir. Amma ətin daşınması qaydalarına riayət edilmir. Bəllidir ki, kilometrlərlə yol gələn ət və ət məhsulları soyuducularda daşınmalıdır. Lakin aparılan araşdırmalar göstərir ki, bu gün rayonlardan Bakıya satmağa gətirilən ətlər soyuducularda daşınmır”.

Şöbə müdiri dedi ki, rayonlardan tonlarla ət gətirilir, amma bu məhsullar yollarda yoxlanılmır: “Kimsə soruşmur ki, bu ətləri haradan gətirirsiniz. Hazırda at və eşşək ətləri ilə bağlı yoxlamalar aparılır. Bəllidir ki, bunların ötürücü şəbəkələri var”.

Iqtisadçı Nübar Seyidova isə virtualaz.org saytına bildirib ki, dövlət proqramı Taxıl Fondunun yaradılmasından tutmuş məhsulların tarladan süfrəyədək proseslərin zəncirvari inkişafınadək bütün sahələri əhatə edib. Lakin proqramda nəzərdə tutulan tədbirlər ya özəl sektorun üzərinə atılaraq yerinə yetirilməyib, ya da ləng həyata keçirilib: “Kənd təsərrüfatı məhsullarının inkişafına dair təqdim olunan rəqəmlər real deyil. Kənd Təsərrüfatı Nazirliyi hələ də şişirdilmiş statistikadan kənara çıxa, real iş görə bilmir. Daha bir sərəncam bu ilin yanvarın 16-da imzalanmış “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında”dır. Bu sərəncamdın icra vəziyyətini izləyirik. Guman ki, bu sərəncam digərləri kimi həyata keçirilməz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət Proqramında dəyişikliklər edilməsi haqqında- Sərəncam

    Dövlət Proqramında dəyişikliklər edilməsi ...

    25-11-2013, 23:08

  • 
  • Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan hazırlanır

    Azərbaycanda qida məhsulları ilə bağlı yeni nişan ...

    8-01-2016, 12:27

  • 
  • Kolbasada “bağırsaq çöpü” aşkarlandı

    Kolbasada “bağırsaq çöpü” aşkarlandı ...

    3-02-2014, 16:07

  • 
  • Azərbaycanda iftarda 30 nəfər zəhərləndi - 7-si uşaqdır

    Azərbaycanda iftarda 30 nəfər zəhərləndi - 7-si ...

    5-07-2016, 20:21

  • 
  • Dönərlə bağlı əhaliyə xəbərdarlıq!

    Dönərlə bağlı əhaliyə xəbərdarlıq! ...

    28-06-2013, 23:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu