GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İsayevi islah etdirən şəxslərin marağı nədir? - ŞOK DETALLAR

İsayevi islah etdirən şəxslərin marağı nədir? - ŞOK DETALLAR

Tarix: 28-05-2024, 09:20 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 100

  Məlumdur ki, son vaxtlar ölkə gündəmini məşğul edən əsas mövzulardan biri də, ötən 12 il 6 ay ərzində “SOCAR AQŞ”-də baş direktor vəzifəsində çalışan, məşhur Harvard Universitetini fərqlənmə diplomu ilə başa vuran Ramin İsayevin qanunsuz həbsdə saxlanmasıdır. 


Bu şəxsin həbsdə saxlanmasının heç bir hüquqi əsası olmasa da, Ramin İsayevlə qərəzçilik edən bəzi vəzifə sahiblərinin verdikləri sifarişlər əsasında qeyd olunur ki, guya “SOCAR AQŞ”-də baş direktor vəzifəsini daşıyarkən o, özünə yüksək məbləğdə maaş yazır. Belə bir səbəbdən də Ramin İsayev daşıdığı vəzifəsindən azad olunur. 

Əslində bütün bunlar cəfəng və böhtan xarakterli məlumatlardir ki, məhz həmin məlumatlar bu şəxslə qərəzçilik edənlər tərəfindən dövriyyəyə buraxılır. Gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə Ramin İsayevi kimsə işdən çıxartmayıb, əslində onun özü baş verən haqsızlıqlara etiraz əlaməti olaraq 16 oktyabr 2020-ci il tarixdə öz ərizəsi ilə işdən çıxır. Yəni, bu şəxs işdən çıxmaq barədə yazdığı ərizəsini müəssisənin baş hüquqşünasına təqdim edir. Baş hüquqşünas da onun ərizəsini Direktorlar Şurasına təqdim edir və bununla da o, daşıdığı vəzifəsindən uzaqlaşır. Diqqət yetirmək lazımdır ki, Ramin İsayev məmur olmayıb, o, özəl müəssisə hesab olunan “SOCAR AQŞ” MMC-də 12 il 6 ay ərzində baş direktor vəzifəsində çalışıb. Qeyd edək ki, Ramin İsayev ötən ilin iyun ayında saxta ittihamlar və verilmiş sifarişlər əsasında həbs olunub. Artıq bir ilə yaxındır ki, bu şəxs dözülməz şəraitdə məhbəs həyatı yaşamaqdadır.

    Diqqət yetirmək lazımdır ki, Ramin İsayev işlədiyi ötən illər ərzində dövlətimizə, səhmdarlara, “NEQSOL” Holdinqə milyonlar deyil, hətta milyardlar qazandıran şəxs olub. Bundan əlavə o, baş direktor vəzifəsini daşıyarkən rəhbərlik etdiyi 1200 nəfər işçinin də, məhz dərin rəğbətini qazanmağı bacarır. Əslində belə bir göstəriciləri özündə cəmləşdirən bu şəxsin, hal-hazırda istintaq təcridxabnasında saxlanması heç cür yolverilməzdir. Qeyd edək ki, Ramin İsayev ölkəmizin iqtisadiyyatına nə az, nə çox, düz 5,5 milyard dollara yaxın pul vəsaiti qazandırıb. Təəssüflər olsun ki, indiyə kimi bu haqda İqtisadiyyat Naziri Mikayıl Cabbarov bircə dəfə də nəsə danışmayıb. 

Faciə odur ki, dövlət büdcəsini tarmar edən bir çox məmurlar bu gün də rahat həyatlarını yaşayırlar, büdcəmizə milyardlarla pul qazandıran Ramin İsayev isə, hal-hazırda məhbəs həyatı yaşamaqdadır. Bu nə deməkdir? Onu da vurğulamaq yerinə düşər ki, lazımi məlumatlar “NEQSOL” Holdinqin səhmdarı Nəsib Həsənova olduğu kimi, yəni tam dəqiqliyi ilə çatdırılmır. Əgər çatdırılırsa, bunu görməzdən gəlirsə, deməli... Belə bir səbəbdəndir ki, Ramin İsayev bu gün də həbsdə saxlanır. Təəssüf doğuran hal odur ki, bu Holdinqin rəhbərliyində duran Yusif Cabbarovdan bir kimsə əldə etdiyi milyardların haqq-hesabını soruşmur. Unutmaq olmaz ki, vaxtilə Ramin İsayevin büdcə vəsaitləri sərf etmədən təsis etdiyi və Nəsib Həsənova bağışladığı “TURAN” birgə qazma şirkəti, hər il bu şəxsə 10 milyonlarla pul vəsaiti qazanmağa imkan verir.

    Bir faktı qeyd edək ki, ötən ilin iyun ayında şərlənərək həbs olunan sabiq baş direktorun işi ilə bağlı 07 mart 2024-cü il tarixdə növbəti məhkəmə prosesi keçirilir və həmin vaxt Ramin İsayevin həbs müddətinin uzadılması ilə bağlı üç aylıq həbs qətiimkan tədbiri iki ay müddətinə endirilir. Bundan sonra, məhkəmə həbs-qətimkan tədbirini yenidən dörd ay uzadır. Ötən on bir ay ərzində keçirilən iyrimi bir məhkəmə prosesindən sonra belə bir qərarın qəbul olunmasını, məhz Ramin İsayevin əldə etdiyi qələbə də hesab etmək olar. Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, sifarişçilərin istəyi ilə Ramin İsayevin həbs müddətini yenə də uzatmaq istəyirlər. Baxmayaraq ki, ötən aylar ərzində aparılan istintaq araşdırmaları zamanı “SOCAR-AQŞ”-nin sabiq baş direktoru ilə bağlı ortaya əsaslı faktlar çıxarmaq mümkün olmayıb. Məsələnin düşündürücü tərəfi odur ki,  verilmiş ekspertizaların rəyləri “NEQSOL” Holdinqin prezidenti Yusif Cabbarovun qələmindən çıxan qeydlər əsasında hazırlanır. 

O halda sual oluna bilər ki, belə də ekspertiza olarmı? Deməli, ekspertiza rəyləri verilmiş sifarişlər əsasında hazırlanır. Bu günə kimi keçirilən məhkəmə proseslərində kifayət qədər cinayət əməllərinə qol qoyan şəxslərin adları hallansa da, nədənsə onlar məhkəmə proseslərində iştirak etməyiblər. Bu da onu söyləməyə əsas verir ki, Ramin İsayev verilmiş sifariş əsasında həbsdə saxlanır və bu şəxslə bağlı keçirilən məhkəmə prosesləri, məhz bəzi şəxslərin istəyinə uyğun olaraq qərəzli formada davam etdirilir.

    Qeyd edək ki, əgər on bir ay ərzində qanunsuz həbsdə saxlanan Ramin İsayevlə bağlı məlumatlar olduğu qaydada, düzgün formada  ölkə rəhbərinə çatdırılarsa, yəqin ki, o halda o, dərhal azadlığına qovuşar. 

Bununla da haqq-ədalət öz yerini tapar. Ötən yazımızda, yəni “Sabiq baş direktor hansı səbəblərdən həbsdə saxlanır?- İDDİALAR TƏSDİQİNİ TAPMIR” başlığı altında yayımladığımız yazımızda qeyd etmişdik ki, sabiq baş direktor həbs olunduğu vaxtdan davam etdirilən istintaq araşdırmaları zamanı, Ramin İsayev barəsində 16 milyon manatlıq mənimsəmə faktı ilə bağlı ortaya heç bir dəlil-sübutu çıxarmaq mümkün olmamışdır. O halda sual oluna bilər ki, hal-hazırda bu şəxs hansı səbəbdən həbsdə saxlanır və nəyə görə də həbsdə saxlanmalıdır?


Ardı var.

Mövzuya qayıdacağıq, bizi izləməyi unutmayın.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin marağına xidmət edir?

    Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin ...

    29-01-2024, 14:23

  • 
  • “SOCAR-AQŞ”nin sabiq baş direktoru Ramin İsayev nə demişdi ki, həbs olundu? - VİDEO

    “SOCAR-AQŞ”nin sabiq baş direktoru Ramin İsayev ...

    7-07-2023, 23:00

  • 
  • Bəzi sayt rəhbərləri öz dəyərlərini 50 manata necə satırlar?

    Bəzi sayt rəhbərləri öz dəyərlərini 50 manata ...

    6-09-2023, 00:00

  • 
  • Sabiq baş direktor hansı səbəblərdən hə­bsdə saxlanır? – İDD­İALAR TƏSDİQİNİ TAPM­IR

    Sabiq baş direktor hansı səbəblərdən hə­bsdə ...

    13-01-2024, 10:13

  • 
  • Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi şəxsin həbsinə səbəb kim olub? - SAXTA İTTİHAM

    Prezidentin “Tərəqqi” medalı ilə təltif etdiyi ...

    22-04-2024, 09:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu