GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Astarı üzündən baha... – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri

Astarı üzündən baha... – Dövləti borca salan ABB-nin rəhbərliyinin fantastik gəlirləri

Tarix: 9-06-2024, 14:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 221

bitmap-img6

Bir müddət əvvəl Maliyyə naziri Samir Şərifov parlamentdəki müzakirələr zamanı hökumətin daxili borclanmasının kəskin şəkildə artırılmasını dövlətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin toksik aktivlərini alması ilə əlaqələndirdi: “İndi onları bazar qiymətinə uyğun qaytarırıq və nəticədə borc yaranır. Biz də bu borcu daxili dövlət borcunun təkibinə daxil etdik”.

Yəni, sadə dildə desək, dövlət üçün bu bankın “astarı üzündən baha başa gəlib”, Azərbaycan dövləti hələ də ABB-də 2015-ci ildə Cahangir Hacıyevin rəhbərliyi dönəmində üzə çıxan milyardlarla dollarlıq yeyintinin, mənimsəmənin, israfın və s. altını çəkir. Özü də belə görünür ki, hələ bir xeyli müddət də çəkəcək.
Buna baxmayaraq, hökumət sözügedən bankı ayaq üstə saxlamağa müvəffəq oldu və bu gün də ona yaradılan şərait digərlərindən fərqlənir, bankın gəlirliliyi müxtəlif vasitələrlə təmin edilir.




Bu bank qeyd etdiyimiz məlum hadisələrdən sonra dövlət və xalq qarşısında, məcazi mənada desək, bir növ “gözükölgəli” duruma düşdü, nüfuzu, reputasiyası zədələndi. Əlbəttə ki, ABB-nin vaxtilə dövlətə vurduğu ziyana görə bankın indiki rəhbərliyi heç bir məsuliyyət daşımır. Ancaq yenə də dövlətə milyardlarla dollar ziyana başa gələn belə bir bankın başında duranların “dodaq uçuran” şəxsi gəlirlərinə nəzər yetirdikdə, istər-istəməz cavabı açıq qalan suallar yaranır...

Belə ki, mətbuatda dərc edilən məlumatdan aydın olur ki, ABB-nin rəhbərliyi 2023-cü ildə 18 milyon 436 min manat gəlir əldə edib. Bu, 2022-ci ilə nisbətən 19,6% və ya 3 milyon 19 min manat çoxdur. Belə ki, 2022-ci ildə bankın rəhbərliyinin gəlirləri 15 milyon 417 min manat təşkil edib. 

Bankdan qeyd edilib ki, bu ödəniş Bankın İdarə Heyəti üzvlərinə, Baş direktorlara, departament rəhbərlərinə, Agile sahə rəhbərlərinə, sədr müşavirlərinə, Audit Komitəsinin üzvlərinə (bunlar hamısı birlikdə 54 nəfər təşkil edir) ödənilən ümumi məbləğdir.




Qeyd edək ki, Bankın İdarə Heyəti sədr Abbas İbrahimovla birlikdə 7 nəfərdən ibarətdir. Baş direktorların sayı isə 4-dür.

"Təxmini hesablamalara görə, 2023-cü ildə bank rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri 341.4 min manat təşkil edib. 2022-ci il üzrə bu rəqəm 308.3 min manat (50 nəfər üzrə) olub" - deyə, məlumatda bildirilir.
Əlbəttə ki, bank rəhbərliyində 54 nəfərin hamısının maaşı eyni deyil və vəzifə ranqına uyğun olaraq dəyişir. Məsələn, həmin 54 nəfərin içində olan sədr müşaviri ilə sədrin özünün maaşı arasında böyük fərq var. Deməli, ortalama gəlir 341 min manatdırsa, bankın idarə heyətindəki 7 nəfərin və 4 baş direktorun gəliri təxminən 500 min manat civarındadır, bəlkə də daha çoxdur.



Azərbaycan kimi kifayət qədər ciddi sosial problemləri, işğaldan azad edilən ərazilərin abadlaşdırılması kimi qlobal xərcləri, nəhayət, minimum əmək haqqının 345 manat (illik gəlir cəmi 4140 manat) olan bir ölkədə dövlət bankının rəhbərliyində oturanların az qala yarım milyon gəlir əldə etməsi qəribə, hətta israfçılıq kimi görünmürmü? Bu, zatən cəmiyyətdə əhalinin gəlir səviyyəsinə görə təbəqələşməsini daha da dərinləşdirmirmi?

Yeri gəlmişkən, bu günlərdə ABB-nin reklam xidmətlərinə çəkdiyi xərclərə dair məlumat yayıldı. Məlum olmuşdu ki, ABB 2023-cü ildə reklama 10 milyon manata yaxın (9 milyon 841 min manat) vəsait xərcləyib. Bu, 2022-ci ilə nisbətən 52,7% və ya 3 milyon 396 min manat çoxdur. Bankın cəmi xərcləri isə 314,1 milyon manat təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 25,6% çoxdur. Yəni, xərclər ilbəil sürətlə artırılır. 



Azərbaycanın reklam bazarının məhdudluğunu, kiçikliyini və buradakı qiymətləri (məsələn, saytlar aylıq 200-300 manata reklam yerləşdirir, televiziyalarda da qiymətlər çox baha deyil) nəzərə alsaq, 10 milyon manat kifayət qədər fantastik rəqəm kimi görünür. 

Bir də, görəsən, əvvəlki illərdə bankın reklam sahəsindəki vəziyyəti nə qədər acınacaqlı olub ki, reklam xərclərini birdən-birə 52 faiz(!) artırmağa ehtiyac yaranıb? Bildiyimizə görə, ölkədə inflyasiya, mal və xidmətlərin bahalaşması 52 faizlə müqayisədə qat-qat aşağıdır. Belə olan halda, reklam xərclərinin kəskin şəkildə artması, bahalaşması maraqlı görünür…
Bütün bunlar istər-istəməz bankın fəaliyyətində ən azından yüksək israfçılığa yol verildiyinə dair şübhələr yaradır. Bu şübhələr isə təsadüfi deyil, təəssüf ki, ABB-nin “tarixçəsi” bu baxımdan, yumşaq desək, idealdan çox-çox uzaqdır./Azpolitika/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maliyyə nazirinin başı qalmaqalda-İstefaya göndərilir

    Maliyyə nazirinin başı qalmaqalda-İstefaya ...

    22-05-2017, 00:20

  • 
  • Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur

    Beynəlxalq Bankın 500 milyonundan xəbər yoxdur ...

    3-06-2016, 15:54

  • 
  • Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı dövlət xilas etdi

    Cahangir Hacıyevin batırdığı Beynəlxalq Bankı ...

    13-11-2017, 10:36

  • 
  • Beynəlxalq Bank Samir Şərifovun nəzarətindən çıxarıldı – ŞOK DƏYİŞİLİKLƏR

    Beynəlxalq Bank Samir Şərifovun nəzarətindən ...

    15-03-2018, 12:43

  • 
  • Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 milyon dollarla müflis edib

    Eldar Mahmudovla Cahangir Hacıyev bir bankı 263 ...

    23-11-2015, 14:57


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (225)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu