Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəxalq Bankı (ABB) maliyyə naziri Samir Şərifovun başına bəla olub
ABB-dən yoxa çıxan 12 milyardın haqq-hesabı yekunlaşmayıb.
Hakimiyyət dairələri ABB-ın keçmiş sədri Cahangir Hacıyevin həbsi ilə hansısa nəticə olmadığını müşahidə edir.
Dərd burasındadır ki, Nyu-york məhkəməsinə müraciətilə özü kimi Azərbaycanın da beynəlxalq nüfuzuna kölgə salan ABB-nin indiki çətin vəziyyətə düşməsinin əsl səbəbləri və səbəbkarı da tam bəlli deyil.
Baxmayaraq ki, 2015-ci ilin ilk iki ayına qədər bankın sədri vəzifəsini həyata keçirən Cahangir Hacıyev bütün günahların əsas baiskarı kimi həbsə atılıb, barəsində 15 il azadlıqdan mərhumetmə hökmü çıxarılıb.
ABB-nin zərəri bununla da bitməyib. Məlumatalara görə, indiyə qədər problemli kreditlərin sağlamlaşdırılması tədbirləri məqsədilə Mərkəzi Bankdan Beynəlxalq Banka 10 milyard manata yaxın vəsait köçürülüb.
Azərbaycan mediasında qeyd edib ki, Dövlət Neft Fondu da eyni məqsədlə əlavə 1 milyard dollar ayırıb. Bank isə bir neçə gün öncə hələ 3.3 milyard dollar borcu olduğunu açıqlayıb. Belə çıxır ki, onun ümümi xarici borcu 14 milyard dolları keçibmiş.
Az qala, Azərbaycan büdcəsinə yaxın bu borc yükünün yaranmasının səbəbi isə müəmmalıdır. Axı necə ola bilər ki, 2014-cü ili 25 milyonluq mənfəətlə başa vuran bank iki il ərzində 14 milyard dollarlıq zərərə düşsün?
“Gündəm Xəbər”in verdiyi məlumata görə, bir zamanlar “Kapital Bank”in da üzərində eyni ajiotaj yaradıldıqdan sonra özəlləşdirildiyini xatırladan mənbəmiz eyni aqibətin ABB-nin başına gətiriləcəyindən narahatdır.
Bütün bunların başında isə maliyyə naziri Samir Şərifov dayanır. O, ya bilərəkdən bunu edir, ya da tez-tez təkrarlanan səhvlərə yol verir. Hər iki halda da Samir Şərifov əyləşdiyi posta layiq biri təəssüratı yaratmır.
Məlumatlara görə, S.Şərifovun vəzifəsindən azad edilməsinə hazırlıq gedir. Nazir əndişə içindədir və çox narahatdır. Yayılan məlumatda qeyd olunur ki, Maliyyə Naziri bir sıra qəzet və saytları pul müqabilində susdurmağa çalışdı. Ancaq bu qısa müddətdən sonra naziri qoruya bilmədiyindən dərhal mətbuata “yardım” dayandırıldı. Mənbənin bildirdiyinə görə, Samir şərifov ümüdünü yuxarılarla razılaşmaya bağlasa da bu taktikası baş tutmayıb. Onu da bildirək ki, ölkə rəhbərliyinin ona qəzəbi hələ də soyumayıb.
Əksinə, 12 milyardın yoxa çıxmasına görə prezident və siyasi rəhbərlik tərəfindən Şərifov barəsində ölçü götürüləcəyi bildirilir.
Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva ovqat.com-a deyib ki, Beynəlxalq Bankın batırılması məqsədyönlü və qəsdən yürüdülən siyasətdir:
“Məqsəd bütün məsuliyyəti Cahangir Hacıyevin üzərinə atmaqla Beynəlxalq Bankda indiyədək yoxa çıxarılan külli miqdarda maliyyə vəsaitini təmizləməyə, sudan quru çıxmağa xidmət edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?