GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili “zəlil” edirlər - FOTO/VİDEO

ƏƏSMN-nin əməkdaşları 1-ci qrup gözdən əlili “zəlil” edirlər - FOTO/VİDEO

Tarix: 14-08-2024, 16:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 458

Əlilliyi olan şəxslərin hüquqları haqqında Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri və s. tənzimləyir. Qeyd edək ki, əlilliyi olan şəxslərin mənzil təminatı ilə bağlı məsələlər, əlil olan şəxslərin hüquqları haqqında qəbul olunmuş Qanunun 31-ci madəsinin 31.1. bəndinə uyğun tənzimlənir. Yəni, əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasının qaydaları, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunur. O halda sual oluna bilər ki, görəsən Qanunun belə bir tələblərinə aidiyyəti dövlət qurumları tərəfindən lazımi səviyyədə əməl olunurmu? Əsla yox! Məsələn, bu günlərdə gundemxeber.az-ın redaksiyasına Bakı şəhəri, Səbail rayonu, Nicat Şükürlü küçəsi, ev-166 ünvanında yaşayan Əliyev Vahid İbrahim oğlu tərəfindən video-müraciət daxil olub.

 Vahid Əliyev video-müraciətində bildirir ki, “29 may 1993-cü il təvəllüdlü qızım Samirə Əliyeva Bakı şəhərində anadan olmuşdur və ilk vaxtlar onun gözlərində heç bir problem olmamışdır. Elə ki, qızım 11 yaşına çatdı, o halda onun gözlərində müəyyən ağrılar əmələ gəlməyə başladı. Xeyli müddət Samirəni gözlərindən müayinə və müalicə etdirsək də, son anda heç bir nəticə əldə etmək mümkün olmadı və o, hər iki gözünün görmə qabiliyyətini tamamilə itirdi. Qızım hər iki gözünün görmə qabiliyyətini tam şəkildə itirdiyinə görə, həkim komissiyası ona I qrup  gözdən əlillik dərəcəsi verdilər. Belə bir səbəbdən də, Samirə 19 sentyabr 2011-ci il tarixdən Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin (Vəsiqə №04802) üzvüdür.   Artıq 31 yaşına çatan qızım özünü heç cür idarə edə bilmir. Əgər əvvəllər qızıma öz anası- həyat yoldaşım qulluq göstərirdisə, 2010-cu ildə həyat üzümüzə gülmədi və mən həyat yoldaşımı erkən yaşlarında itirdim. Bu gün mən qızım və oğlumla birlikdə lazımi şəraiti olmayan, hansı ki, 20 kvm-r ümumi sahəsi olan köhnə mənzildə yaşayırıq. Qeyd edim ki, yaşadığımız evdə lazımi şəraitin olmaması qalsın bir yana, heç fərdi ayaqyolumuz da yoxdur. Hal-hazırda bir neçə mənzil üçün təqribən on beş metra aralı məsafədə bir ayaqyolu var və bütün qonşular həmin ayaqyolundan istifadə edirlər. Bu da bizim üçün, ələlxüsus qızım Samirə üçün olduqca çətinliklər yaradır. Maddi vəziyyətimizin göstəricisinə gəlincə onu deyə bilərəm ki, biz də dözülməz həyat şəraiti keçirən ailələrdənik. Maddi imkanımız yol vermir ki, yeni mənzil alaq və həyat şəraitimizi bir qədər qaydaya salaq.

Qızım Samirə Əliyeva hər iki gözünün görmə qabiliyyətini itirib I qrup gözdən əlil olduğu üçün o, 2012-ci ildən Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətində ümumi və güzəştli əsaslarla mənzil növbəsindədir. Qeyd edim ki, qızımın ümumi və güzəştli əsaslarla mənzil növbəsi siyahısına daxil edilməsi üçün, Səbail Rayon İcra Hakimiyyətinin sabiq başçısı Asif Əsgərov 01 avqust 2012-ci il tarixdə №170 SƏRƏNCAM imzalamışdır.  

Həmin vaxtdan 12 ildən bir qədər çox vaxt keçsə də, bu günə kimi qızımın mənzillə təmin olunması məsələsi həyata keçirməmişdir. Belə bir səbəbdən də, indiyəcən müxtəlif dövlət qurumlarına şikayət ərizələri yazıb göndərsək də, hər dəfə ünvanımıza başdansovdu cavablar veriblər. Məsələn, 2014-cü ildə ƏƏSMN-nə yazdığımız ərizəyə Dövlət Sosial Təminat Xidmətinin (indiki Dövlət Sosial Müdafiə Fondu) rəis müavini Ə. Seyidzadənin imzası ilə, 04 iyun 2014-cü il tarixdə № 03/1709 təsdiq olunmuş cavab məktubu verilmişdir. Məktubda qeyd olunur: “Nazirliyin sifarişi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində gözdən əlil vətəndaşlar üçün 132 mənzilli yaşayış binası inşa edilir.    

İnşaası başa çatdıqdan sonra mənzil növbəsinə dayanan digər gözdən əlil şəxslər ilə yanaşı, Sizin də mənzillə təmin olunması məsələsinə növbəlilik qaydasında baxılacaqdır”. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini cənab Zaur İbrahimovun,

08 aprel 2024-cü il tarixdə imzaladığı №3-17-3/2-Ə-13486/4/2024 cavab məktubunda isə qeyd olunur ki, “Birotaqlı mənzillə təmin edilməyiniz barədə qərar verilmiş, lakin hazırda Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunan mənzillərin arasında birotaqlı mənzil olmadığına görə, mənzil təminatınızı həyata keçirmək mümkün olmamışdır. Nazirlik tərəfindən birotaqlı mənzillər verilməyə başlandıqda sizə mövcud qanunvericiliyə uyğun olaraq mənzil təklif ediləcəkdir”. Bəli, bu cür cavablar olduqca gözəl və cəlbedici cavablar olsa da, nədənsə indiyə kimi bu yöndə heç bir nəticə əldə etmək mümkün olmur. O halda ortaya belə bir sual çıxır ki, görəsən qızım Samirə Əliyeva daha 12 il də gözləməlidir ki, onun mənzillə təminatı məsələsi öz həllini tapa bilsin? Qeyd etmək istəyirəm ki, artıq aidiyyəti dövlət qurumlarından bu yöndə verilən cavabların heç birinə hansısa formada inamımız qalmayıb. Çünki, ötən 12 il ərzində oxşar cavabları çox almışıq. Hər dəfə bizə “yağlı vədlər” verilib, son anda heç bir nəticə əldə etmək mümkün olmayıb. Deməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin fəaliyyəti əməli işlər görmək əvəzinə,  məhz sakinlərə, ələlxüsus gözdən əlil olan şəxslərə başaldadıcı cavablar verməkdən ibarətdir”.

 Bəli, söz yox ki, Səbail rayon sakini Vahid Əliyevin redaksiyamıza təqdim etdiyi video-müraciət olduqca diqqəti cəlb edir. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra ƏƏSMN-nin rəhbər şəxsləri I qrup gözdən əlil Samirə Əliyevanın mənzillə təmin olunması məsələsinə xüsusi diqqət yetirib, problemin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar. Unutmaq olmaz ki, bir çox gözdən əlil olan şəxslərin, o cümlədən I qrup gözdən əlil Samirə Əliyevanın mənzil məsələsinin həll olunmamasında, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi də müəyyən məsuliyyətin daşıyıcısıdır. Çünki, adı çəkilən bu ictimai Birlik  gözdən əlil olan hər bir şəxsin probleminə diqqətlə yanaşmalı və problemlərin həlli yöndə lazımi iradə ortaya qoymağı da bacarmalıdır. Bu məsələ ilə bağlı növbəti yazılarımızda geniş məqalələr dərc etməyə çalışacağıq.

Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

 Mövzunu diqqətdə saxlayacağıq.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi tarixdən rəsmiləşəcək

    Yeni əlillik təyinatı əvvəlki əlilliyin bitdiyi ...

    22-06-2021, 14:43

  • 
  • Əlilliyi olan şəxslərin sosial təminatı gücləndiriləcək

    Əlilliyi olan şəxslərin sosial təminatı ...

    2-02-2021, 15:58

  • 
  • Reabilitasiya mərkəzlərinə qəbul başlayır

    Reabilitasiya mərkəzlərinə qəbul başlayır ...

    23-09-2020, 15:01

  • 
  • Əlilliyi olan şəxslərin, şəhid ailələrinin reabilitasiya , istirahət hüquqları pozulur

    Əlilliyi olan şəxslərin, şəhid ailələrinin ...

    19-07-2022, 14:38

  • 
  • Daha 7 nəfərin əlilliyi ləğv edildi

    Daha 7 nəfərin əlilliyi ləğv edildi ...

    17-06-2021, 15:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu