GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Korrupsiyaya qarşı, yoxsa korrupsiya uğrunda mübarizə?

Korrupsiyaya qarşı, yoxsa korrupsiya uğrunda mübarizə?

Tarix: 15-10-2024, 16:45 Bölmə :GündəmXəbər / Manşet Baxış: 826


Mənzil, pensiya, sosial müdafiə təminatında korrupsiya “xüsusatları” təsdiqini tapmır”


KQMBİ (rəsmisi) “qanunsuzluqda qanunsuzluq”, “cinayətdə cinayət” əlaməti görmür


Sosial- iqtisadi sahədə rüşvətxorluq, korrupsiya hallarına göz yumulması toplumu iqtidardan, hökumətdən narazı salan, etirazlara yol açan başlıca amillərdəndir. Düzdür, sözdə korrupsiyaya qarşı mübarizə dövlət hakimiyyətinin hər üç qolunda “aparılır”, amma işdə üzə çıxır ki, hər üç qol korrupsiya uğrunda mübarizədə birləşib. Anlamaq olmur, mübarizə korrupsiyaya qarşıdır, yoxsa korrupsiya uğrundadır

Özəlliklə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin (KQMBİ)“xüsusatlar” axtarışı”na çıxması və onlarla illərdir “tapa bilməməsi” mübarizənin vətəndaşların “gözlərini pərdələməkdən” özgə bir şey olmadığını ortaya qoyur. Mübarizə imitasiyasını göstərən faktı Baş prokuror yanında KQMBİ-nin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəis müavini Kazım Həmzətov 04.10.2024 tarixli məktubunda məlumat üçün (?-M. B.) bildirib: “Sizə qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı  “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətinizə “ Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq baxılmış və göstərdiyiniz xüsusatlar təsdiqini tapmamışdır.” 

Bu “mübarizə məktubundan” hüququ pozulan müraciət edən nəsə anlaya bilər? Bəs baş prokuror Kamran Əliyevin özü, yanındakı KQMBİ rəisi Nazim Rəcəbovun özü, cavab məktubunu elektron sənədlə imzalayan Kazım Həmzətovun özü necə? Hansı qanunsuzluqdan danışılır, hansı “xüsusatlar” “axtarılıb” və təsdiqini tapmayıb? Vətəndaşın “qaynar xətt” əlaqə mərkəzinə açıq, şəffaf müraciətinə üstüörtülü, pərdəli cavab verilirsə, “xüsusatlar” barədə izahatı belə alınmırsa, hansı şəffaflıqdan, hansı mübarizədən danışmaq olar? 

Onu da vurğulayaq ki, “ Vətəndaşların müraciətləri haqqında” qanunun 7.6-cı maddəsinə görə, elektron müraciətə elektron qaydada cavab verilməlidir, elektron sənədi poçtalyonluq edib verməklə yox!

Xatırlatmaq yerinə düşər ki, həmin Kazım Həmzətov 5 ay qabaq - 08.05.2024-cü il tarixli məktubla əlil və şəhid ailələrinə mənzillərin rüşvətlə verilməsində cinayət əlamətləri “tapılmadığını” bildirib. Görünür, şikayətin mahiyyətinin açıqlanması ƏƏSMN-in təpkisi ilə qarşılanıb, ona görə, vətəndaşın növbəti şikayətləri konkretlikdən ümumiliyə “transfer” olunub. Belə ümumi qanunsuzluqları törədənlərin isə “nə atası olur, nə də anası , yetim doğulur”. Kazım Həmzətova “ Vətəndaşların müraciətləri haqqında” qanunun 12.6 -cı maddəsinin birinci cümləsini xatırladırıq: “ Dövlət orqanının ( və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “ Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.” “ Prokurorluq haqqında” qanunun 20-ci maddəsi isə prokurorluqda ərizə, şikayət və digər müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin maddənin tələbinə görə, cinayət barədə ərizə və şikayətlərə təxirəsalınmadan baxılır.“ Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun bircə 9.3.12-ci maddəsinin 161, 961 ( bu “qaynar xətt” artıq müraciətləri yarım saat növbədə gözlədib, yenidən zəng etməyi avtomatik bildirməklə qəbul etmir-M. B.) “qaynar xət”lərinin növbətçi prokurorlarının diqqətinə çatdırmaqda amacımız, şikayətlərin korrupsiyaya, prokurorluğa aid olmadığı “əsası” ilə qeydə alınmasından imtinaya son qoymağa çalışmaqdır. Həmin maddədə yazılıb ki, fiziki və ya hüquqi şəxslərə HÜQUQLARININ və QANUNİ MƏNAFELƏRİNİN həyata keçirilməsində SÜNİ MANEƏLƏR YARATMAQ korrupsiyaya şərait yaradan hal sayılır. Bəs baş prokurorluq, yanındakı KQMBİ nəyə görə əlillərin, qazilərin, şəhid ailələrinin, pensiyaçıların, ...vətəndaşların qanunla, Konstitusiya ilə doğrulanan hüquqlarına , mənafelərinə maneə yaradan, pensiyaları mənimsəyən, mənzilləri rüşvətlə bölən vəzifəli şəxslərin hərəkətində qanunsuzluq, hüquqpozma, cinayət tapmır? Aydındır ki, belə mübarizənin özü elə korrupsiyadan qaynaqlanır. Yoxsa 1-ci dərəcəli Qarabağ əlili 10 nəfərdən çox ailə üzvü ilə birlikdə 12-ci ildir Nərimanov RİH-də mənzil nöbəsində ölümünü gözləsin, hələ üstəlik 9-cu ildir Bakı İnzibati Məhkəməsinin qərarı da borclu ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin məhkəməyə rüşvəti ilə icraya belə yönəldilməsin, pensiyası mənimsəmə amacı ilə düz hesablanmasın, hələ üstəlik 7 il qabaqkı məhkəmə qərarı ilə əlavə olunan 110 manat özbaşına ləğv edilsin, hətta həyat yoldaşının da pensiyası qərəzlə, şikayət etdiyinə görə azaldılsın və ...161-ə, 961-ə son ilyarımda yüzə yaxın şikayətə bircə yol da baxılmasın, eləcə “xüsusatlar” təsdiqini tapmasın”? Kazım Həmzətov da üstüörtülü yazsın ki, “qanunsuzluqlarda qanunsuzluq”, “cinayətdə cinayət” əlamətləri müəyyən edilməyib, “xüsusatlar” təsdiqini tapmayıb ? Axı şikayət haçan araşdırılıb ki, təsdiqini dətapmasın ? Barəsində şikayət edilənlərin saxta cavabları ilə preventiv tədbirlər görmək , təhqiqat aparmaq hansı qanunda yazılıb? Yazılmayan ölkədaxili mafiya, oğru qanununda?


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilir

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    27-01-2014, 16:45

  • 
  • Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “öz əməkdaşlarını” həbs etdi

    Korrupsiyaya Qarşı Mübarizə İdarəsi “öz ...

    24-02-2014, 15:48

  • 
  • "Korrupsiyaya görə 191 cinayət işi məhkəmələrə göndərilib"

    "Korrupsiyaya görə 191 cinayət işi ...

    1-10-2014, 11:02

  • 
  • Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri

    Korrupsiyaya qarşı mübarizədə korrupsiya izləri ...

    18-01-2014, 10:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu