Ötən gecədən səhərə qədər yağan yağışın nəticəsi olaraq, Abşeron rayon, Mehdiabad qəsəbəsində ciddi problemlər yaranıb.
Belə ki, qəsəbənin Mehdi Hüseynzadə küçəsi və digər küçələrdə kanalizasiya sistemi olmadığından evləri yağış suları basıb.
Sakinlərin redaksiyamıza göndərdikləri videogörüntülərdən məlum olur ki, tək evləri yox, başqa-başqa sexlər və "qaraj"lar da əməlli-başlı yağış sularına məruz qalıblar. Aidiyyəti qurumların məsuliyyətsizliyi ucbatından sakinlər zülm çəkirlər. Su pulu yığırlar, amma kanalizasiya sistemi quraşdırmırlar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?