23 oktyabr 2024-cü il tarixində “Gələcək üçün dayanıqlı nəqliyyat” mövzusunda keçirilən tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin ətraf mühit, sosial və idarəçilik sahəsində dayanıqlı nailiyyətlərinə dair hesabatı” təqdim edilib.
Tədbirdə çıxış edən ADY sədri Rövşən Rüstəmov dayanıqlı nəqliyyatın qurulmasında dəmir yollarının roluna toxunub. Qeyd edib ki, dəmir yolu dayanıqlığının birinci və ən mühüm aspekti emissiyaların azaldılması və enerji səmərəliliyidir. Tədbirin sonunda ADY sədri Rövşən Rüstəmov və Asiya İnkişaf Bankının nəqliyyat direktoru Ceyms Lederin iştirakı ilə iki qurum arasında dəmir yollarında dekarbonizasiya sahəsində əməkdaşlığa dair missiya sənədi imzalanıb.
Ən maraqlısı isə budur ki, tədbirin sonunda ADY-ə yaxın olan bir qrup jurnalistə ADY sədri Rövşən Rüstəmov adından 300 manat məbləğində xüsusi alış-veriş kuponları paylanılıb. 300 manatlıq kuponlar jurnalistlərə ADY-nin mətbuat katibi Sənubər Nəzərova tərəfindən paylanılıb. Jurnalistlərədən xahiş olunub ki, bu barədə kimsəyə bir söz deməsinlər. Həmçinin, mətbuatda ADY ilə bağlı yazılan tənqidlərə aktiv şəkildə cavab versinlər.
Ümid edirik ki, MEDİA Agentliyi, o cümlədən digər əlaqədar qurumlar tədbir zamanı jurnalistlərə “heç nədən” 300 manatlıq alış-veriş kuponu paylanılmasına aydınlıq gətirəcək, işin hüquqi tərəflərini araşdıracaq, lazımi şəxslər məsuliyyətə cəlb olunacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?