GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nazirliyin tabeli qurumunda işçilərin iş vaxtı puldan nərd oynamalarına səbəb kim olub? - FOTO

Nazirliyin tabeli qurumunda işçilərin iş vaxtı puldan nərd oynamalarına səbəb kim olub? - FOTO

Tarix: 2-11-2024, 19:56 Bölmə :GündəmXəbər / Manşet Baxış: 300


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli qurumun işçiləri bekarçılıqdan iş vaxtı nərd çempionatı keçirməklə məşğuldur.


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda Respublikada əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsi və gələcək meyillərin müəyyən olunması üçün məlumatlara əsaslanan proqnoz sistemi, ekspert rəyləri və hesablamaları əsasında keyfiyyət analizi, ali, orta ixtisas və peşə təhsili məzunları arasında mütəmadi sorğuların keçirilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi nəticəsində müvafiq səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə Azərbaycan Respublikasında Əmək Bazarı üzrə Milli Observatoriyanın yaradılması nəzərdə tutulmuşdur.

Dövlət başçısının 2019-cu il 4 iyul tarixli 775 nömrəli Fərmanı ilə əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması məqsədilə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması qərara alınmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarı ilə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi yaradılmış, Nizamnaməsi təsdiq edilmişdir.

Qurum yaradılarkən nizamnamə fondu 1 000 000 (bir milyon) manat təşkil etmiş və işsizlikdən sığorta fondunun vəsaiti hesabına formalaşdırılmışdır.

Məlumat üçün bildiririk ki, ölkədə bütün müəssisə və təşkilatlardan hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi işəgötürəndən, işçinin əməkhaqqının 0,5 faizi olmaqla işçidən işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən sığorta fonduna ödənilir.

Nizamnaməsindən görünür ki, əmək bazarı və social sahədə milli strateji düşüncə mərkəzi funksiyası yerinə yetirən bu qurum əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsini həyata keçirməli, əmək bazarında strateji məşğulluq sahələrini, onların gələcək inkişaf meyillərini müəyyən etməli, təhsil müəssisələrinin məzunlarının əmək bazarına adaptasiya vəziyyətini mütəmadi olaraq təhlil etməli, bu sahədə təkmilləşdirmələrin aparılması üçün müvafiq təkliflər verməli, iqtisadiyyatın rəqabətədavamlı kadrlarla təmin edilməsi üçün peşə və ixtisaslara, zəruri bacarıqlara və səriştələrə dair tələbləri müəyyənləşdirməli və gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində “Beyin Mərkəzi” rolunu oynamalı idi.

Lakin əfsuslar olsun ki, qeyd olunan strateji istiqamətlərdə fəaliyyət göstərməli olan bu qurumun rəhbərliyi və əməkdaşları iş vaxtı ərzində nərd oynamaqla məşğul olur. Gənclərin işsizlik problemini həll etməli olan, onların məşğulluğunun təmin olunması üçün çıxış yolları axtarmalı olan qurum bu istiqamətdə strateji təhlillər aparmaq və ali rəhbərliyə çıxış yolları təklif etmək əvəzinə daha “strateji” və “daha böyük” işlərlə məşğul olmaqda, nərd taxtadakı daşların konfiqurasiyasını müəyyənləşdirmək üzərində “baş sındırır”.

gundemxeber.az-ın redaksiyasına daxil olan məlumata görə bekarçılıqdan təşkil edilən belə nərd çempionatında uduş fondu müvafiq olaraq qalibə - 300 manat, ikinci yerin sahibinə = 200 manat, üçüncü yerin sahibinə isə - 100 manat təşkil etmişdir.

Elə buna görə də kifayət qədər yüksək iqtisadi potensialı, resursları, kadr ehtiyatları, məşğulluq yaratmaq qabiliyyəti olan Azərbaycanda ali təhsil müəssisələrinin məzunları ilə iş yerləri Xalq şairimiz Məmməd Arazın təbirincə desək yüz il qoşa atılsa da qoşa düşə bilmir.

Çünki, müvafiq sahədə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi istiqamətində rəqabətqabiliyyətli fundamental təhlillər təqdim etməli olan qurum rəqabətqabiliyyətli nərd həvəskarları yetişdirməklə məşğuldur.

Əldə etdiyimiz məlumata görə bu qurumun ilkin yarandığı dövrdə kifayət qədər əhəmiyyətli kadr potensialı mövcud olmuş, lakin bu quruma “paraşüt”la endirilmiş təsadüfi şəxs olan Elnur Səfərlinin rəhbərlik etməyə başlamasından sonra, bu kadr potensialı zaman-zaman deqradasiyaya uğradılmış və uzaqlaşdırılmışdır. Heç bir elmi dərəcəsi, elmi tədqiqatları və dövlət idarəetmə təcrübəsi olmayan bir şəxsin belə strateji beyin mərkəzinə rəhbərlik etməsi təəccüblüdür.

Məlumat üçün bildiririk ki, Milli Observatoriyanın adı daha öncə mətbuatda müxtəlif xarakterli qalmaqallarla, o cümlədən İdarə Heyətinin üzvü Hasil Abbasovun qurumun sürücüsü, II Qarabağ müharibəsi qazisini istismar etməklə yadda qalmışdır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb

    Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha ...

    16-11-2018, 11:41

  • 
  • Prezident nazirliklə bağlı fərman imzaladı

    Prezident nazirliklə bağlı fərman imzaladı ...

    30-06-2020, 15:21

  • 
  • Azərbaycanda yeni informasiya sistemi

    Azərbaycanda yeni informasiya sistemi ...

    22-07-2014, 18:58

  • 
  • Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ)

    Azərbaycanda maaşlar artırılacaq (RƏSMİ) ...

    3-03-2020, 11:30

  • 
  • Aprelin 11-i qeyri-iş günüdür

    Aprelin 11-i qeyri-iş günüdür ...

    3-04-2018, 13:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu