Güney Azərbaycandan gundemxeber.az-ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, hüquq müdafiəçiləri Səhər Məmizadə adlı bir gənc qadının sosial şəbəkələrdəki paylaşımlarına görə bir həftə əvvəl Ərdəbil şəhərində nəzarət altına alınıb.
Azərbaycan İnsan Haqları Cəmiyyəti (Ərk) və online təlim institutu kimi fəaliyyət göstərən Tavaana qrupu kimi mənbələrə istinadən, Məmizadədən oktyabrın 30-da kəşfiyyat idarəsi qüvvələri tərəfindən nəzarət alntına alındıqdan bəri xəbər yoxdur.
ABŞ-da fəaliyyət göstərən Tavaana qrupunun bildirdiyinə görə, “Səhər Məmizadə 29 yaşında və ailənin tək qızıdır... Ərdəbil kəşfiyyat şöbəsinin məmurları öncə özlərini karqo işçisi kimi təqdim edib və Səhər üçün paket gətirdiklərini deyiblər. Lakin, 4 kişi və bir qadın məmur onu qapıda nəzarət altına alıb və mobil telefonunu müsadirə ediblər.”
Səhər Məmizadənin hansı ittihamlara görə tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yayılmayıb.
Hüquq müdafiəçiləri onun həbsinin Instagram sosial şəbəkəsində siyasi tənqid, həmçinin siyasi məhbuslara dəstək məzmunlu paylaşımları ilə əlaqədar ola biləcəyini yazıblar.
Biz də Quzey Azərbaycan mediası olaraq, Güney Azərbaycanda fars rejimi tərəfindən həbsə alınan fəal soydaşlarımızı diqqətdə saxlayacaq və mütamadi olaraq yayımlayacağıq.
Sorğu
Yeni dizaynımız necədir?