Təbrizdə bəhai türk icmasına mənsub ən üz vətəndaşın nəzarət altına alındığı bildirilir. Hüquq müdafiəçilərinin xəbərinə görə, onlar bazar ertəsi günü İranın kəşfiyyat qüvvələri tərəfindən evlərində saxlanılıblar.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Iran Wire xəbər saytı kimi mənbələr tutulanların adlarını Əzəm Azmudə, Sina Əqdəsi və İrəc Norəstə olaraq açıqlayıblar. Mənbələr tutulanların evlərində axtarış aparıldığını və bəzi elektron cihazlarının müsadirə olduğunu bildirib. Bəhai vətəndaşların hansı səbəb və ya ittihamlara görə saxlanıldığı bəlli deyil. HRA agentliyinə istinadən, məmurlar Şiva İsaxani və Nəsim Nəimi adlı vətəndaşları da həbs etməyə gedib, ancaq onları evlərində tapmayıblar. Online təlim institutu kimi fəaliyyət göstərən Tavaana qrupunun xəbərinə görə, bazar ertəsi günü Təbrizdə bəhai vətəndaşların evlərini gedən kəşfiyyat məmurları üzlərinə maska taxmışdılar. 1979 İslam İnqilabından bəri İran Azərbaycanı və ölkənin digər bölgələrində bəhai icmasına mənsub vətəndaşlar öz dini ayinlərini həyata keçirdikləri üçün siyasi, iqtisadi və sosial təzyiqlərə məruz qalırlar. İran İslam Respublikasının rəsmiləri və rəsmi xəbər agentlikləri bəhai incancını “azmışların firqəsi” adlandırırlar. İslam Respublikasının təhlükəsizlik qurumları xüsusilə Şərqi və Qərbi Azərbaycan, Həmədan və Qəzvin vilayətlərində bəhai türklərini fərdi və kollektiv şəkildə təqib edirlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?