Beyləqan rayonunun eksperti Fazil Məhəmməd oğlu Bayramov PMK 4 adlanan ərazidə bir hektardan artıq torpaq sahəsini necə əldə etdiyi müəmma doğuran hallardan biridir desək yanılmarıq.
Çünki, yerli sakinlər iddia edirlər ki, həmin torpaq sahəsində tikdirdiyi obyektlər heç də halal pullarla ərsəyə gəlməyib. Sakinlər israrla bildirirlər ki, bu adam öldürülən və ya xəsarət alan insanların qanları bahasına özünə var-dövlət toplamağı bacarıb. Bundan əlavə qeyd olunur ki, Fazil Bayramova məxsus "Naftalan Hotel"in içərisində quraşdırılmış vanna bir dəfə mazutla doldurulsa da onlarla insanları müalicə adı altında həmin mazut vannasından istifadə etdirməyə müvəffəq olurlar. Bu da insanların aldadılmasına xidmət edən hərəkət hesab olunur. Maraqlısı isə budur ki, rayon eksperti mərkəzi xəstəxananın düz qarşısında özəl "AzMed Klinika" adlı müalicə mərkəzini necə tikdirib və içərisindəki bahalı avadanlıqları hansı pul vəsaiti hesabına əldə edib? Təbii ki, belə bir halın varlığı sual doğrultmaya bilməzdi. GundemXeber.Az-ın redaksiyasına verilən məlumatdan o da məlum olur ki, vətəndaşlardan binaya daxil olarkən müalicə adı altında hər birindən əlli manat pul da alınır.
Şahidlərin isə saytımıza verdiyi məlumata görə, rayon eksperti Fazil Bayramov 02.12.2024-cü il tarixdə, saat 12:00 radələrində kabinetində xəstəni görmədən, müayinə etmədən telefonla danışaraq, rəy yazıb. Bu da azmış kimi telefonda danışan şəxsdən xəsarət alana ağır və ya yüngül rəy yazmağına dair fikir öyrənir. Elə bu fakt kifayət edir ki, cənab Fazil Bayramovun neçə-neçə insanların qanı bahasına böyük obyektlərə necə sahib olmasının şahidi olasan.
Yazıda adı çəkilən şəxsin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?