Hər bir ölkənin idarəçiliyində təmsil olunan iqtidarlar insanların təhlükəsizliyinin təmin olunmasını ön plana çəkirlər desək, yanılmarıq. Amma görünən mənzərə onu deməyə əsas verir ki, Azərbaycanda heç də belə deyil.
Əlbətdə ki, görünən mənzərə fikirlərimizdə haqlı olduğumuzu təsdiq edir. Video çəkilişini təqdim etdiyimiz yüksək gərginlikli elektirik enerjisi xətti insanların yaşadığı əraziləri əhatə edir.
GundemXeber.Az-ın ərazidə olan əməkdaşı qeyd edək ki, işlək vəziyyətdə olan elektirik xətti bir çox insanların yaşayış məntəqələrinin yaxın məsafəsindən keçir. Hansı ki, bir-neçə il bundan öncə elektrik xətti çəkilərkən ərazidə yaşayan sakinlərin narazı olmaları nəzərə alınmadı. İndi isə insanlar bədənlərində baş verən ağrıları hiss etməyə başlayırlar.
Abşeron Rayon Mehdiabad qəsəbə sakinlərinin yaşadıqları evlərin 25-30 metrliyindən keçən yüksək gərginlikli elektrik xətti azyaşlı uşaqların da həyatlarına böyük təhlükələr yaradır.
Azərbaycan Qanunvericiliyinə əsasən, elektirik xətlərinin altında və ya komunikasiya xətlərinin keçdiyi torpaq sahələri üzərində evlərin tikilməsi qadağan olunur.
Amma Azərenerji ASC-nin əməkdaşları qanunda nəzərdə tutulan məsafədən, çox-çox yaxın məsafədə insanların faktiki yaşadıqları evlərinin qarşısından yüksək gərginlikli elektrik xətti çəkdilər. Bu da insanların həyatı üçün böyük təhlükə yaradır. Göründüyü kimi, dünyanın heç bir ölkəsində xalqına qarşı bu qədər pislik edən məmurlar yoxdur. Amma Azərbaycanda fakt göz önündədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?