Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsinin sədri Təzəxan Məmmədov bugünlərəd yaxın çevrəsinə ziyafət verib. Buna səbəb Prezident Administrasiyası tərəfindən rayon ərazisində aparılan təftiş prosesinin Təzəxan Məmmədov üçün ciddi başağrısı olmadan yekunlaşmasıdır.
Məsələ budur ki, bələdiyyə sədri hədsiz hiyləgərliyi ilə təftiş komissiyasını aldada bilib. Badamdar ərazisində qanunsuz villalara aparan yolları təftiş öncəsi yaman günə qoyan bələdiyyə sədri, bununla komissiyanın həmin ərazilərə getməsini əngəlləyib. Bələdiyyə sədri bildirib ki, guya bu ərazilərə yol yoxdur və orada heç bir qanunsuz tikili yoxdur. Təftiş komissiyası isə yol olmadığı üçün həmin ərazilərə abxış keçirə bilməyib.
Təzəxan Məmmədovun bəxti bir də onda gətirib ki, təftiş komissiyanın üzvləri Badamdar ərazisi müşahidə məqsədilə dronlardan istifadə etməyib. Hansı ki, Bakının bir sıra rayonlarında ərazinin müşahidəsi həm də dronla aparılıb. Badamdarda isə drondan istifadə edilmədiyi üçün Təzəxan Məmmədov çoxsaylı qanun pozuntularını gizləyə bilib. Yoxlamadan canını qıl payı qurtaran Təzəxan Məmmədov bu münasibətlə yaxınlarına qonaqlı verib. Qonaqlıqda deyib ki, “yaxşı ki, Allah üzümə baxdı, dron baxsaydı, batacaqdım”.
GundemXeber.Az xatırladır ki, Təzəxan Məmmədovun əsas himayədarı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovdur.
Növbəti yazılarımızda sizi Təzəxan Məmmədovla bağlı çox maraqlı faktlarla tanış edəcəyik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?