Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak oldu, 29 nəfər xəsarət aldı. Faciə ilə əlaqədar dekabrın 26-sı ölkədə rəsmən matəm elan edilsə də, ölkə əhli hələ də baş verənlərin şokunu yaşayır.
GundemXeber.Az-ın apardığı müşahidələrə görə sosial şəbəkələrin bütün seqmentləri faciə ilə bağlı xəbərlər yayır. Uşaq bağçaları, məktəblər, universitetlər, müxtəlif kollektivlər planlaşdırdıqları yeni il şənliklərini təxirə salıblar. Belə bir hüzünlü gündə başqalarına nümunə olmalı olan Xəzər Universiteti həyatını itirənlərin 3-ü gününə- dekabrın 27-nə “Meridian” şadlıq sarayında 300 nəfərin iştirakıyla böyük yeni il şənliyi təyin edib. Görəsən, bir şənlik olmasaydı, nə olacaqdı ki? Adam deməyə, söz də tapmır. Sadəcə, ayıb olsun!
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?